adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
03 Iyun 2019 15:48
17717
SİYASƏT

“Televiziya toplumu istənilən şəklə sala bilər” – Musa Qasımlı

"Televiziyalar istənilən toplumu istənilən şəklə sala bilər”.

Modern.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib.

O, Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşündəki nitqindən sonra ölkə televiziyalarında ciddi keyfiyyət dəyişikliklərinin getdiyini bildirib:

"Hazırlanan məzmunlu proqramların sayəsində tamaşaçılar televiziyaların ekranları qarşısına dönürlər. Xüsusən AzTV-də son vaxtlar həm tərtibat, həm də məzmun baxımından maraqlı proqramlar hazırlanır. Bilirsiniz ki, televiziyalar istənilən toplumu istənilən şəklə sala bilər. Televiziyada vətənpərvərlik tərbiyəsi və intellektual mövzularda hazırlanan proqramlar bu baxımdan xüsusilə əhəmiyyətlidir”.

M.Qasımlı daha sonra bildirib:

"Ötən ay AMEA Qafqazşünaslıq İnstitutunun təşkil etdiyi Qafqazşünasların II Beynəlxalq Forumunda ən mötəbər mənbələrə əsaslanaraq elmi ictimaiyyət qarşısında erməni faşizmi və Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü haqqında məruzələr etmiş qiymətli dostlarım - məşhur alimlər professorlar Kamer Kasım (Türkiyə), Oleq Kuznetsov (Rusiya), Numan Aruç (Şimali Makedoniya) və dosent Almaz İsmayılovaya öz fikirlərini daha geniş auditoriyada söyləmələrinə imkan yaratdığına görə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra edən Rövşən Məmmədova və tanınmış telejurnalist Elnar Məmmədova dərin minnətdarlığımı bildirirəm. Var olun!”