adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Iyul 2020 17:19
10025
SAĞLAMLIQ

Tibbi maska və respiratorların gömrük rüsumundan azad edilməsi müddəti uzadıldı

"Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərarın müddəti uzadılıb.

Nazirlər Kabinetindən Adalet.az-a verilən məlumata görə, sözügedən qərara edilən dəyişikliyə əsasən, Azərbaycana idxal edilən baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar gömrük rüsumundan azad edilməsi sentyabrın 1-dək uzadılıb.

Qeyd edək ki, sözü gedən vasitələrin gömrük rüsumundan azad edilməsi ilə bağlı ilk qərar martın 5-də verilib.