adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Iyun 2020 11:13
10492
SAĞLAMLIQ

TƏBİB: Rayonlarda insanlar sankiİ virus yoxmuş kimi hərəkət edirlər

Maskanı taxmağa hər kəs riayət etməlidir, hər kəs özü başa düşməlidir ki, hansısa dövlət strukturunun, həkimin xatirinə deyil, özünün sağlamlığı üçün maskalardan istifadə edilməlidir.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, əgər hər kəs qaydalara əməl edərsə, yoluxma zəncirində qırılma ola bilər:

"Önümüzdəki aylarda bizim maskamız həyatımız olmayacaq. Sərt karantin qaydalarına yumşaldılmaya gedən Avropa ölkələri də bu yolldan istifadə edirlər. Bakıda bəlkə də insanlar maskalardan istifadə edirlər. Rayonlarda sanki insanlar virus yoxmuş kimi hərəkət edirlər. Biz buna təəssüflənirik”.