adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 Mart 2017 15:04
7429
MƏMLƏKƏT

Tələbələr kilsə, sinaqoq və məsçiddə oldular

Martın 16-da Bakı Mühəndislik Universitetinin Kimya və Tərcümə bölməsinin bir qrup tələbələriUniversitetdə fəaliyyət göstərən "Azərbaycanmultikulturalizmi” Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə Bakıda fəaliyyətgöstərən Jen Mironesets kilsəsini,Əşkinazi yəhudiləri sinaqoqunu və Heydər Məscidini ziyarət ediblər.

Ziyarətzamanı tələbələrə məlumat verilib ki, ölkəmizdə bütün dinlərə və digər millətlərəmənsub olan toplumlara tarixən tolerant münasibət bəslənib. Bu gün də ənənəvisiyasət davam edir və dövlət bu siyasətin daha da şaxələnməsi üçün ən vacib tədbirlərihəyata keçirir.

Həmçininqeyd olunub ki, ölkəmizdə dini zəmindəmünaqişələrin olmaması, insanların sərbəst olaraq öz əqidə formasını seçməsi,dini dözümlülük və tolerantlıq şəraitinin yaradılması, bu uğurların bir çoxbeynəlxalq təşkilatlar tərəfindən etirafolunması, dövlətin bu sahədə apardığı uğurlu siyasətin nəticəsidir.

Tələbələrgördüklərindən və aldıqları məlumatlardan məmnunluq ifadə ediblər.