“Böyük İsrail”dən fərqli olaraq “Böyük İran”ın ardınca getmirik...
"Bizim başqa ölkələrə hücum etmək niyyətimiz yoxdur. İsrailin "Böyük İsrail" məqsədindən fərqli olaraq, biz "Böyük İran"ın ardınca getmirik.
Adalet.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian ölkə mediasına açıqlamasında deyib.
“İran bütün qonşu ölkələri qardaşları hesab edir. Münaqişəyə ehtiyac yoxdur. Biz ortaq sərhədlərə malikik və qonşuyuq. Bunun əksinə olaraq, İsrail müsəlman xalqlarının sərhədlərinə hörmət etmir, onların torpaqlarını işğal etməyə və ələ keçirməyə diqqət yetirir”, - Pezeşkian əlavə edib./Axar.az


Bakı -°C

