adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Oktyabr 2017 15:20
12017
GÜNDƏM

Tbilisidə GUAM-ın 20 illiyi keçiriləcək

Oktyabrın 8-də Moldova, Ukrayna və Azərbaycanın xarici işlər nazirləri Tbilisidə GUAM-ın yaradılmasının 20 illiyi ilə bağlı tədbirdə iştirak edəcək.

Trend-in məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri Mixail Canelidze deyib.

GUAM-ın yubiley iclasının gündəliyi barədə hələlik məlumat verilməyib. Görüşün yekununda birgə bəyannamənin qəbul ediləcəyi gözlənilir.