adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 May 2021 10:16
14103
GÜNDƏM

Təlimlərdə PUA heyətləri təlim tapşırıqlarını icra edir - VİDEO

Azərbaycan Ordusunda hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının da cəlb olunduğu təlimlər davam edir.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri havadan müxtəlif hündürlüklərdə kəşfiyyat aparır.

PUA heyətləri həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkar edilməsi və müvafiq məlumatların idarəetmə məntəqələrinə göndərilməsi üzrə tapşırıqları icra edir.