Tovuz sakini minaya düşdü - YENİLƏNİB
Mayın 27-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub
Prokurorluqdan Adalet.az-a bildirilib ki, ilkin araşdırma zamanı qeyd olunan ərazidə mina partlaması nəticəsində 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun xəsarət alması müəyyən edilib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
09:10
Bu gün saat 8:00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışı baş verib.
DİN-in mətbuat xidmətinin regional qrupundan Adalet.az-a bildirilib ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar.
Onun sol ayağından xəsarət aldığı bildirilir.
Hazırda xəstəxanada müalicəsi davam etdirilir.
Digər Xəbərlər
17 Oktyabr 2026 00:24
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
16 Oktyabr 2026 17:13
İsmayıllıda qəza - Ölən və xəsarət alanlar var
15 Oktyabr 2026 14:10
Bakıda iki nəfərin öldüyü qəza - ANBAAN VİDEO
15 Oktyabr 2026 11:53
Nasaz yük maşını yolda qaldı - Tıxac yarandı
15 Oktyabr 2026 08:52
Bakıda tozlu hava müşahidə olunur - İki gün davam edəcək
14 Oktyabr 2026 22:16
Bakıda məktəb mühafizəçisinə hücum edib başını yardılar
14 Oktyabr 2026 17:22
Sərxoş halda maşını aşırdı - Arvadı öldü, 12 yaşlı oğlu yaralandı - Yenilənib
14 Oktyabr 2026 17:05


Bakı -°C

