adalet.az header logo
  • Bakı -°C
08 Avqust 2026 10:50
82
DÜNYA
A- A+

TBMM komissiyası "Terrorsuz Türkiyə"yə dair qanun layihəsini təsdiqləyib

"Terrorsuz Türkiyə" prosesi çərçivəsində hazırlanan "Milli Həmrəyliyin və İctimai Bütövlüyün Gücləndirilməsinə dair" qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ədliyyə Komissiyasında qəbul edilib.

Adalet.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Sözügedən çərçivə qanun layihəsinin terrorla mübarizədən sosial inteqrasiyaya qədər geniş bir spektrdə hüquqi təminatlar və tətbiq əsaslarını ehtiva etməsi gözlənilir.

Prezident Rəcəb Tayyib Ərdoğanın "mənzilə çatmaq üzrəyik" mesajı ilə işarə etdiyi prosesin ən önəmli hissəsini təşkil edən bu tənzimləmə ilə terrorun Türkiyə gündəmindən tamamilə çıxarılması hədəflənir.