Teymur Musayevdən Ermənistan nümayəndə heyətinin iddialarına CAVAB

Səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyasındakı çıxışında Ermənistan nümayəndə heyətinin səsləndirdiyi fikirlərə münasibət bildirib.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası çərçivəsində keçirilən ümumi debatlar zamanı çıxış edən Azərbaycanın səhiyyə naziri ilk öncə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru vəzifəsinə yenidən seçilməsi münasibətilə cənab Tedros Qebreyesusu təbrik edərək ÜST-ün fəaliyyətinin ölkəmiz tərəfindən daim dəstəkləndiyini bildirib.
Daha sonra nazir pandemiyadan irəli gələn çağırışların, o cümlədən güclü, dayanıqlı səhiyyə sistemlərinin yaradılmasında beynəlxalq əməkdaşlığın vacibliyindən danışıb. Bu xüsusda, səhiyyə sahəsində ölkədə həyata keçirilən mühüm proseslərdən bəhs edib.
Nazir bildirib ki, Azərbaycan hökuməti ölkə ərazisində yaşayan bütün etnik qrupların, o cümlədən erməniəsilli Azərbaycan vətəndaşlarının sağlamlıq hüquqlarını təmin etməyə hazırdır. Bunu nəzərə alaraq, Ermənistan nümayəndə heyətinin beynəlxalq səhiyyə platformasının imkanlarından istifadə edərək hazırkı Assambleyada əsassız və təxribat xarakterli iddiaların səsləndirilməsinin qəbuledilməz olduğunu vurğulayıb, əvəzində iki ölkə arasında başlanılmış sülh prosesinə töhfə verməyə çağırıb.
Digər Xəbərlər

Ermənistan və Azərbaycan arasında yekun sülhün gələn il imzalanacağını gözləyirik - Fidan

ABŞ senatoru: Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdir

Sahibə Qafarova İsrailin yeni səfiri ilə görüşüb

Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Kamran Əliyev BPA-nın 30-cu illik konfransında iştirak edib

Mustafayev və Qriqoryanın qarşılıqlı səfərlərinin hansı ərazilərdə keçirildiyi bilinib

Hikmət Hacıyev ABŞ-də sülh gündəliyi barədə geniş müzakirələr apardı
