adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
16 Aprel 2024 11:39
539
GÜNDƏM

Tatoyan Paşinyanın saxta erməni soyqırımını "şübhəyə alan" qərarını qınadı: "Bunu ancaq türk edər"

Qondarma "erməni soyqırımı" qondarma "qurbanlarının" adlarının siyahıya alınması ilə bağlı hökumətin , daha dəqiq Ermənistan Baş naziri N.Paşinyanın son bəyanatı erməniləri əməlli-başlı qəzəbləndirib. 109 ildir yaydıqları, təbliğatını uğurla həyata keçirdikləri  yalanın üstünün açılacağından dəhşətə gələn ermənilər hökümətə qarşı hücuma keçiblər 

Beləki, Ermənistanın keçmiş hüquq müdafiəçisi Arman Tatoyan öz Facebook səhifəsində qondarma "erməni soyqırımı" qondarma "qurbanlarının" adlarının siyahıya alınması ilə bağlı hökumətin , daha dəqiq Ermənistan Baş naziri N.Paşinyanın son bəyanatına istinadən status yazıb:""Hökumət Erməni Soyqırımı qurbanlarının 1,5 milyon nəfərinin siyahısının yaradılmasını “Soyqırımla bağlı real əsasların qurulması” kimi qiymətləndirərək, erməni kimliyinə və Ermənistanın dövlətçiliyinə qarşı qətiyyən qəbuledilməz addım atır".

Tatoyandaha sonra  şərhdə bu sözləri qey edir:“Türkiyə hökuməti hər zaman “erməni soyqırımı” qurbanlarının sayını sorğulamaq ideyasını irəli sürüb və bununla da öz inkar siyasətini irəli sürüb.

Soyqırım alimləri, eləcə də erməni soyqırımını tanıyan dövlətlər 1,5 milyon qurbanın sayını heç vaxt şübhə altına almayıblar. Heç vaxt müzakirə olunmayıb. Üstəlik, qurbanların sayının soyqırımı cinayəti ilə heç bir əlaqəsi yoxdur. Soyqırım müəyyən sayda insanın sadəcə öldürülməsi və ya məhv edilməsi deyil, irqi, etnik, milli və ya dini nifrət əsasında bir qrup insanın qəsdən məhv edilməsidir. Bu yanaşma həm də günahsız qurbanların xatirəsinə açıq-aşkar hörmətsizlikdir.

“Böyük Soyqırım” və “Soyqırım” anlayışlarının eyni olması barədə deyilənlər yolverilməzdir. Bu anlayışlar arasında bərabərlik işarəsinin qoyulması həm Ermənistanın maraqları, həm də beynəlxalq soyqırımın qarşısının alınması prosesi baxımından yolverilməzdir.

Soyqırım beynəlxalq hüquqi təsbiti olan bir anlayışdır, beynəlxalq səviyyədə tanınmış cinayətdir. Bunun üçün konkret cinayət cəzası, cinayət təqibi mexanizmi müəyyən edilib. Üstəlik, soyqırımların qarşısının alınması məqsədi daşıyan soyqırımı cinayətinə görə məsuliyyətin və cəzanın həyata keçirilməsidir" - deyə Tatoyan bildirib.

Qeyd edək ki, ermənilər 100 ildən çoxdur,  iddia edirlər ki, guya 1915-ci ildə türklər 1,5 milyon ermənini qırıblar. Türk Tarix Qurumunun keçmiş başqanı Yusif Halacoğlu Osmanlı arxivlərinə istinadən belə nəticəyə gəlibdir ki, ermənilərin köçürülməsi zamanı yollarda hücumlara məruz qalaraq öldürülən ermənilərin sayı təqribən 8,5 min nəfər olub. Qalan ermənilər döyüş cəbhələrində əllərində silah türklərə qarşı vuruşarkən öldürülublər.1919-cu ilin yayında Paris sülh konfransının gedişində ermənilərin "Qərbi Ermənistan” adlandırdıqları ərazilərdə və Cənubi Qafqazda vəziyyəti öyrənmək məqsədi ilə prezident Vudro Vilson ABŞ ordusunun Fransadakı baş qərargahının rəisi general Ceyms Harbordun başcılığı altında regiona xüsusi missiya göndərib. Regionu incələyən Harbordun Ərzurumdakı dialoqu həmin günlərdə çox sayda şahidlərin də gündəliklərinə düşmüşdü. O, türklərdən soruşur:

- Daha öncədən Ərzurumda erməni çoxluğu varmıdı?

Bu soruyu alan Ərzurum Bələdiyyə Başqanı Zakir Gürbüz bəy Amerikalı generalı pəncərə önünə çağıraraq açıq görünən Gez və Kavak məzarlıqlarını göstərib deyir: "Bunlar gördüyünüz kimi, müsəlman-türk məzarlarıdır. Şəhərin ötəki yerlərində də bunların on qatı türk məzarlığı daha vardır. İndi yaxşı baxın, çevrəsi divarlarla hörülü o kiçik məzarlığı da görürsüzmü? Bax o da ermənilərin məzarlığıdır. Özünüz deyin, ermənilərmi, ya türklərmi çoxluqda? Ermənilər ölülərini yemədilər ki! Ərzurumun ölüsü də Türk, dirisi də Türk!" deyə tarixi cavab vermişdir.”

General Ceyms 16 oktyabr 1919-cu ildə ABŞ Senatına təqdim etdiyi raportunda yazırdı ki, Qara dənizdən İran sərhəddinədək uzanan ərazinı gəzdik, lakin ermənilərin iddialarını doğruldacaq heç bir fakta rast gəlmədik. General Harbordun bu məruzəsi ermənilərin Şərqi Anadoluda heç zaman çoxluq təşkil etmədiklərini və soyqırıma məruz qoyulmadıqlarını təsdiqləyirdi. Harbord yazırdı ki, missiyanın keçdiyi yollarda tez-tez ermənilərin zülmündən qaçan türklərlə rastlaşırlarmış. Həmçinin məşhur amerikalı siyasətçi Bryus Feinin, ABŞ-ın ali komissarı, admiral Mark Bristolun, britaniyalı siyasətçi və admiral Kolbi Çesterin, dünyanın nüfuzlu alimlərindən Stenford Şounun, Castin Makkartın, Prinston Universitetinin professoru Hitom Lourin, britaniyalı tarixçi, professor Norman Stoun, amerikalı professor Günter Levin, türkiyəli alim Mehmet Perincək tarixi faktlara istinad edərək "erməni soyqırımı”nın əslində cəfəngiyatdan başqa bir şey olmadığını sübut ediblər.

 Əntiqə Rəşid