adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
28 Mart 2019 17:51
124061
RUBRİKA

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

"Yol hərəkətihaqqında” Qanun

(əvvəli ötənsaylarımızda)

VII. Qarşılıqlıkeçmə çətinləşən hallarda - hansı sürücü tərəfdə maneə varsa, həmin sürücü yolverməlidir. 1.13 və 1.14 nişanları ilə işarələnmiş yerlərdə maneə olduqda,enişlə aşağı hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü yoxuşla yuxarı gedən nəqliyyatvasitəsinə yol verməlidir.

Maddə 52.Dayanma və durma

I. Nizamla

ma vasitələrindəbaşqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində- yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarındabir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayanmotosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında ikicərgədə dayana və dura bilərlər.

II. Yolun sol tərəfindədayanmağa və durmağa yaşayış məntəqələrində tramvay yolunun olması səbəbindənsağ tərəfdə dayanmaq mümkün olmadıqda və ya birtərəfli hərəkət yollarında (icazəverilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinə birtərəfli hərəkətyollarının sol tərəfində dayanmağa yalnız yük götürmək və ya boşaltmaq üçün)icazə verilir. Yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnızminik avtomobillərinə, motosikletlərə, mopedlərə və velosipedlərə bu şərtləicazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın.

III. Yaşayış məntəqəsindənkənarda uzunmüddətli dincəlmə, gecələmə və istirahət üçün durmağa yalnız bu məqsədlədüzəldilmiş meydançalarda və ya yoldan kənarda icazə verilir.

IV. Aşağıdakıyerlərdə:

1) tramvayyollarında, habelə tramvay yollarının bilavasitə yaxınlığında, əgər bu,tramvayın hərəkətinə maneə yaradarsa;

2) dəmiryolkeçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdəüçdən az hərəkət zolağı varsa) və onların altında;

3) 1.1, 1.3 və1.11 üfüqi nişanlanma xətləri ilə dayanmış nəqliyyat vasitəsi arasında məsafə 3metrdən az olan yerlərdə;

4) piyada keçidlərindəvə onlara 5 metrdən az yaxınlıqda;

5) hərəkət hissəsindətəhlükəli döngələrin və yolun uzununa profilinin qabarıq əyintili hissəsininyaxınlığında - hər hansı bir istiqamətdə yolun görünmə sahəsi 100 metrdən azolduqda;

6) 1.1-1.4nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yankeçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsindəvə kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda;

7) dayanacaqmeydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinindayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən azyaxınlıqda;

8) nəqliyyatvasitəsi svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla başqasürücülərin bunları görməsinə mane olduğu və ya başqa nəqliyyat vasitələrinin hərəkətini(girmə və ya çıxma) qeyri- mümkün etdiyi, yaxud piyadaların hərəkəti üçün maneəyaratdığı yerlərdə;

9) nizamlamavasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa - səkilərdə;

10) 3.27 yolnişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsirzonalarında;

11)avtomagistrallarda və ya 5.3 nişanı ilə işarələnmiş yollarda 5.15 və ya 6.11nişanları ilə işarələnmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanmaqadağandır.

IV-I. Ümumiistifadədə olan nəqliyyat vasitəsi sürücüsünün sərnişinləri mindirmək və düşürtməküçün nəqliyyat vasitəsini bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaqmeydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindənkənar dayandırması qadağandır. Taksilərin bu məqsədlə xüsusi olaraq müəyyənedilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdəsifariş qəbul etmək məqsədilə durması qadağandır.

V. Nəqliyyatvasitəsini duracağa qoyduqda sürücü mühərriki söndürməli, duracaq tormozsistemini qoşmalı, təkərləri səkiyə və ya yolun qırağındakı başqa maneəyə tərəfçevirməli və qapıları kilidləməlidir. İcazə verilən maksimum kütləsi 3,5 tondançox olan nəqliyyat vasitəsini yoxuşda və ya enişdə duracağa qoyduqda, nəqliyyatvasitəsinin öz-özünə hərəkət etməsinə yol verməmək üçün sürücü təkərlərdən heçolmasa birinin altına tıxac qoymalıdır.

(ardı var)