adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Iyul 2020 11:32
84818
ƏDƏBİYYAT

“Təbrik edirəm, əsgər, ata olmusan” - Nicat Həşimzadə yazır

Bir əsgər yoldaşımız ata olmuşdu. Bu hadisə Polad Həşimova taborkomandirimiz tərəfindən məruzə edilmişdi. Əsgər yoldaşım məzuniyyət haqqındanistifadə etmişdi. Həm də yeni gəlmişdi məzuniyyətdən. Xəbər komandirə çatandatapşırıq verdi ki, əsgəri yanıma gətirin

Dialoqu olduğu kimi yazıram.

-Komandirlərin səndən razılıq edir, əsgər yoldaşlarının da hörmətini qazanmısan.Qüsursuz xidmətə görə növbədən kənar 10 günlük məzuniyyət verilir sənə.

Kövrələn əsgər yoldaşımız deyir:

-Cənab polkovnik, axı mən yeni gəlmişəm məzuniyyətdən.

Bilirəm, evinə bir də get ki, özün də yenilənib gələsən (gülümsəyir)sgər, pulun varmı?
- Bəli, cənab polkovnik.
- Göstər.
Əsgərin cibindən 80 manat çıxır
- Düzün de, əsgər yoldaşların kömək edib hə?
- Bəli, cənab polkovnik.
- Sənin yolun çox uzaqdır. O pulu qaytar əsgər yoldaşlarına.Get hazırlaş, sabahı gözlə.

Səhər əsgəri komandirin otağına gətirirlər.

-Pulu qaytardınmı?
- Bəli, cənab komandir.
- Gedə bilərsən, aşağıda səni gözləyən maşın var.


Taksi əsgəri düz evinə aparır. Sürücüəsgərə konvert verir :

- Komandir tapşırdı ki, ancaqevdə açsın.

Evdə zərf açılır, kağızdayazılıb: "Təbrik edirəm, əsgər, ata olmusan”

Və konvertin içində 170 manatvardı.

Belə böyük şəxsiyyət idi PoladHəşimov.