Tibb və qeyri-tibb heyətinin əməkhaqları artıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müvafiq qərarı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na əsasən həkimlərin aylıq vəzifə (tarif) maaşlarına aylıq sabit və işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr verilir.
Agentlikdən Adalet.az-a verilən məlumata görə, həvəsləndirici əlavələr sayəsində tibb və qeyri-tibb heyətinin əməkhaqları artıb.
Nümunə 1:
İcbari tibbi sığortanın tətbiqindən əvvəl həkim-ümumi cərrahın aldığı ən aşağı vəzifə maaşı 394 manat, ən yuxarı vəzifə maaşı 440 manat olmuşdur. Hazırda isə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavə alan həkimin ən aşağı vəzifə maaşı orta hesabla 534 manat, ən yuxarı vəzifə maaşı orta hesabla 22 082 manatdır. Məbləğdən də göründüyü kimi, minimum vəzifə maaşı alan həkimin əməkhaqqı orta hesabla 36 faiz, maksimum vəzifə maaşı alan həkimin əməkhaqqı orta hesabla 50 dəfə artmışdır.
Nümunə 2:
İcbari tibbi sığortanın tətbiqindən əvvəl həkim – oftalmoloqun aldığı ən aşağı vəzifə maaşı 394 manat, ən yuxarı vəzifə maaşı 440 manat olmuşdur. Hazırda isə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavə alan həkimin ən aşağı vəzifə maaşı orta hesabla 529 manat, ən yuxarı vəzifə maaşı orta hesabla 12 769 manatdır. Məbləğdən də göründüyü kimi, minimum vəzifə maaşı alan həkimin əməkhaqqı orta hesabla 34 faiz, maksimum vəzifə maaşı alan həkimin əməkhaqqı orta hesabla 30 dəfə artmışdır.
Digər Xəbərlər
28 Sentyabr 2026 18:18
Heyvan dişləyibsə dərhal nə etməli? – Səhiyyə Nazirliyindən Sağlam radioda vacib xəbərdarlıq
28 Sentyabr 2026 11:44
Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
28 Sentyabr 2026 09:36
Bu içki qaraciyəri qoruyurmuş
27 Sentyabr 2026 11:50
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
27 Sentyabr 2026 10:00
Pəhriz və məşq deyilmiş: Uzun ömrün yolu başqa bir vərdişdən keçir
26 Sentyabr 2026 21:00
Leyla Əliyeva Milli Onkologiya Mərkəzində - VİDEO
26 Sentyabr 2026 16:30
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
26 Sentyabr 2026 14:14


Bakı -°C

