adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 May 2020 11:17
20412
GÜNDƏM

TELEVİZİYA RƏHBƏRLƏRİNİN MENYUSUNA

Televiziya dünyasının unudulmaz rəhbərləri olub.

Rocer Alies (1940-2017) bu adların ən başında gəlir. Şübhəsiz ki, mediyatarixinin ən mübahisəli adamıdır.

Amerikanın sağçılarının ən öndə çəkilən adlarındandır. RespublikaçılarPartiyasının ən odlu-alovlu tərəfdarlarından biri idi.

Amerikanın eks-prezidentləri Riçard Nikson və CorcBuşla işləyib. Donald Trampı namizəd olmağa razı saldı, gizlicə söz elçisioldu. Amma əsl işi televiziya işi idi.

Rocers Aliesi zirvəyə qaldıran Rupert Murdox iləqurduğu "Fox News”oldu. Xəbər kanalını uzun illər ABŞ-ın ən çox baxılan TV-sinəçevirdi. Bəs, bunu necə bacardı?

1995-ci il.

FOX News quruluş işləri ilə məğul ikən Murdox sağqolu İan Rae kimi sistemin üst idarəçilərinin qoşulduğu görüş təşkil etdi. Yenixəbər kanalının yayım siyasətinin necə olmağı barədə təkliflər irəli sürüldü.Hamı "əla” deyib rəy verdi.

Rəhbər Murdox masanın arxasında oturan Rocer Aliesəçevrilib dedi:

- Sən nə deyirsən, Rocer?

Rocer dedi:

- Bircə sualım var, izləyicilərimiz kim olacaq?

Cavab verdilər ki, ən böyük kütlə!

Rocer:

- Məncə, səhv edirsiniz, hamıya ehtiyac yoxdur. Bizsiyasətdə baza yaratmaq deyirik buna. Hədəf kütləmizi biz yaradacağıq. Kimlər?Amerikanın sahibləri, yəni ölkənin yarısı. Biz bu insanlara eşitməkistədiklərini, görmək istədiklərini verəcəyik. Baxın, bizdən başqa kanallardemokrat liberallara oynayır. Yəni ölkənin digər yarısına. Buraxaq CNN-dənCNBC-yə qədər bütün kanallar ölkənin yarısı üçün öz aralarında mübarizəaparsınlar. Biz ölkənin qalan yarısına liderlik edək.

Rocer Alies bunu bacardı!

FOX News Amerikanın sahiblərinin yeganə kanalı oldu.