Texniki baxımdan tənzimlənən malların idxalına dair QƏRAR

Nazirlər Kabineti “Bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan texniki tənzimləmənin şamil olunduğu mallara nəzarətin təşkili məqsədilə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Dövlət Gömrük Komitəsi (DGK) arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası”nı təsdiq edib.
Adalet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Dövlət Agentliyi texniki reqlamentlərin tələblərinə uyğunluğun qiymətləndirilməsini təsdiq edən uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədləri barədə məlumatların daxil olduğu Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrini DGK-nın Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə (VAİS) inteqrasiyasını və bununla əlaqədar məlumatların mütəmadi olaraq yenilənməsini təmin etməli, Komitə isə ölkəyə idxal olunan texniki tənzimləmənin şamil olunduğu mallara dair müvafiq məlumatların daxil olduğu Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (VAİS) Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinə inteqrasiyasını, ötürülməsini və bununla əlaqədar məlumatların mütəmadi olaraq yenilənməsini təmin etməlidir.
Digər Xəbərlər

DTX imtahan şəbəkəsini ifşa etdi - Saxlanılanlar var

Londonda "YAŞAT" yay məktəbi davam edir

Nazir qəbulla bağlı növbəti sıra baxışı keçirib - VİDEO

Azərbaycan səhiyyəsi “Kəmər və Yol” forumunda

Konsertlə bağlı nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edildi

ANAMA azad edilmiş ərazilərdəki yanğınlarla bağlı vətəndaşlara çağırış edib

Şuşada maarifləndirici tədbirlər keçirilir - VİDEO
