adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Iyul 2019 16:00
16721
ƏDƏBİYYAT

Tarmar edilən yurda ağı

Yurd itkisi köz kimidir, adamıyandırıb yaxır, nəfəs almağa, dincəlməyə qoymur, gülməyə qoymur, sevinməyəqoymur, ürəyimizi pörşələyir,illər uzunu yurd deməkdən dilimiz qabar bağlayıb.Kədər köynəkli,dərd yüklü bu həsrəti yaşamaq zülümdü. Yurdsuzluq adamı için-için oyur, bir tərəfdən də birnadanın kinayəsi , tənəsi xəncər kimi ürəyimin başına saplanır. Mən yurdsuzdeyildim ki, köçkünə tənə eləyən nakəs, mənim də yurdum-yuvam var idi, indi tərki-vətən olubdərviş kökünə düşmüşəm.

Axı,bu mənim yüküm deyildi, hər nadan bir daş atıb, neyləyim, məcburamdaşıyam. Daş yükünü daşımaq asandır,Söz yükünü daşımaq olmur,vallah, çiyiniməyilir. Hələ bu azmış kimi, düyün-düyün fikir kötüklərini də üstümə atırlar, onu doğramağa, onu yarmağa,onu açmağa heyim hərəkətim qalmayıb axı?!

Qıraqdan baxan elə bilir ki,əkib biçirəm, axı, doğma torpaq yoxdursa,onda becərdiyim dəqiq bil ki, qamışdı, eşidən,görən,biləndə qımışır, özü də eləqımışır ki,adım yadımdan çıxır.Heç olmasa quru adım qalmışdı,hərdənçağırardılar, neynəyim, elə bir gün gəlib ki,adamı öz adıyla çağırmırlar...

Sınaqdan keçdik,qoca tarix bizi çox ülgüdən keçirsə də,başımız çox ağrılar,çox müsibətlər çəkib, kirpiyimizi kösöv eləyib enişli-yoxuşlu,duman-çən basmış yolumuzaçıraq kimi tutmuşuq. Mərdi qova-qova namərd elədilər,bizi çörəklə,suyla,qeyrətlə,namusla sınağa çəkdilər,yurdumuzu hərraca qoydular,düşməndən də beşqat artıq qisas aldılar.

Bürkülü dolaylarda tülkü süləngi,hər çalaya,çuxura tərs-tərs baxır.Süləngi tülkünün qəzəbi yaman qəddar olurmuş, çox keçmədi ki, kotan da bildiki,zəncir nə çəkir, səsimizə,

sözümüzə,gözümüzə,dilimizə,arzularımıza paslı bir zəncir vurdular.

Erməni faşızmi mənim körpəliyim,yeniyetməliyim,gəncliyim keçənyerləri işğal edəndən sonra evləri də, ağacları da,torpağı da

yandırdı,tüstüsü göylərə bülənd oldu,yurdumu tarmar etdilər,ağ damlışəhərimi yer üzündən sildilər.O yerlərdəki ayaq izlərim yandı,könlüm,qəlbimyandırıldı,bu nə ömür oldu ki,kərpic-kərpic sökdülər,od vurdular, indiki ömrümdə elə qaralmış ocaq yeridir.

Orda nə bitər ki?! Qondarma budaqda axı, nə bitər ki, toxumu yalan,tumu yalandı. Dünya da kı, tamam qırdıqaçdı...Qapın hayandadır,ay qoca dünya, ayqarı dünya, qapını aç, çıxım gedim. Əgər gedə bilsəm?!Hara gedəsiyəm ki?! Yurdyox,yer yox,ev-eşik yox, səmtindən,izindən də neçə illərdir soraq yoxdur...

Özü də şəhid oldu,qoynundakı şəhid məzarları da dübarə şəhidoldu,qalxdı,qabardı torpaq,əlindən tutanı olmadı,səsinə,ününə yetəni olmadı, çat-çat olub dodağı, cadar-cadardı torpaq. Üstündə iməklədiyimi,üstündə gəzdiyimihalal eləmə, səni yağılar əlində qoyduğum üçün,hayına çata bilmədiyim üçünhaqqını halal eyləmə...

Birdən elə bil Ağdamın xarabalıqlarından,”ruhlar şəhəri”ndən birqərib səs ucalır,pıçıltı ilə bizə deyir ki,iki şəhidlər qəbirstanlığındaruhların harayı göylərə bülənd olub.Niyə qayıtmırsınız?!

Bu suala cavab vermək mümkün deyil.Bizi dədə-baba torpağımızdan,yurdyerimizdən,uşaqlığımızdan,gəncliyimizdən,ilk sevgimizdən,mənəviyyatımızdan,adət-ənənələrimizdən,xeyir-şərimizdən,birsözlə özümüzü-özümüzdən zülümlə,sitəmlə,xəyanətlə ayırdılar. Qisas aldılar. Ağdamsarsıldı,bu cənnət diyar şəhid oldu.

Neyləmək olar, bu da bir tale oldu,dözdük,kösöv kimi içimiz qaraldı.Ayrıldıq,beşiyimizdən,qibləmizdən ayrıldıq.İyimi altı ildir bu ayrılığın yaşı. Bu qəddar ayrılıq bizi yadlaşdırdı,bizi qocaltdı,bizi ruhuuçmuş bir məxluqa çevirdi.Məğrurluğumuza,ağayanalığımıza,adımıza gölgəsaldı.Fəqət bizi əysələrdə, sındıra bimədilər?!

Öldürülmüş,qarsalanmış, üzərinə neçə-neçə çirkab atılmış avaz iləAğdama ağı demək istəyirəm..Xaraba qalmış bir yurdun hıçqırıqları, ağrı-acısıdilə gəlir:

-Hardasınız,haralara üz tutdunuz,ocağınız yansa da,işığınız gəlsə də,danışıb-gülsənizdə,özünüz-özünüzdə deyilsiniz.Qərib-qərib gəzib dolaşsanızdaürəyiniz,qəlbiniz,nəfəsiniz,sözünüz-söhbətiniz,gülüşünüz,hayınız-harayınız,gözyaşlarınız məndədir, Ağdamdadır.Qayıdın,oturmaqdan ayağınız,uzanmaqdanbeliniz,baxmaqdan gözünüz yorulmadı?! Qayıdın,qayıdın,üzü Ağdama sarı,üzü yurdasarı,üzü beşiyə, ana qucağına sarı,üzü qibləyə sarı.

Gəlin.Dişiniznən,dırnağınıznan,qanınıznan yol açın,nəolar.Darıxmışam,çox darıxmışam,səsiniz üçün,özünüz üçün,gələcək nəsillər üçündarıxmışam.Qayıdın,gəlin,insafınız olsun ,gözü yolda qalmışam.Qayıdın...

Axı, bu tarmar edilmiş,xaraba qalmış yurda deyə bilmirik ki,bizi oradoğma qucağına qayıtmağa qoymurlar, hərə bir tərəfdən yurdu, ev-eşiyidağıdılanlara,məcburi köçkünlərə, məsləhət verir, ağıl verir, öyüd nəsihədverir. Sakit olun,səsinizi çıxarmayın,haqqınızı tələb etməyin, yurd sözünü"lazım” gələrsə sözünə qurban verin, yaralarınızı möhkəm bağlayın, qanıgörükməsin, birdən əcnəbilərin xoşunagəlməz.

Ayrı nə deyim, ay Allah, yurdun bir tərəfində çal-çağırdır, çəpiksəsləri ölkəni titrədir, qananı,qanmayanı tərif yağdırır,yurdun o biritərəfində torpaqlar od tutub yanır,qız gəlinlər əsirlikdə, iki- üç gündən birgənc əsgərimiz öldürülür, dinc sakinlər qarı düşmən tərəfindən atəşə tutulur, ermənilərŞuşada,Kəlbəcərdə yallı gedib mahnı oxuyurlar,bulaq başında kabab çəkirlər,vardövlətimizi talan qarət edirlər,məskunlaşma aparırlar... Eləcə durub baxırıq...

Nə vaxta kimi baxacağıq?!

Salman Alıoğlu