adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
18 Avqust 2017 15:41
12491
DÜNYA

Terrorda ölənlərin sayı 14-ə çatıb

Avqustun 17-də İspaniyanın Kambrils şəhərində baş verən terror hadisəsi nəticəsində yaralılardan daha biri dünyasını dəyişib.

Adalet.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Bildirilib ki, terror zamanı ölənlərin sayı 14-ə çatıb.

Qeyd edək ki, ötən gün İspaniyanın Barselona şəhərində terror aktı törədilib. Dris Oukabir adlı İŞİD terrorçusu idarə etdiyi mikroavtobusu kütlənin üzərinə sürüb. Terror aktı nəticəsində 13 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.