Tariyel Qasımov: «Onlar öz içlərini yeyə-yeyə qocalacaqlar»


- Tariyelmüəllim, özünüzü necə hiss edirsiniz?
- Özümü çoxyaxşı hiss edirəm. İşləmək, yaşamaq, yaratmaq arzusundayam. Özüm də sağlamam,hər şey yerindədir. Yəqin, bu sualı yaş məsələsi ilə əlaqədar verdiniz. Düzdür,bu qanun verilmişdi, amma bunun bizim sənətə heç aidiyyəti yoxdur.
- Hazırdateatrda müqavilə ilə işləyirsiniz?
- Bəli.Əvvəllər də müqavilə ilə işləyirdik, amma maaş da alırdıq. Amma indi nə qədərişlədin, o qədər pul alırsan. Mən özüm də Qazax Dövlət Dram Teatrında vəDərbənd Azərbaycan Dövlət Teatrında direktor işləmişəm və görmüşəm ki, bu,direktorlara sərf etmir. Heç bir direktora sərf etməz ki, aktyora artıq pul versin.Halbuki ştatda maaş alan aktyorlar var, mənim yerimə onu da oynada bilərlər.Elə aktyorlar da var ki, tamaşaçılar onları həmişə səhnədə görmək istəyirlər.Məsələn, bizim teatra gəlib soruşurlar ki, Tariyel Qasımov oynayacaq, yoxsayox? Allah-Təala elə edib ki, mən sevilən aktyor olmuşam.
Xoşbəxtəmki, gəncliyimdən bu teatrda baş rolları mən oynamışam. Ən böyük xoşbəxtliyimisə o idi ki, sovet dövründə yeganə aktyor idim ki, xarici ölkələrdə filmlərəçəkilirdim. Arada, düzdür, Sovet İttifaqı dağılandan sonra rəhbərliyə naşı,səriştəsiz adamlar gələndə bizim incəsənət aləmində olan adamlar pərən-pərənoldular. Maaş az idi, dilənçi kökünədüşmüşdük. Buna görə bizim çox böyük sənətkarlarımız xarici ölkələrə çıxıbgetdilər. Amma sonra onların hamısını dala qaytardılar. Bizə göstərilən diqqətvə qayğı dünyanın heç bir ölkəsində olmayıb. Biz çox minnətdarıq ki, bu günbizə qayğı və diqqət göstərilir. Evlər, təqaüdlər və mükafatlar verilir. Bundanyaxşı nə ola bilər ki? Bircə qalır ki, yaşayıb-yaradasan və tamaşaçılarınrəğbətini qazanasan.
- Siz busənətdə çox əziyyət çəkmisiniz, indiki cavanlar necə, əziyyətə, əzabaqatlaşmağı bacarırlarmı?
- Bu günonlar üçün yol açıqdır. Onlardan yalnız zəhmət və istedad tələb olunur. Əgər buvarsa, onlar gələcəkdə böyük sənətkarlar ola bilərlər. Mən bir ağsaqqal kimiçox təəssüflənirəm ki, indiki gənclərin hamısı yox, əksəriyyəti «mən aktyoram»deyə bu sənətə gəlir. İstərdim ki, cavanlar özlərini sənətə sevdirməsinlər,sənəti özlərinə sevdirsinlər. Biz elə olmuşuq, gecə-gündüz oxumuşuq,müəllimlərimizdən xahiş etmişik ki, gecə saat 12-yə kimi məşq edək, stol arxasıməşqlərimiz çox olsun ki, biz obrazın xarakterini tam açaq. Mətni yaxşı biləkki, sabah səhnəyə çıxanda əlimizdə dəftər olmasın. Amma çox təəssüflər ki, bəzirejissorlar bunu etmirlər. İki dəfə stol arxasında məşq etdirir, sonra isəəlində dəftər, bilmirsən dəftərə baxasan, yoxsa obrazı yaradasan. Bu, bizimrejissorlarımızda çatışmayan cəhətdir.
- Əvvəllərteleviziya tamaşaları ilə evlərə qonaq gəlirdiniz. İndi bu tamaşaların yeriniseriallar tutub. Siz də «Muradına çatan günəş» serialında çəkilirsiniz. Necəoldu ki, razılıq verdiniz?
- Mən oillər üçün çox darıxıram. Əvvəllər bizim yeganə bir dövlət televiziyamız varidi, ayda 4 dəfə mən televiziya tamaşalarında baş rollarda çıxış edirdim. İndiyaşlı nəslin nümayəndələri məni görəndə deyirlər ki, Tariyel müəllim, niyə birbalaca qocalmısınız? (gülür). Elə bilirlər ki, mən elə cavan qalmalıyam. Yəqin,siz bilirsiniz ki, mən bu son neçə ildir ki, heç bir serialda çəkilmirdim.Təkliflər gəlib, amma qəbul etməmişəm. Hiss etmişəm ki, nəsə mətn, ssenari vəyaxud rejissor zəifdir. Bu filmə məni ilk dəfə bizim gözəl şoumen, aparıcımızMurad Dadaşov dəvət etdi. Mənim orada yeganə bir sözüm o oldu ki, ssenariniverin, oxuyum. Ssenari çox xoşuma gəldi. Serial istefada olan polkovnikinailəsinin faciəsindən bəhs edir. Rejissoru Asif Abramov türk filmlərindətəcrübə keçmiş istedadlı bir insandır. Hiss olunur ki, Asif Abramov öz işindəpeşəkardır. Ümumilikdə kollektivdən, aktyor seçimindən çox razı qaldım. Məninanıram ki, bu serialı tamaşaçılar çox gözəl qəbul edəcəklər.
- Tariyelmüəllim, həyatda qorxub-çəkindiyiniz insan tipi hansıdır?
- O, gizliolur, üzünə gülürlər, amma arxadan sənə badalaq vururlar. Çox əfsuslar olsunki, sən onu yalnız hadisə olandan sonra bilirsən ki, bu necə insandır. Mənim 70illik yubileyimdə müğənni Vasif Məhərrəmli oxuyurdu və mahnı bitdikdən sonraqoluma girib məni səhnəyə dəvət etdi. Tamaşaçılara dedi ki, əziz tamaşaçılar,gəlin etiraf edək ki, Tariyel müəllim 70 yaşının olmasına baxmayaraq, çox cavanqalıb, mən ona 50 yaş verirəm. Tariyel müəllim, bunun sirrini de, biz də bilək.Mən ona belə cavab verdim ki, heç vaxt paxıl olmamışam, heç kimə pisliketməmişəm, başqasının sevincinə sevinmişəm, kədərinə kədərlənmişəm. Elə adamlarvar ki, 50 yaşında 80 yaşlı insan kimi görünürlər. Onlar öz içlərini yeyə-yeyəqocalacaqlar. Sonra dedi ki, bəs niyə aktyor ordusu içində ən yaraşıqlısısizsiniz? Dedim ki, bunun sirrini anamdan soruşun. Anam da zalda oturmuşdu,durub hamıya əl də etdi. Zarafatca dedim ki, anam məni belə dünyaya gətirib,yəqin, ona görədir (gülür). Allah bütün analara can sağlığı versin, mənimanamın 97 yaşı var. Bizdə yalnız ürək xəstəliyi var, ürəyini qorudunsa, axırakimi gedəcəksən (gülür).
-İstərdinizmi sizin üçün xüsusi tamaşa qoyulsun?
- Əlbəttə,çox istərdim. Bildiyiniz kimi, teatrımızda bu yaxınlarda rejissor dəyişikliyioldu. Çox yaxşı ki, oldu. Bəhram Osmanov məni çağırıb dedi ki, inşallah,2013-cü ildə elə tamaşalar götürülməlidir ki, sizin kimi sənətkarlar otamaşalarda oynasınlar. 2 il sonra mənim 75 yaşım tamam olur. Yəqin ki,yubileyim üçün bir yaxşı tamaşa götürüləcək. Həmişə arzum olub ki, «Atayevlərailəsi» tamaşasında yoldaş Atayevi oynayım. Düzdür, bu tamaşa bizim teatrın profilinəyaddır, çünki bizdə tamaşalar daha çox gənclərin zövqünə uyğun olur. Yəqin ki,benefis kimi bu tamaşanı oynayacağam.
- Elə birrolunuz olubmu ki, sırf özünüzü oynayasınız?
- Oxşarlıqolub, haradasa hiss etmişəm ki, bu mənim həyatımın bir parçasıdır, amma tamolmayıb. Belə götürəndə aktyor bütün rollara öz xarakterini qoyur. Buyaxınlarda bir rejissor istəyirdi ki, o necə istəyir, mən də elə oynayım. Onadedim ki, sən istəyirsən ki, istədiyin kimi oynayım, amma mən sənin hissləriniheç cür verə bilmərəm. Mən bunu Tariyel Qasımov kimi, öz hisslərim necə qəbuledir, elə oynayacağam. Nə isə, bir az mübahisə etdik, axırda mən deyənə gəldik.Çünki həqiqətən də o obrazı mən yaradıram. Amma sırf mənim həyatımdan nətamaşa, nə də kino olmayıb.
(Kitabıgöstərərək) Bu «Ömrün sənət yollarında» adlı kitabı mən yazmışam. Burada mənimsənətim, həyatım haqqında maraqlı faktlar toplanıb. Bu kitab kinossenari kimiyazılıb. Çox istərdim ki, bunu hansısa rejissor götürüb film çəksin. Mənəadətən jurnalistlər sual verirlər ki, şöhrətli olmaq istərdiniz, yoxsa xoşbəxt?Xoşbəxt bir gün ola bilərsiniz, sabah elə bir hadisə ola bilər ki, bədbəxtolarsınız. Mən həmişə istəmişəm ki, şöhrətli aktyor olum. Çünki öləndən sonrahəmişə xatırlanırsan.
Buyaxınlarda Yeni Kinematoqrafiya İttifaqı yarandı, hər kim bu ittifaqı yaratdı,sağ olsun. Sonradan mən də oranın üzvü oldum. Köhnə ittifaq heç bir fəaliyyətgöstərmirdi. Bir neçə kəlmə də Teatr Xadimləri İttifaqı barəsində söz deməkistərdim. 70 illik yubileyim idi, Mədəniyyət Nazirliyi fəxri fərman, pulmükafatı vermişdi mənə. Teatr Xadimləri İttifaqı isə mənə paslı dəmirin içindəbir kağız parçası göndərmişdi. Ayıb deyildi bu? Məni təkcə ölkəmizdə yox, başqaölkələrdə də tanıyırlar. İttifaqın sədri Azərpaşa Nemətov özü də mənimlə yaxındostdur. Heç olmasa, gəlməzdin, onu da göndərməzdin. Əlbəttə, ondan incidim vəteleviziyada bu barədə çıxış etdim. Mən onun tamaşalarında yaxşı rollardaoynamışam, amma o mənim yaxın dostum olsa da, aktyor imkanlarımı görmür. Onagörə də mən həmişə heç kimdən çəkinmədən ürək sözlərimi demişəm, düzdür, bubizim keçmiş direktorlarımızın bəzilərinin xoşuna gəlməyib. İndiki direktorumuzsənət adamıdır, vaxtilə aktyor olub, bizi çox gözəl başa düşür.
- Tariyelmüəllim, şəxsi həyatınızdan nəyi bizimlə bölüşmək istərdiniz?
- Biroğlum, bir qızım var. Oğlum kinostudiyada baş prodüserdir. Allaha şükür, ailəm,nəvələrim ilə çox xoşbəxtəm.
- Nə vaxtsaxalqın sevgisini itirməkdən qorxmusunuzmu?
- Yox,bundan sonra daha qorxmuram. Çünki mən elə rol götürüb oynayıram və elə filmdəçəkilirəm ki, tamaşaçılar məni qəbul etsinlər. Mən öz aktyorluq sənətimə,mənliyimə hörmət edən insanam. Kimdənsə nəyə görəsə söz götürməyi xoşlamıram.
- Sizisevənlər çoxdur, istər yaşlı, istərsə də cavan nəsil. İstərdim ki, sonda buinsanlara ürək sözlərinizi deyəsiniz...
- Mənimüçün çox xoşdur ki, məndən müsahibə götürən oğlan da cavandır. Mən sizcavanlara müvəffəqiyyət arzulayıram. Nə qədər böyük nailiyyətlər əldə etməkistəyirsinizsə, bir o qədər də zəhmət çəkin. Məni sevənləri mən də sevirəm.Allah da onları sevsin.
Digər Xəbərlər
jpg-1749573902.jpg)
Ən uğurlu döyüş, ən kədərli gün: Komandirin silahdaşları danışır

Aqil Abbas: "Deputat qazandığının hamısını evə apara bilmir" - MÜSAHİBƏ
jpg-1718088931.jpg)
"Seyid Cəfər Pişəvərinin qatilləri DTK, sürücü Karnik Melixyan və cərrah Əsriyan..." - MÜSAHİBƏ

Asəf Quliyev yeni filmin çəkilişlərinə hazırlaşır

Mutizmli uşaqların ünsiyyət bacarıqları ailə mühitindən asılıdırmı?- Psixoloqdan açıqlama

Əhməd İsmayılov: Rəqəmsal çağırışlara uyğunlaşmaq yalnız texnoloji deyil, etik, hüquqi və sosial yanaşmalar da tələb edir - MÜSAHİBƏ

Sağlam ana, sağlam körpə: Hamiləlik və doğuşla bağlı vacib tövsiyələr
