Timoşenko Ukrayna prezidenti ola bilər
Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko prezident seçilə bilər.
Adalet.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, "Reytinq” agentliyinin son rəy sorğularına əsasən, 17,7% respondent Yuliya Timoşenkoya səs verməyə hazır olduğunu ifadə edib.
Keçmiş müdafiə naziri Anatoli Qritsenkoya 10,7%, "Müxalifət Bloku” partiyasının sədri Yuri Boykoya 8,9%, "Radikal” partiyasının sədri Oleq Lyaşkoya isə 8,5% seçici səs vermək niyyətini ifadə edib.
Maraqlıdır ki, hazırki prezident Pyotr Poroşenko 5-ci yerdə qərarlaşıb və yalnız 8,3% dəstək alıb.(modern.az)
Digər Xəbərlər
03 May 2024 16:26