adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Aprel 2020 08:44
139053
MÜSAHİBƏ

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

Məşhur ingilis tədqiqatçı jurnalist Tomas de Val müəllifiolduğu "Qara Bağ: Ermənistan və Azərbaycan sülh və müharibədən” adlı kitabındamüsahibə götürdüyü Serj Sarkisyanın dediklərinə istinadən bunları yazıb:"Xocalıdan əvvəl azərbaycanlılılar düşünürdülər ki, ermənilər mülki insanlaraqarşı əl qaldıra bilməzlər. Amma biz bu stereotipi sındıra bildik”.

Bax elə oXocalı faciəsindən bu günə qədər heç bir Azərbaycan vətəndaşı 1992-ci ilinsoyuq fevralında xocalılılara, xüsusən, qadınlara, uşaqlara, qocalara qarşı ermənilərintörətdiyi qətliam və amansız işgəncəni unuda bilmədi. Bir erməni əsgəri tərəfimizdənməhv ediləndə də, lap qəzaya düşüb ölən hamımızın üzündə yüngülvari dəolsa,bir sevinc işarıb.

Atəşkəsdən(12may 1994-cü il) sonra belə sevinci yaşadıq. 2016-cı ilaprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistansilahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalandaordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, apreldöyüşləri kimi tarixləşdi.


Ermənistan hakimiyyətinə müxalif "Sasna Tsrer”silahlı qruplaşmasının aprel hadisələri zamanı ermənilərin ölü olaraq 150-dənartıq itki, 200-dən çox yaralı verməsi həqiqətin bir qismidir. Əslində isəAprel döyüşlərində qarşı tərəfin itkisi 300-dən çox ölü və 700-dən artıq yaralıilə dəyərləndirildi. 2016-cı ilin mart ayının ortalarından başlayaraq erməniləratəşkəsi tez-tez pozmağa başladılar. Aprelin 1-dən 2-nə keçən gecədənbaşlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələridüşmən tərəfindən intensiv atəşə məruz qaldı. Təxribatlar zamanı dinc əhaliyə dəhücumlar nəticəsində mülki əhali arasında da ölən və yaralananlaroldu, Ordumuz da şəhid verdi. Artıq Azərbaycan Ordusu da ermənilərinmövqelərinə cavab zərbələri endirdi. Bilirsiniz ki, 2000 hektardan artıq əraziişğalçılardan təmizlənib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yaradabiləcək Talış kəndi ətrafındakı yüksəkliklər tam azad edilib. Horadiz şəhərinindüşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən,geniş ərazini nəzarətdə saxlamaq imkanı verən Cəbrayılın strateji əhəmiyyətli Lələtəpəyüksəkliyinə Azərbaycan Ordusu dövlət bayrağını sancıb. Bu döyüşlər nəticəsində320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb. Xüsusən, Lələtəpənin22 ildən sonra azad olunması Cocuq Mərcanlıkəndinin təhlükəsizliyini dəmöhkəmləndirib və bu qələbə nəticəsində kənd sakinləri doğma yurdlarınaqayıdaraq yenidən öz həyatlarını qurublar.Bu faktlar dərindən sevinməyimizə bir səbəb ola bilərdi, əgərordumuzun da 93 nəfər zabit və əsgəri şəhid olmasaydı. Amma bu müharibədi!

Polkovnik-leytenantVüqar Abduləzimov

Bu gün o gündən artıq 4il keçir. Amma o döyüşlərdə iştiraketmiş bir neçə zabitimizlə söhbətimiz bizi yenidən o möhtəşəm 4 günlük müharibəyəapardı .İlk həmsöhbətim polkovnik-leytenant, Aprel döyüşlərində II qrup əlil olmuşVüqarAllahverən oğlu Abduləzimovdu. O, 1977-ci il 9 may günü Laçınrayonu Hacılar kəndində dünyaya gəlib. Ailədə beş uşaq olublar. Özlərinə görə,adi, amma firavan həyat yaşayıblar. Hacılar kimi cənnət bir yurdda, təbii gözəlliklərləseçilən bir obada başqa cür yaşamaq da mümkün deyildi. Bu xoşbəxtlik1990-ci illərə qədər davam etdi. Azğınlaşmış ermənilərin kəndlərinə tez-tezbasqın etməsi, camaatı qorxu altında saxlaması Hacıların igidlərini narahat etsədə, onlar da mübarizələrindən qalmırdılar. Elin kişiləri kəndin keşiyini çəkir,kustar üsulla düzəldilmiş silahlarla camaatı erməni quldurlarındanqoruyurdular. Məhz belə hücumların birində qəhrəmanımın atası Allahverən kişierməni gülləsinə tuş gəldi, şəhid düşdü. "Vətən uğrunda” medalı ilə tətif edilənpolkovnik-leytenant Vüqar Abduləzimov şəhid oğludur. O, aprel döyüşlərini belə xatırlayır:

- Müharibə qurbansız mümkün deyil. Mənimən yaxın dostlarım, əsgərlərim bu döyüşdə şəhid oldu. Mayor RasimMəmmədov, mayor Elnur Əliyev, polkovnik-leytenant Sənan Axundov, kiçikçavuş Ruhin Qəhrəmanov, əsgər Sarvan Mehrəliyev və adını çəkə bilmədiyim digərşəhidlərimizin yoxluğu indi də məni yandırır. Təsəvvür edin, o igidlərinhesabına ermənilərin "keçilməz sədd” adlandırdığı xətti biz 40 dəqiqəyəələ keçirdik.Lələtəpə postunda bizə qarşı döyüşən erməni yüksək rütbəlizabit və əsgərlərini mühasirəyə aldıq və məhv elədik. Döyüşün əvvəlindən sonunaqədər Xocalı faciəsinin verdiyi qisas hissi məni və hərbi hissəmizin heyətinitərk eləmədi. Bir haşiyə çıxım: Məhv etdiyimiz erməni zabitlərininüstündə telefonlar vardı. Həmin telefonlara durmadan zənglərgəlirdi. Zəng edənlərin demək olar ki, hamısı döyüşənlərin yaxınları idi -zənglər Ermənistandan gəlirdi. Erməni-rus dili bilən zabitlərimiz zənglərəcavab verirdi. Erməni soruşurdu, "sən kimsən?”, zabitimiz deyirdi, "mənAzərbaycan Ordusunun zabitiyəm və sənin komandir ərini məhv elədim”. Xəttin obaşındakı erməni qadın ağlayaraq "onu öldürməyin, onun 2 övladı var” deyirdi. Bizcavab verirdik ki, "o erməni zabiti mənim ölkəmə niyə gəlib? Onun öldürdüyü azərbaycanlılarınövladı yox idimi?”.

Bir faktı da deyim: Düşmənin ələ keçirilən rabitə vasitələri açıq qalmışdı.Döyüş xəttində olan digər erməni hərbçilərinin səsi ora düşürdü. Uduzduqlarını,onlara kömək gəlmədiyini təlaş-həyəcan içində deyirdilər. Qrupumuzda ermənidilini bilən kəşfiyyatçıların köməkliyi ilə düşmənin yeri müəyyən edildi. Artıq artilleriyamızhəmin əraziləri vurduğuna görə, onlara kömək gələ bilmədi.

- Deyilənə görə, Ermənistanartilleriyasının atıcılarının coxu zəncirlə topa bağlı şəkildə olub.. Döyüşüqoyub qacmamaları üçün erməni zabitləri belə tədbirlərə əl atıb...

- Yadımdan cıxmamış deyim ki, onların öncəbhədən arxada olan postlarında Ermənistan hərbi polisi dayanmışdı. Bu odeməkdir ki, ermənilər bizim Ordunun hücumuna dözə bilməyiblər və dözəbilməyəcəkləri ehtimalı da Aprel döyüşləri başlamazdan əvvəl varmış.Ermənilərin könülsüz döyüşdüyü, zorla məcbur edildiyi sonradan elə onlarınözlərinin çəkdiyi kadrlardan da məlumdu. Biz onların postlarına girəndəermənilər qaçmağa üz qoydular. Doğrudur, biz geri çəkilməyə çalışan düşmənəqarşı lazım olan bütün tədbirləri həyata keçirdik, o qorxaqlara AzərbaycanOrdusunun gücünü göstərdik. Biz onlardan həm texnika, həm hərbi bacarıq, həmpsixoloji cəhətdən qat-qat üstün olduğumuzu sübut etdik. Qalibiyyətimizin birgöstəricisi də o idi ki, müharibənin gərgin olmasına baxmayaraq, bizim birəsgərimiz nəinki döyüş zolağını tərk etmədi, hec arxaya da dönübbaxmadı... Ancaq irəli şığıdılar! Ancaq qisas almağa çalışdılar!Aprel döyüşləriAzərbaycan xalqının Ordumuza olan inamı geri qaytardı. Qalib gələndənsonra tutduğumuz erməni postlarına bayraq sancmağın verdiyi sevinci ifadəetməyə söz tapa bilmirəm. O hissi bir də yaşamaq üçün nəinki ayağımı, bütünhəyatımı qurban verərəm...

- Vüqar, harda yaralandınız?

- Ayın 18-dəermənilərdən aldığımız postlarda kəşfiyyat tapşırıqları yerinə yetirərkənminaya düşdüm, sol ayağım dizdən aşağı amputasiya olundu . Hospitalda üzunmüddət müalicə olduqdan sonra indi müasir protezlə təmin olunmuşam. Hazırdanormal insanlar kimi gəzirəm, yeriyirəm. Müharibə gözləyirəm. .Çünkü ordangələndə döyüşçülərə söz vermişəm ki, bir ayağımda protez olsa da, sizinyanınızda olacam. Üçrəngli bayrağımızı işğal olunmuş rayonlarımızdadalğalandırmalıyıq. Həyatda ən böyük arzum və müqəddəs borcum,vəzifəm budur!

Polkovnik-leytenantEldəniz Hüseynov


Aprel döyüşləriiştirakçısı, "N" saylı hərbi hissənin keçmiş artilleriya rəisi EldənizZakir oğlu Hüseynov 1976-cı il martın 19-da Ağdam rayon Şıxlar (Baş Qərvənd) kəndindəanadan olub. Ortatəhsilini doğma kəndində əla qiymətlərlə başa vurub. 1994-cü ildə Bakı Ali BirləşmişKomandandirlər məktəbinə daxil olub. Orada yerüstü artilleriya ixtisası üzrə təhsilalıb. 1998-ci ildən 2017-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin müxtəlifhərbi hissələrində qüsursuz xidmət aparıb. Hərbi hissənin artilleriya rəisi vəzifəsinəqədər yüksəlib. Silahlı Qüvvələrin ehtiyata buraxılmış polkovnik-leytenantıdır.Ailəlidir. 1 övladı var. O da xatirələrini bizimlə bölüşdü:”Heç zaman düşməninbaşıboş artilleriyaçıları kimi nagümana atəş açmamışam. Minaatan bölmələriminatdığı bütün mərmilər demək olar ki, konkret hədəfə atılıb və ürəkaçan nəticələriortaya çıxıb. Dəfələrlə düşmənin atəş mövqelərinə atdığım mərmilər düşmənincanlı qüvvəsini, hərbi texnikasını və artilleriya silahlarını məhv edib. Düşmənbunu öz ictimaiyyətindən gizli tutmağa çalışsa da, əldə etdiyimiz kəşfiyyat məlumatlarında,həmçinin atışdan öncə ərazidə çəkiliş aparmağa göndərilən PUA-ların qeydlərindəndüşmənin ağır itkiləri təsdiqlənirdi. Düşmən, Ağdam istiqamətində yerləşəntaboru toplardan və 120 mm-lik minaatanlardan atəşə tutmuşdu. Həmin atəş nəticəsindəAğdam rayonundan olan müddətdən artıq hərbi qulluqçu həlak olmuşdu. Etiraf edimki, əsəbimə hakim ola bilmirdim. Əlimdə olan məlum hədəflərə toplardan atəşaçmağa can atırdım. Lakin hərbçi peşəsi soyuqqanlılığı, təmkinli olmağı sevir vətələb edir. Özümü toplayıb səbr etdim. Həmin atəşə tutarlı cavab verəcək hədəfaxtarışına başladıq. Çox keçmədən dəyərli məlumat əldə etdik. Belə ki, Madagizistiqamətində düşmənin cəmləşməsinin müşahidə olunduğu deyildi. Ərazininkoordinatlarını çıxarıb toplara atəş əmri verdim. Sərrast atış nəticəsində düşməndarmadağın oldu. Sonra məlum oldu ki, düşmənin Xüsusi Təyinatlı Qüvvələrinintaborları sertifikat alma mərasimi keçirirmiş. Top atəşimiz nəticəsində beşdənçox yüksək rütbəli zabitləri, iyirmidən artıq hərbi qulluqçuları (xüsusi təyinatlıları)məhv edildi, xeyli sayda yaralıları var. Həmin hadisədən sonra isə top atışlarımütamadi hal aldı. Bu, aprel döyüşlərinə qədər davam elədi... Amma nəvaxtsa döyüş başlayacağını bilirdim. Onagörə də, heç vaxt özümə rahatlıq vermirdim. Durmadan onların bütün hədəflərininkoordinatlarını işləyirdim. Döyüşlər başlayanda isə 11 ədəd müşahidə məntəqəsindənistifadə edirdim. Bütün bunlardan başqa atış zamanı hava şəraitini dəqiqliklə nəzərəalırdım. Aprel döyüşlərində isə düşmənin xüsusi təyinatlı taborunun Talış kəndindəcəmləşdiyi binanı vurduq. Digər düşmən xüsusi təyinatlılarının hücumununqarşısın aldıq, onları ağır itkilərə məruz qoyduq və bir qərargahlarınıdağıtdıq. Ümumilikdə o döyüşlərin özü nəaliyyət idi...

Baş leytenantŞamxal İsmayılov



Şamxal1992-ci il iyun ayında Agdam rayonu Seyidli kəndində anadan olub. Cəmi bir ilsonra -1993-də o cənnət yurdlarından ailəlikcə, ellikcə didərgin düşüblər. Həminvaxtlar atası Zahir İsmayılov yerli batalyonların birində qızğın döyüşlərdəiştirak edir və elə o yerli batalyonların hesabına əhali döyüş xəttindən azitki ilə uzaqlaşdırılır.ArtıqböyüdükŞamxal da öz həyat yolunu cızmışdı! 2013-cu il isə Şamxalın da, onun doğmalarının da həyatında ən sevincli illərdən biri kimi yadda qalır. Ohəm ali təhsili başa vuraraq diploma, həm də Azərbaycan Respublikasının MüdafiəNaziriliyinin muvafiq əmrinə əsasən "Leytenant" hərbi rutbəsinə layiqgörülür. Elə həmin ildə Tovuz rayonunda yerləşən N sayli hərbi hissəyə general-mayor Mayis Berxudarovun sərəncamına göndərilir. 2013-cu ilin avqust ayindaSilahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində zabit kimi tehsil alır. 2014-cuiyul ayinin 25-də Qusarda , sonra isə-2016-ci ildə N saylı hərbi hissədə xususitəyinatli bölmədə hərbi xidmətini davam etdirir. Məlum və şərəfverici 4 günlükAprel döyüşlərində göstərdiyi cəsurluğa, və numunəvi xidmtə gorə, komandanlığınFəxri Fərmanı ilə təltif olunur. Oz istəyilə bu il yenidən cəbhə bölgəsinə-Fizulirayonunda yerləşən N sayli hərbi hissəsinə təyinat alır. "Ən böyük arzun nədir?”sualımıza atası Zahirin , dayısı şəhid leytenant Yavər Babayevin döyüş yolunu şərəflədavam etdirmək, qələbə bayrağını nəinki Ağdamda, eləcədə , Lacında, Şuşada,Xankəndidə yüksəltmək olduğunu vurğuladı:”"2016-cı ilin aprel döyüşləri Azərbaycanınhərb tarixinə qızıl hərflərlə yazıldı və Azərbaycan Ordusunun döyüş əzminisübut etdi. Həmin zəfər nəticəsində qəhrəman Azərbaycan əsgəri düşmənə layiqlicavab verməklə yanaşı, işğal altında olan mühüm əhəmiyyətli yüksəklikləri vəyaşayış məntəqələrini azad etdi. Uzun illərin ayrılığından sonra düşməntapdağında olan torpaqlarımızın bir qismi tarixi sahibinə qovuşdu. Hər gün, hərsaat aprel döyüşlərinin yenidən təkrar olunacağı günü gözləyirəm. Son qarıştorpağımızı işğaldan azad etməyincə rahat dayanan deyilik. Qələbə mütləq bizimolacaq, çünki biz haqq uğrunda, ata-baba torpaqlarımız uğrunda döyüşürük, başqaheç kimsənin torpağında gözümüz yoxdur. Ali Baş Komandan lham Əliyevin bütün əmriniyerinə yetirməyə hazırıq!”

Maraqlıdı,hər üc zabit Azərbaycan əsgərinin hökmündən, qüdrətindən, rəşadətindən, əzmindən,düşmənə nifrətindən danışdıqca, gözləri parlayır, üz-gözündən sevincsüzülür, qürur, fəxr dolu sözləri coşqu ilə dilə gətirir, hansısa birdöyüşçünü, yaxud hansısa bir detalı yadından çıxarmamaq üçün sanki həyəcanyaşayırdılar. Azərbaycan kişilərini bu zabitlərin simasında görürəm! İnanıramki, daha böyük bir döyüş üçün, daha qəti və əzmli bir qələbə üçün bütün Azərbaycan oğulları hazır dayanıb əmr gözləyirlər!

Əntiqə Rəşid