adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
26 Noyabr 2019 09:39
36347
ƏDƏBİYYAT

Təranə Arifqızı Məmməd Arazdan yazdı

Bizimləəbədi yol yoldaşı, qəlb sirdaşı olan xatirələr adi bir təsadüfdən çözələnər,çözələnər və sən onu dilə gətirmək istəyərsən. Düşünərsən ki, görəsən mən buxatirəni kiməsə danışsam məni qınamaz ki? Necə qəbul edərlər, mənimürəyimdən uçub, göylərə qanad açan o gözəl, əlçatmaz və əvəzolunmaz günləriminxatirəsini.

1991-ciilin may ayı idi. Bakı Mədəni Maarif Texnikumunda Azərbaycanın əvəzsiz şairi MəmmədArazla tələbələrin görüşü keçiriləcəkdi. Hamımız çox həyəcanlı idik, çoxsevinirdik. Niyə də sevinməyəydik. Şeirlərini kitablardan oxuduğumuz,üzünü televiziya ekranından gördüyümüz, əsərlərini sevə-sevə əzbərlədiyimiz buböyük şairi yaxından görəcəkdik.

Mənim dətələbə yoldaşlarım kimi, uçmağa qanadım yox idi. Beş nəfər tələbə şairin şeirlərinibədii qiraət edəcəkdik. Mən də ustad şairimizin "Təəssüf” adlı lirikşeirini əzbərləmişdim. Tədbirə hazırlıq müddətində Məmməd Arazla görüş münasibətiləbir şeir yazmışdım, adını da qoymuşdum "Sevin, Məmməd Araz”. O vaxt Bakı MədəniMaarif Texnikumunun rəhbəri-direktoru gözəl xanəndəmiz Mais Salmanov idi. Məktəbinmədəni-maarif işləri üzrə təşkilatçılısı Talıb müəllim direktora məlumatvermişdi ki, naxçıvanlı qız, 16-cı qrup tələbəsi Təranə Əliyeva Məmməd Arazaşeir yazıb. Mais Salmanov məni çağırdı, şerimin adına baxıb:-Bala, oxu görüm, nəyazmısan o böyük insana. Nə ilə sevindirmək istəyirsən Məmməd Arazı?-dedi.

Şeirioxudum. Xoşuna gəldi. O vaxt Araz çayı sahilində tikanlı sərhədlərin xalq tərəfindənaçılması, o taylı, bu taylı Azərbaycan xalqının bir-birinə qovuşması şeirimin əsasqayəsi idi. Mən də bu sevincli xəbəri nədənsə həmişə qəmli, hüznlügörünən şairimizi sevindirmək , bu kiçik şeirimlə 50 milyonluq xalqı sevindirənbu xəbəri onunla bölüşmək istəyirdim.

MaisSalmanov soruşdu ki, bəs Məmməd Arazdan nə deyəcəksən, de görüm. "Təəssüf”şeirinin ikicə misrasını demişdim ki, dayan bala, dayan- deyə məni saxladı.Sən bir tərəfdən deyirsən ki, sevin Məmməd Araz, bir tərəfdən də

Bu görüş nə acı qismətmiş bizə

Elə bil bir kədər gölünə düşdük-

deyirsən. Bu necə olur. Yox, gəl sən elə özşeirini de. Yaxşı yazmısan.. "Təəssüf” şeirini proqramdam çıxartdılar.

Görüşgünü gəldi çatdı. Ustad şairimiz M.Arazla onun şeirlərini əvəzolunmaz bir ifailə bədii qiraət edən Azərbaycanın xalq artisti, görkəmli incəsənət xadimi, müəllim,pedaqoq Mikayıl Mirzə də gəlmişdi. Sevincimizin həddi-hüdudu yox idi. Ta o gün,o görüş təsvirə gəlməz. Məmməd Araz şeiri ola, Mikayıl Mirzənin ifası ola.



Aradatələbələrə də söz verirdilər. Nəhayət mənim növbəm çatdı. Aparıcı qız məni təqdimedəndə az qala həyəcandan ürəyim dayanacaqdı. Həyəcanla oxudum "Sevin, MəmmədAraz” şeirini.


Bizi, bizə qovuşdurdun, ay Araz,

Həsrətimi sovuşdurdun, ay Araz.

Dünən sənə ayrılıq çayı deyən,

Yarı-yarla danışdırdın, ay Araz.


Üstündə tökülən göz yaşlarından

İncimə, Arazım, incimə bu gün.

Sevincli göz yaşı sənin suyundan

Durulan bir gilə həsrətdir bu gün.


Ay Araz, axır ki, insafa gəldin,

Ayrılıq sözünü sildin, adından.

Sən bizə heç zaman ayrıdeyildin,

Adın yaşayırdı Araz adında.


Sən Arazı şairinlə birləşdirən

Qovuşan həsrətdir Azərbaycanda.

Həsrətin bir odu Təbrizindədir,

Bir odu, od yurdu Naxçıvanımda.


Soruşsalar, bu gün ürəkdən deyəm:

-Mən iki Arazlı Naxçıvandanam.

Sevinəm ürəkdən, danışam, güləm,

Mən Məmməd Arazlı Naxçıvandanam.


Dağılsın fikrin, dağılsın qəmin,

Araz Araz olub dəyişib səmtin,

Sevinirsən bu gün, şair, eləmi?

Sevin, Məmməd Araz, sevin, şairim.


Vəşeir sona çatdı. Onda gördüm zal alqışlayır məni. Elə bu vaxt içimdən heçolmasa Məmməd Araz şeirindən bircə bənd demək keçdi. Və, onun çox sevdiyim"Haqqın yoxdu, haqqın var” şerindən axırıncı bəndi söylədim:


Çox tozanaq atlını təmkin atınlakeçdin,

Sel boğan dərələri bir mərdqadınla keçdin.

Bütün keçilməzliyi, Vətən,adınla keçdim...

Haqqınvar, Məmməd Araz,

Haqqınvar yaşamağa!


Utancaqbir tələbə qızdan bunu gözləməyən 500 nəfərlik zal yenidən alqış səslərinəbüründü. Məmməd Araz- sadə, səmimi və sadə olduğu qədər də böyük olan oinsan gülümsər baxışları ilə məni yaxına çağırdı. Mənə verilmiş gül dəstəsinişairimizə verəndə, o mənim əlimi sıxdı və "Halal olsun qızım” –dedi. Bu bir kəlməsöz ilə sanki dünyanı mənə verdilər. Səhnədən sevincimdən ağlayaraq endim.Arxadan məktəbin direktoru Mais Salmanov səsləndi ki, naxçıvanlı qız, getyazı makinasında şeirinin iki sürətini çıxart, birini şairimizə hədiyyə elə,birinin də üstünə avtoqraf yazdır. Yazdırıb gətirdim. Və özümə götürdüyümşeir vərəqinin üstünə Məmməd Araz bu sözləriyazıb mənə qaytardı.

Bir qız şeir dedi bizə möcüzə,

Allah, bu gözəli çox görmə bizə.

Ogün tələbəlik həyatımın ən xoşbəxt günü idi. 19-20 yaşlı, təzə-təzəşeir yazan, cızma-qara eləyən tələbə üçün bundan gözəlmükafat ola bilməzdi...

Gəlin, biraz da Məmməd Araz dünyasına üz tutaq, görək o dünyada nələr var:

...Açıb tökər dünyanınaçılmaz kələyini,

Süzgəcindən keçirdər hər sözün gərəyini,

Qəlbinin arzusunu, bir oğul diləyini

Deyimində yaşadar Məmməd Araz dünyası.


Bircə misra sözündəneçə-neçə çalar var,

Düşünüb-daşındıran neçə-neçə xallar var,

Onunşair ömründə eniş-yoxuş yollar var.

Bu yolları çox aşar Məmməd Araz dünyası.


Bir ömür butaladı, min ömür naxışladı.

Kədəri buludladı, sevinci yağışladı.

Üçgülə dünya boyda özünü bağışladı.

Taleyinəvəfadar Məmməd Araz dünyası.


AiləlilikləMəmməd Araz vurğunuyuq. 1990-95-ci illərin uzun qış gecələrində odun-kərməpeçının öləziyən istisində, neft lampasının işaran sarı işığında bizim ürəyimizidaha çox isidən Məmməd Araz misralarının odu olardı. Hərəmiz bir şeirini söylərdik.Atamın ən çox sevdiyi "Dünya gözəl dünyadı” və "Nə bilim” şeirləriydi.Özünəməxsus həzinliklə söylərdi bu şeirləri:

Yenə gördüm gördüyümüz dağları

Nəfəsindən əriyirdi dağ qarı.

Yenə elə durnaların qatarı,

Yenə elə dərə, düzən dünyadı –

Dünya gözəl, dünya gözəl dünyadı.

Bəli, MəmmədAraz, sevimli şairimiz, ustadımız! Dünya, gözəl dünyadı. Dünyanınbu təkrarsız gözəlliyinə sənin şeriyyət dünyan daha bir rəngarənglik,gözəllik qatıb ki, səni oxuduqca bu gözəlliyə birdaha valeh olursan, bir daha vurulursan.

Mən Arazam, səsim tutqun Arazdı,

Ha çağırdım, ha yüyürdüm, hayazdım.

İndi daha qaynar təbim ayazdı,

İsinərmi birod-ocaq,nə bilim...

İsinər,Məmməd Araz, sənin qaynar təbin nəinki sənin ocağınayığılanları, ürəyi sənin poeziyanla döyünən hər bir insanı,bütövlükdə Azərbaycan poeziyasını isidəcək, alışdıracaq birsaf çeşmədir ki, içdikcə çağlayır, çağladıqca şeirimizdəyeni-yeni büllur gözlər açılır.

Əslşairlərin ruhunda sadəlikdən doğan səmimilik, səmimilikdəndoğan böyüklük olur. Bu sadəlik onu tanıyanların gözündəucaltdıqca ucaldır. Mən bu gün xatirələrimin Məmməd Arazdünyasına yolçuluq edib səfərimi başa vurdum.Sözümü texnikumdaoxuyarkən Məmməd Arazla görüşdə deyə bilmədiyim "Təəssüf” şeirininsonuncu bəndi ilə tamamlamaq, mənim üçün bir daha qayıda bilməyəngünlərə təəssüf, heyf sənə, Məmməd Araz, demək istəyirəm:

Bəlkə də yüz dəfəgörüşdük belə

Yenə xatirələr, yenə təəssüf,

Təəssüf, təəssüf, təəssüfilə

Qayıda bilməyən günə təəssüf.