Tovuzda istifadəyə yararsız 150 kq heyvan cəmdəyi aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında Tovuz rayonu Qazqulu kəndində vətəndaşa məxsus 99-FH-137 dövlət qeydiyyat nişanlı yük avtomobilinə baxış keçirilib.
AQTA-dan Adalet.az-a verilən məlumata görə, baxış zaman avtomobilin yük hissəsində təxmini çəkisi 150 kq olan istifadəyə yararsız, ölmüş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb.
Heyvan cəmdəyinə baxış keçirilərkən heyvanın baş nahiyəsinin kəsildiyi, qarın hissəsinin isə kəsilərək çıxarıldığı məlum olub. Həmin cəmdəkdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Agentlik bir daha vətəndaşlardan bu kimi hallarla bağlı məlumatları olduqda aidiyyəti hüquq-mühafizə orqanlarına və 1003 nömrəli "Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələrini xahiş edir.
Digər Xəbərlər
29 Aprel 2024 10:48
Bakıda 86 dayanacaq pavilyonu quraşdırılacaq
29 Aprel 2024 09:21Bakıda 31 dərəcə isti olacaq - Günün havası
28 Aprel 2024 14:46Yollarda görünüş məsafəsi məhdudlaşacaq
26 Aprel 2024 16:24Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15