Tovuzda qollu heç-heçə, "Qarabağ" böyük hesabla qalib gəldi
Azərbaycan Premyer Liqasında XXVI turun daha iki oyunu keçirilib.
Adalet.az xəbər verir ki, günün ilk görüşü Tovuzda olub.
Ayxan Abbasovun rəhbərlik etdiyi yerli komanda burada “Qəbələ”ni qonaq edib. Görüşdə qalib müəyyənləşməyib – 1:1. Hesabı 19-cu dəqiqədə penaltidən meydan sahiblərinin hücumçusu Runi Eva açıb, ancaq hissə başa açtmamış Felipe Santos tarazlığı bərpa edib.
Bu nəticədən sonra “Qəbələ” 33 xalla 5-ci, “Turan Tovuz” 27 xalla 6-cıdır.
Günün son oyununda lider “Qarabağ” autsayder “Səbail”i qəbul edib. Ağdam klubu zəif rəqibi qarşısında 3 cavabsız qolla qələbə qazanıb. “Atlılar”ın heyətində Elvin Cəfərquliyev, Musa Qurbanlı və Julio Romao fərqlənib.
Qollarının sayını 18-ə çatdıran Qurbanlı komanda yoldaşı Ramil Şeydayevi geridə qoyaraq bombardirlər yarışında vahid lider olub.
“Qarabağ” 68 xalla vahid liderdir. Komanda ən yaxın izləyicisi “Sabah”ı 9 xal qabaqlayır. “Səbail” isə 17 xalla əvvəlkitək sonuncu – 10-cudur.
Azərbaycan Premyer Liqası
XXVI tur
11 mart
“Qarabağ” - “Səbail” - 3:0
Qollar: Elvin Cəfərquliyev, 24, Musa Qurbanlı, 35, Julio Romao, 53
“Turan Tovuz” – “Qəbələ” - 1:1
Qollar: Runi Eva, 19 (pen.) - Felipe Santos, 37
Digər Xəbərlər
07 Noyabr 2025 10:06
Avropa Liqası: "Fənərbağça" heç-heçə etdi
06 Noyabr 2025 15:00
Qurban Qurbanov bu göstəricidə təkdir
06 Noyabr 2025 14:49
"Qarabağ"da ciddi itki - Kadi 2 ay oynamayacaq
06 Noyabr 2025 13:39
Azərbaycanın U-19 millisinin heyətində dəyişiklik edildi
06 Noyabr 2025 13:17
“Qarabağ”ın avrokuboklar statistikası - 200 oyuna 250 qol
06 Noyabr 2025 12:05
"Neftçi" klubu 2500 manat cərimələndi
06 Noyabr 2025 10:01
Çempionlar Liqası: "Qalatasaray" qələbə qazandı, "Barsa" xal itirdi - VİDEO
06 Noyabr 2025 09:30


Bakı -°C

