adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Fevral 2020 10:49
20110
ƏDƏBİYYAT

Torpağa basdırılan minalar çiçək açanda

Bəzən qəzet və jurnallarda elə yazılara rast gəlirəm ki, həminyazılarda bir sıra poeziya nümunələri təhlil olunur, şeirlərin əvəzsiz bədii məziyyətlərindənsöz açılır, müəllif isə az qala azman sənətkarlara bərabər tutulur, həttaarabir onlardan da yüksək dəyərləndirilir. Açığını deyim ki, əksər hallarda nə belə yazılar, nə də həminyazılarda bəhs olunan lirik nümunələr qəlbimdə heç bir emosiya doğurmur və qəmginhalda başımı əllərimin arasına alıb fikrə gedirəm, aya, bu yazıdakı və təqdimolunan poetik nümunələrdəki dərinliyi mən dərk edə bilmirəm, ya bu nümunələriniçində əslində dərk ediləsi heç nə yoxdur?

Xeyli düşünəndən sonra həmişəeyni qənaətə gəlib pessimizmə qatılıram. Bu boyda cəfəngiyat olmaz ki?! Deyəkbu şeirlərin içərisində söz oyunundan qarmaqarışıqlığından, əndrəbadi vasitələrləoxucunu hipnoz edib ovsunlamağa çalışmaqdan başqa bir şey yoxdur. Bəs o cüryazını yüksək şövqlə yazan, dəridən-qabığdan çıxıb şeirlərdəki qeyri-adi nəsnələrioxuculara çatdırmağa çalışan qələm sahibi nə düşünür? Deməli, çatışmamazlıq mənimözümdədir ki, belə dəyərli sənət nümunələrinin qeyri-adiliyini, mahiyyətinianlaya bilmirəm.

Ancaq "Azərbaycan”jurnalında EminPirinin şeirlərini oxuyanda özüm haqqındakı bədgümanlığıma qəlbimdə şübhəyaratdı və düşündüm: Vallah, hər şey mənim fikirləşdiyim kimi deyil, yaxşı eləyaxşıdır, mənim üçün də, sənin üçün də, başqaları üçün də... Əgər belə deyilsə,niyə həmin şeirləri oxuduqca əllərim yerdən də, göydəndə üzüldü "mələklərəatılan mərmiləri də” gördüm, isinməyə əsgər sinəsi axtaran fevral şaxtasınınüşütdüyü güllərdə, "gecə yarısı soba yanında səngərə məktub yazan qızın” daxili narahatlığa məndə qoşuldum. Bu nümunələri xeyli sayda uzatmaq olar, amma məqsədim bu deyil. Məqsədimodur ki, bir daha əminlik hasil edim: Qardaşım, şeir ürəklərdə hansısaduyğuları oyatmaq üçündür,səni heyrətləndirmək üçündür. Şeiri oxuyanda hansıfikirləsə üz-üzə qalırsan, öncə hər şey bir az dumanlı kimi görünür, sankimaşında oturmusan, yağış damcılarının

pərdələdiyi şüşədən çöləbaxırsan, şüşətəmizlədən işə düşür, hər şey aydınlaşır. Məsələn,

Çiçək açırdı

torpağa basdırılan

minalara

toxunanda ayaqlar.

"Çiçək açırdı” cümləsiilk dəfə gözəllik simvolu kimi qəlbimizi oxşayır, ruhumuz açılmış rəngarəng çiçəkləriromantikasına köklənir. "Torpağa basdırılan” təyinedici feli sifət tərkibi hələlikhəmən əhvalı-ruhiyyənin möhkəmlənməsinə xidmət edir, çünki çiçəklər torpağa basdırılmışgül kolununsa, meyvə ağacınınsa üstündə açar. Amma çiçəkləyən gül kolunun və yameyvə ağacının əvəzinə, "minalar” sözü ilə rastlaşdıqda əvvəlcə çaşırıq, "çiçəkaçan minaları” çox qəribə görünür. Sonra hərəkətin necə, nə zaman baş verməsinibildirən "toxunanda ayaqlar” feli bağlama tərkibi maşın şüşəsiləni kimi təfəkkürünüzünduman pərdəsini silir və düşüncələr aydınlaşır. O dəqiqə televiziyaekranlarında dəfələrlə müşahidə etdiyimiz mina patlayışı gözümüz önündəcanlanır. Partlayış ani ekranda dondurulduğu zaman açılmış gül qönçəsinə necə dəbənzəyir. Görəsən bu bənzəyiş kəşfi şairin ağlına hardan gəlib? Bax bunaşairlik deyirlər.

Amma heyrət bununlabitmir. Oxuyuruq haldan-hala düşürük, heyrətlənirik:

çiçəklər yara açırdı

yaralar

anaların yuxusunaqaçırdı.

Yuxular qara xəbərin

ardınca qaçırdı.

Budur dəhşətli müharibəninacı faciələri. Bütün dəhşətiylə sığışıb dörd-beş misraya: partlayan mərmilər,şikəst olan igidlər, saçın yolan analar və s. Lakin şair oxucunu rahat buraxmaqfikrində deyil. Dözülməz dəhşətləri yedirir oxucuya, acı fəlakətlərlə onu üz-üzə,göz-gözə qoyur:

Qəlbinə qara xal düşənqızların

gözünün altından

öpüş yerini

səhər eşitdiyi xəbərləryuyar.

evli xanımlar

yatağında yox,

torpaqda

əriyçün dərin yer salar.

Şeiri sətir-sətir təhliletmək fikrim yoxdur. Buna çoxlu söz lazım olar. Məqsədim birşeyi önə çəkməkdir. Emin şeirlərində fikirlərinin təsir gücünü artırmaq üçünheç bir bəzək-düzək axtarmır, təsirli ifadələrdən, ürək dağlayan romantik vasitələrdənistifadə can atır. O, dağ kimi ağır həqiqətləri həqiqət donunda təqdim edir,göstərir ancaq özünəməxsus düşüncəsinə, duyğularına zor eləmir, oxucu özündənasılı olmayaraq həmin həqiqətlərin ardınca gedir.

Şəhid məzarlarını

mərmərə bükdük,

daş qoyduq başlarına

qalxa bilməsinlər

üzünüzə tüpürməyə.

("Baş daşları utandırdı məni” şeirindən)

İstər-istəməz bizim də vücudumuzu xəcalət hissi bürüyür, utanırıq "şəhidlərxiyabanında 18 yaşlı baş daşları” qarşısında.

Emin Pirinin şeirlərindəki bir cəhəti-sözümün əvvəlində bəhs etdiyimşeirlərdən fərqli bir cəhəti xüsusilə vurğulamaq istəyirəm. Elə şeirlər olurki, hər şeyi yerli-yerində, gözəl bənzətmələrlə, "qanadlı” ifadələrlə zəngin,axıcı, rəvan... Ancaq ha çalışırsan nəyisə canlandıra biləsən, alınmır ki,alınmır. Emində isə bu məsələ tamamilə başqa şəkildədir. Onun şeirləri çoxgörüntülüdür.

Hər şey sadə, aydın, göz önündə. Amma bu görüntülər adi foto təsiribağışlamır, cansız deyil, dinamikdir, dramatikdir: atılan bombaları da,partlayan mərmiləri də, "bir qolu balasında, biri özündə qalmış ananın” fəryadınıda, "aylardır səngərdə-sevgidən, qadından uzaq” əsgərləri də, "torpaqdan dənyerinə barıt dənləyən serçə dimdiyini və bir də serçə kimi qorxu dənləyən əsgərürəyini də” real olaraq görürük, izləyirik və yaşayırıq.

Doğma yurdlarından didərgin düşmüş uzaqların nisgilini, doğmalarına həsrətqalmış torpağın fəryadını şair ağlaya-ağlaya, göz yaşı tökə-tökə çatdırmağaçalışır. Onsuz da çox ağlamışıq, özü ağlasa da, oxucu qəlbində heç bir hissoyatmayan şeirlər çox oxumuşuq. Ona görə də şair tamamilə başqa yol seçir. Təmizlik,paklıq rəmzi olan qara üz tutur. O qara ki, yağanda uşaqların bayramı olur, məsumuşaq əllərində isinir dumaq təmizliyiylə dünyanı təmizləyir. Amma indi

...qar vardı

uşaqlar yoxdu

müharibə qovmuşdu

yavruları torpaqlarından.

Onların yerində

tanklar oynayırdı.

Qar ağlayırdı uşaqlarçun,

can verirdi

tankların

qanlı tırtılları altında.

Ağlaya- ağlaya bizə təsir etməyə çalışan şeirdən daha çox təsir edir qəlbimizəbu misralar və qayğısız uşaqların yerində oynayan tankları da, qarın uşağlarçundarıxıb ağlamasını da, tankların qanlı tırtılları altında can verməsini dəgörürük və şairin arzusuna qoşuluruq.

Qar istəyir uşaqlar

tanksız,

yalansız,

əlcəkli qar,

yağırsansa belə yağ, qar!

Həsrət, əzab, kədər... mücərrəd məfhumlardır. Sanki gözlə görünməsimümkün olmayan nəsnələri də Emin kimi şairin yardımıyla bəzən görə bilirik –müxtəlif ölçüdə, bənzərsiz biçimdə, həsrət də, kədər də dil açır, səninlədanışır, həmsöhbət olur və həsrətin də, kədərin dəhalına yanırsa, onu törədəninsanlara, reyimlərə, nəsnələrə nifrət edirsən. Bir anlıq dünyanın yaxasındanyapışıb silkələmək istəyirsən "Niyə bu fəlakətləri keçirirsən günahsızinsanların boğazına, bəs deyilmi?!”

Hər cür pafosdan, yalançı hay-küydən uzaq səhnələrin mərkəzin də özümüzügörürük, hadisələr içimizdən keçir. "Uşaqlıq illərim asan keçməyib” şeiri kiminhaqqındadır?! Şairinmi? Yox, mənim, sənin, başqalarının- hamının.

Sərhədin

Tikanlı məftilləri kimi görünürdü

Kasıb uşaqların gözündə

Məktəb bufetinin qapısı

Və ya:

Yalan danışmağı bacarmır atam

dodaqlarının titrəməsindən

Gözlərinin dolmasından bilinir

Ciblərinin yalanı.

"Dünyanın ən təmiz yalanı” şeirindən.

Və yaxud:

Evdə yeməyə

Bir şey tapmayanda

Anamın boyat nağıllarını

Yavanlıq eləmişəm.

"Mən zəhərlənəndə şeir qusmuşam” şeirindən. Bu sətirlərdən hamımızboylanıb baxmırıqmı?!

"Azərbaycan jurnalında dərc olunmuş "Müharibə silsiləsindən” şeirləri mənimEmin Piri ilə ilk tanışlığımdır. Belə səviyyəli şairin yəqin ki, çoxlu əsərləri,kitabları var. Yenə günah gəlir öz üstümə ki, belə bir şeirlə ilk dəfəqarşılaşıram. Bəlkə də yaşayış uğrunda mübarizə, ruzi axtarırsa ədəbi proseslərilazımı şəkildə izləməyə imkan verməyib, bəlkə zaman ədəbiyyata, sənətə mənfurdamğasını vurub, dəyərlər itib, hər nə isə günahkaram. Günahkaram ki, axınaqarsız üzə bilməmişəm, elə Emin Piri kimi...

Ola bilsin ki, Eminin şeirləri nöqsanlardan da xali deyil. Axı, yalnızböyük Allahın yaratdığı hər şey nöqsansızdır. Yaradılmışın yaratdığı mütləq şəkildəkamil ola bilməz. Amma belə olsa da, Eminin şeirlərində də mən əskiklik görəbilmədim. Ola bilsin deyim tərzində, ahəngində nəsə yerində olmasın, qoy bu barədəbaşqaları danışsın, mən yalnız öz səmimi duyğularımı, şəxsi qənaətimi ifadə etməyəçalışdım. Sözümü Eminin bu misraları ilə bitirirəm.

Tanrım, sənin də yanında yalançı oldum,

Göndərə bilmədim əmanətini.

Sənə də can borcum qalıb,

Nisyə dəftərinə yazarsan məni.


Hacı İlham Əsgərov