Təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində TƏBİB-in tabeliyindəki “103” və “113” təcili təxirəsalınmaz tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
TƏBİB-dən Adalet.az-a verilən məlumata görə, qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq.
Bakı şəhərində 139 təcili tibbi yardım briqadası xidmətə hazır vəziyyətdə gətirilib. Onlar tibbi ləvazimatlarla, dərman preparatları və s. ilə tam təmin edilib.
Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində həm xarici ölkələrdən, həm də bölgələrdən xüsusilə Bakı şəhərinə gələn qonaqların sayında artım müşahidə olunduğu üçün təchizat və təlimat buna uyğun təşkil olunacaq.
Məsul şəxslər tərəfindən təcili tibbi yardım xidmətinin fəaliyyəti ilə bağlı reydlər keçiriləcək. Qüsurlar aşkarlanarsa, dərhal tədbir görüləcək.
Digər Xəbərlər

Bu qidalar sağlamlığa zərər vura bilər

Səhər enerjili oyanmaq üçün nə etmək lazımdır?

Bu yaşından sonra beyin bədəni daha az hərəkət etməyə təşviq edir

Ötən il Azərbaycanda 31 körpə talassemiya xəstəliyi ilə dünyaya gəlib

“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” sosial layihəsi həyata keçirilib - FOTO

Vətəndaş məmnunluğunun ünvanı - “Buzovna” Fizioterapiya Mərkəzi

TƏBİB əməliyyat zamanı pasiyentin ölümünün ilkin səbəbini açıqladı - YENİLƏNİB
