Torpaq sahibləri bu öhdəlikdən azad olunacaq
"Muzdlu işçisi olmayan fiziki şəxslər və torpaq sahiblərinin hesabat verməkdən azad edilməsi istiqamətində iş gedir".
Adalet.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdeyib.
"Hazırda birinci addım atılıb. Əgər əvvəllər fiziki şəxslər və hüquqi şəxslər ödədikləri sosial sığorta haqlarına görə ayrıca hesabat, fərdi uçota görə ayrı hesabat verirdilərsə, artıq bu hesabatlar birləşdirilib və vahid formada 3 aydan bir təqdim edilir. Növbəti addım isə muzdlu işçisi olmayan fiziki şəxslərin və torpaq sahiblərinin ödədikləri vəsaitə görə hesabatlılıqdan azad edilməsidir. Hazırda bununla bağlı iş gedir. Yaxın zamanlarda muzdlu işçisi olmayan fiziki şəxslər və torpaq sahibləri hesabat təqdim etməyəcək", - deyə nazir qeyd edib.
Digər Xəbərlər
27 Aprel 2024 12:57
Deputata sui-qəsd cəhdi ilə bağlı məhkəmə: “Dövlət orqanlarına da girib hər kəsi güllələmək istəyirdim”
26 Aprel 2024 15:43Kamran Əliyev Ağdaşda vətəndaşları qəbul edib
26 Aprel 2024 15:33Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı
26 Aprel 2024 13:19Vəkil: Azərbaycanın iddiası Ermənistanın 30 illik etnik təmizləmə kampaniyasına əsaslanır
25 Aprel 2024 12:32