11 Sentyabr 2023 16:46
890
ELM VƏ TƏHSİL

Tədris ili 15 sentyabrda başlayır - ƏMR

2023/2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədrisi istisna olmaqla) 15 sentyabr 2023-cü il tarixdə başlayacaq, 14 iyun 2024-cü il tarixdə başa çatacaq.

Adalet.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayevin 2023/2024-cü tədris ilinin başlanması ilə bağlı imzaladığı əmrdə bildirilib.

2023/2024-cü tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacaq.