adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
05 Iyun 2018 11:01
15195
SAĞLAMLIQ

Tibbi optika sahəsi dövlət tərəfindən tənzimlənəcək

Azərbaycanda tibbi optika sahəsində dövlət tənzimlənməsinin formaları müəyyənləşib.

Adalet.az xəbər verir ki, bununla bağlı yeni "Tibbi optika haqqında” qanun layihəsi hazırlanıb.

Qanunun 3-cü (Tibbi optika sahəsində dövlət tənzimlənməsinin formaları) maddəsinə əsasən, tibbi optika sahəsində dövlət tənzimlənməsi aşağıdakı formalarda həyata keçirilir:

1. mənşə ölkəsində və ya istehsalçı tərəfindən verilmiş uyğunluq, gigiyenik və mənşə sertifikatları olmayan tibbi optika məhsullarının idxalına məhdudiyyətin qoyulması,

2. tibbi optika və optometriya ixtisasları üzrə mütəxəssis hazırlığının həyata keçirilməsi və onların peşə səviyyəsinin mütəmadi artırılması,

3. tibbi optika mağazasının açılmasına rəyin verilməsi.

Qeyd edək ki, bu gün qanun layihəsi Milli Məclisin Səhiyyə komitəsində müzakirə ediləcək.