Tənzilə Rüstəmxanlı: “Gənc gəlinləri yolundan çıxaran sosial media dələduzları...”
“Bu hadisələrə Azərbaycanda yaxın tarixmizdə çox az təsadüf edərdik. Amma çox qəribədir ki, son dönəmlərdə qətl hadisələrinə tez-tez rast gəlirik. Düşünürəm ki, bunu sadəcə hüquq-mühafizə orqanları deyil, ümumiyyətlə millət olaraq ictimai rəydə bu hadisələri qınaq obyektinə çevirmək lazımdır”
Bunu Adalet.az-a açıqlamasında Azəri-Türk Qadınları Birlinin sədri Tənzilə Rüstəmxanlı qadın qətlləri haqda danışarkən deyib. T.Rüstəmxanlı bu istiqamətdə maarifləndirici işlərin aparılmasının vacib olduğunu bildirib:
“Biz axı belə toplum deyilik, qadına münasibətimiz bir başqa olub. Bir az bu sosial medianın geniş yayılması, gənclərin bunun aludəçisi olması müxtəlif problemlər yaradır. Amma bunların heç bir gərək insan ölümünə aparıb çıxarmasın. Mənə elə gəlir ki, bunu yaradan səbəblər araşdırılmalıdır, təhlil edilməlidir. Onların ortadan qalxması üçün də tədbirlər görülməlidir.
Sizə bir misal deyim. Bu yaxınlarda bir dostumuzun toy məclisinə getmişdik. Masamızın çevrəsində demək olar ki, çoxusu gənc xanımlar əyləşmişdi. Hətta orta yaşlı nümayəndələr də var idi. Siz inanın ki, mən o məclisdə çox otura bilmədim. Bir saat müddətində gördüm ki, gənclərimiz telefondan başlarını qaldırmadılar. Ətrafa baxmadılar ki, gələn kimdi, burda nə baş verir. Yəni bu səviyyədə aludəçiliklər müxtəlif ailələrdə rahatsızlıqlar yaradır. Gənc gəlinləri bəzən yolundan çıxaran sosial media dələduzları var. Ailələr dağılır. Bunların hamısı problemdir. Bu səbəblər ortadan qalxmalıdır, ictimai qınaq olmalıdır. Hüquq-mühafizə orqanları bu məsələlərdə də çox ciddi qanunauyğun, ədalətli qərarlar verməlidirlər. Bəzən qatilə o qədər yüngül bir cəza kəsilir ki, ortaya onun etdiyi əmələ haqq qazandırma predmetləri qoyulur.
Cəzasızlıq isə sonda cinayətə gətirir. Ona görə də inanın ki, bunlar mənə çox ağır gəlir. Bir təşkilat rəhbəri, qadınlarla işləyən biri olaraq da narahatam. Ümumiyyətlə, insanlarımızın maarifləndirilməsi çox önəmlidir. Qadına baxış münasibəti dəyişdirilməlidir. Qadını öldürmək, ona zəif məxluq kimi baxmaq yolverilməzdir. Zehniyyət dəyişməlidir. Bunun üçün isə təhsil çox önəmlidir. Bu hadisələr adətən cahil toplumlarda baş verir”-deyə Tənzilə Rüstəmxanlı bildirib.
Qeyd edək ki, bu gün Gəncədə Vətən müharibəsi iştirakçısı bacısını qətlə yetirib.
Vasif Əlihüseyn
Digər Xəbərlər
24 Dekabr 2025 17:00
İlham Əliyev və xanımı Ağdamda sakinlərlə görüşdü - FOTOLAR + YENİLƏNİB
24 Dekabr 2025 16:24
"Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib - VİDEO
24 Dekabr 2025 15:24
Prezident və xanımı Xankəndidə açılışda - FOTOLAR + YENİLƏNİB
24 Dekabr 2025 13:50
Sabah qar yağacaq - PROQNOZ
24 Dekabr 2025 13:07
Daha 169 nəfər doğma yurda döndü - YENİLƏNİB
24 Dekabr 2025 11:48
Səma VİDEOsuna görə işdən qovula bilər - Nazirdən açıqlama - VİDEO
24 Dekabr 2025 11:33
Himayədar ailələrə verilən uşaqların sayı 60-a çatıb
24 Dekabr 2025 10:29


Bakı -°C

