adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 May 2019 18:10
36776
TEXNOLOGİYA

Texnologiyadan istifadə et, asılı olma!

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət TəşkilatlarınaDövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və "Könüllülük Fəaliyyətinin Təbliği” Gənclər ictimaibirliyinin təşkilatçılığı ilə "Uşaqlarıninternet informasiya resurslarından düzgün istifadəsi ilə bağlı tədbirlərintəşkili layihəsinin icrasınastart verilibdir. Layihə çərçivəsində növbəti tədbir 29 may 2019 tarixində Bakışəhərinin 5 və Abşeron rayonunun isə 149 saylı orta məktəbində həyata keçirilibdir.

Adalet.az xəbər verir ki, tədbirdə açılış çıxışı edən "Könüllülük Fəaliyyətinin Təbliği” Gənclər ictimai birliyinin əməkdaşı İsmətƏmirahov layihənin məqsədi ve hədəflərihaqqında danışaraq qeyd etti ki, internetin və texnologiyanın insan həyatınagətirdiyi saysız-hesabsız faydaları var. Lakin hər kəs texnologiyadan düzgünistifadə edə bilmir. Dünya üzərində aparılanaraşdırmalar göstərir ki, 6-15 yaş arasındakı uşaqların 79,5 %-i internetdənoyun oynamaq və əylənmək məqsədi ilə istifadə edir. Bu isə onların internetaludəçiliyi deyilən sindromla üzləşdiklərindən xəbər verir.

TəlimçiŞəbnəm Əliyeva çıxış edərək aludəçiliyin fəsadları, internet və texnologiya aludəçiliyinininsan psixologiyasına mənfi təsirləri, informasıya texnologiyalarından düzgünistifadə qaydaları, sosial şəbəkələrdən şüurlu istifadənin yolları, informasıyatexnalogiyalarından və internetdən istifadə zamanı vaxtın düzgün idarə olunmasıvə internetdən milli dəyərlərimizin düzgün təbliğatvasitəsi kimi istifadə olunmasımövzularında iştirakçılara ətraflı məlumat verib.

Tədbir iştirakşılarına layihə çərcivəsindəhazırlanmış "Texnologiyadan ehtiyacın qədər istifadə et” kitapçası, buklet, qələmvə bloknot hədiyyə edilib.