adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Sentyabr 2018 15:38
10911
GÜNDƏM

“Təhminə və Zaur” serialının rejissoru: “Biz Anar müəllimdən xeyir-dua almışıq”


"Biz Anar müəllimə serialın sinopsisini təqdimetmişdik”.

Bu sözləri Adalet.aza açıqlamasında "Təhminə və Zaur" serialının rejissoru Sain Qəhrəman deyib. Onun sözlərinə görə, serialın çəkilməsiüçün yazıçı Anardan xeyir-dua alıblar:

"Sinopsisi verdik Anar bəyə. Üç-dörd gün ondaqaldı. Axı biz serialın ssenarisini verə bilməzdik. Bu mümkün də deyil. Çünkiefir vaxtını müəyyənləşdirmək, serialın ssenarisinin hər seriyaya görəyazılması prosesi var. Biz Anar müəllimin yanına bir ay gedib gəldik. Son məqamdaAnar bəy istirahətdə idi, onun köməkçisi Rauf Aslanov bizə dedi ki, Anar müəllimxeyir-dua verir, deyir ki, çəksinlər. Biz Anar müəllimin razılıq verməsinə o qədərsevindik ki... Bilirsiniz, bu gün yaşayan dahi şəxslərdəndir Anar müəllim. Bizonun sözünü tapdalaya bilmərdik. O boyda sənətkarın qabağında öz başına hərəkətedə bilməzdik”.

Xatırladaq ki, yazıçı Anar "Təhminə və Zaur” serialınınssenarisindən xəbəri olmadığını saytımıza bildirmişdi.