“Təklif edirlər ki, “qrammatika” sözü bir “m” ilə yazılsın” - Akademik
"Azərbaycan dilinin Orfoqrafiya Qaydaları" layihəsi ilə əlaqədar dövri mətbuatda səslənən, yazılı və şifahi şəkildə daxil olan müraciət və təkliflər İşçi Qrup tərəfindən sistemləşdirilib və təhlil edilib.
Adalet.az xəbər verir ki, bu barədə AzVision.az-a Dövlət Dil Komissiyasının üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu məlumat verib. O bildirib ki, həmin təkliflər Orfoqrafiya Komissiyasının gündəliyində müzakirə ediləcək.
"Bu ay ərzində İşçi Qrupunun son iclası olmalıdır. Həmin iclasdan sonra məsələ Orfoqrafiya Komissiyasına çıxarılmalıdır. Biz yalnız redaktə xarakterli işlər etmişik. Qəbul olunan təkliflərə baxıb, onları sistemləşdirmişik. Həmin təkifləri Orfoqrafiya Komissiyasının gündəliyinə çıxaracağıq. Təkliflər arasında yeniliklər də var. Məsələn, təklif edirlər ki, "qrammatika” sözü bir "m” ilə yazılsın və s. Komissiya baxıb yekun qərarını verəcək. Daha sonra isə sənəd Nazirlər Kabinetinə təqdim ediləcək”.
Qeyd edək ki, "Orfoqrafiya Komissiyasının "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi əsasında bəzi sözlərin yazılış qaydalarının dəyişdirilməsi, məsələn, "əsgər” sözünün "əskər”, "alqı-satqı” sözünün "alğı-satqı” yazılması və digər təkliflər cəmiyyətdə birmənalı qarşılanmayıb.
Digər Xəbərlər
29 Aprel 2024 18:24
Ermənistanla sərhəddə 35 dirək quraşdırılıb - RƏSMİ
29 Aprel 2024 18:00Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun fəaliyyət istiqamətləri açıqlanıb
29 Aprel 2024 17:45Xəritələrə əsasən, 4 kənd Azərbaycana məxsus olub
29 Aprel 2024 17:26Penitensiar Xidmətdə əməliyyat müşavirəsi keçirildi
29 Aprel 2024 16:43