adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
19 Dekabr 2016 14:20
161407
MÜSAHİBƏ

“Tarixin yaddaşında yaşamaq istəyirəm” - MÜSAHİBƏ

Nərgiz Eminova: "Hədəflərim isə gələcəkdə Azərbaycanın ilk qadın klarnet ifaçısı adıilə tanınmış musiqiçi olmaqdır”

Musiqiinsan ruhunun qidasıdır. Bu sahədə bir çox dahi bəstəkarlar, sənətkarlar tarixdəiz qoymuşdular. Azərbaycanda da akademik musiqinin banisi Üzeyir Hacıbəyovdur.Musiqinin müxtəlif növləri var. Bunlardan biri də klarnet musiqi alətində ifaedənlərdir. Bu sahədə llk addımların atan Nərgiz Eminova da uşaqlıqdanklarnetin vurğunu olmuşdur. Klarnet ifaçısı Nərgiz xanım tələbə olmasınabaxmayaraq artıq bir çox konsertlərdə iştirak etmiş, mükafatlar qazanmışdır.

Adalet.azgənc klarnet ifaçısı Nərgiz Eminova ilə müsahibəni təqdim edir:


- Özünüzhaqqınızda bir az məlumat verərsiniz...

- 1997-ciildə Bakı şəhərində anadan olmuşam. Beş yaşım olanda valideyinlərim pianoixtisası üzrə Müslüm Moqomoyev adına 26 nömrəli musiqi məktəbinə yazdırdılarməni. Yeddi il orda təhsil aldım. Ancaq uşaqlıqdan həvəsim pianoya yox klarnetəidi. Anam isə məni piano ifaçısı kimi görmək istəyirdi və bunun üçün əlindəngələni əsirgəmirdi. 2008-ci ildə valideyinlərim məni musiqi təhsilimi dahakamil davam etdirmək üçün Bülbül adına orta ixtisas musiqi məktəbinə qoydular.Mən burda oxumağa beşinci sinifdən başladım. Artqı onuncu sinifdə olarkənixtisasım klarnet idi. 2014-2015-ci ildə mən Bülbül adına orta ixtisas musiqiməktəbini fəxri fərmanla bitirdim və bitirdiyim il Üzeyir Hacıbəyli adına Bakımusiqi akademiyasına imtahansız klarnet ixtisası üzrə qəbul olundum.Hal-hazırda Bakı musiqi akademiyasının ikinci kurs tələbəsiyəm.


- Musiqiyəmarağınız yəqin ki, uşaqlıqdan olub...

- Bəli musiqiyə marağımuşaqlıqdan olub. Uşaqlıqdan musiqi dinləməyi, oxumağı çox sevirdim.Valideyinlərimdə bu istəyimi görərək məni musiqiyə yönəltdilər.


- Klarnetin hansı növündə ifa edirsiniz?

- Klarnetinifa etdiyim növü fransuzki system B-klarnetdir. Təbii ki, klarnetin müxtəlifnövləri var. Məsələn, A klarnet, B klarnet,Bass klarnet, Alt klarnet. Orkestrlarda bəzən A klarnetdə istifadə olunur.


- Çox vaxtklarnet ifaçıları kişilərdən çıxır. Necə oldu ki, bu musiqi aləti diqqətiniziçəkdi?

- Bəli,sizinlə razıyam əksər hallarda klarnet ifaçıları kişilər olur. ƏsasəndəAzərbaycanda. Amma xaricdə orkestrlarda qadın klarnet ifaçıları da olur. Sadəcəolaraq Bakıda görülmədiyinə görə qeyri-adi baxılır. Bizim insanlarınpsixologiyasına belə həkk olunub. Klarnet dedikdə ağıla ilk gələn kişi və millirəqslər olur. Demək olar ki, mən yenilik etmişəm. Əslində isə uşaqlıqdanmarağım var idi. Klarnet ifaçılarını gördükdə, klarnet səsini eşitdikdə daha dahəvəsim artır və diqqətim klarnetə yönəlirdi.


- Azərbaycanklarnet ifaçılarından kimləri sevirsiniz? Vəli Qədimovun ifalarına qulaq asırsınız?

-Əsasən klassiklərə qulaq asıram Sabina Meyyer, Julian Bliss, MilanRericha, Martin Frost, Mate Bekavec və s. Milli musiqilər isə bizim damarımızdavar əlbəttə ki, Vəli Qədimov, Ələkbər Əsgərov, Şəmsi İmanov, Hakim Abdullayev,Şərbət Rzaquliyev və s. sənətkarların ifalarını sevərək dinləyirəm.


- Klarnetsizin üçün nə deməkdir?

- Maraqlı sualdır. Klarnetnəfəs alətlərinin şahıdır. Nəfəs alətləri içində ən mürəkkəb alətdir. Mənimüçün klarnet bütün həyatım deməkdir. Həyatımı, gələcəyimi klarnetsiz təsəvvüredə bilmirəm. Əlbəttə ki, bütün bunları mənə öyrədən, zəhmətimi çəkən,klarnetin müəyyən çətinliklərini, sirrlərini mənə başa salan müəllimim AnarMəmmədova borcluyam.


- Konsertlərədəvət alırsınız?

- Əlbəttə konsertlərə,çəkilişlərə, ansanbıllara dəvət alıram. Müxtəlif konsert salonlarındaçıxışlarım olub. Müslüm Moqomoyev adına Azərbaycan Dövlət Filarmoniyasında,Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrı ilə, AzərbaycanRespublikasının xalq artisti, bədii rəhbər və baş drijor Teymur Göyçayevinrəhbərliyi altında çıxışım olub. Azərbaycan Dövlət Kamerasının musiqi zalında,Heydər Əliyev mərkəzində, Kapellhausda, və s. konsert salonlarında. Bir çox fəxrifermanlar, dimlomlar, sertifkatlarla təltif olunmuşam. Dəfələrlə xaricdən gəlmişmasterclasslarda iştirak etmişəm. Hal-hazırda da respublikanın xalq artistiTeymur Göyçayevin rəhbərliyi altında "Azərbaycan dövlət gənclər simfonikorkestr"-ında fəaliyyət göstərirəm.


- Klarnetifaçılarını filmlərdə çox vaxt kasıb, ağır bir həyat yaşayan görmüşük. Yalnızfilmlərdəmi belədirmi, yoxsa həyatda da klarnet ifaçılarının taleyi acınacaqlıolur?

- Yəqin filmlərdə belə olur.Allah hər kəsə bir ömür, qismət, alın yazı verib. Mən deyə bilmərəm ki, klarnetifaçılarının taleyi acınacaqlı olur. Məncə sənətkar həyatda və sənətdə özünəyer tapmağı bacarmalıdır.


- Klarnetdən başqa digər musiqi alətlərinəmarağınız olubmu?

- Bəli marağım olub. Klarnetəsas ixtisasım olmağına baxmayaraq saksafon, zurna, balaban, truba bu alətlərəmarağım var. Bunlardan zurna, balabanı azda olsa bacarıram. Gələcəkdə isəqismət olsa öyrənmək fikirim var.


- Son olaraq,hədəfləriniz nədir?

- Gələcək üçün ilkin olaraq oxuduğum universitetiqırmızı diplomla bitirib magistra qəbul olmaqdır. Yaradıcılıqla bağlı isə hərzaman sənətimin birincisi olmağı, peşəkar ifaçı olmağı arzulayıram və bununüçün də çox çalışıram. Hədəflərim isə gələcəkdə Azərbaycanın ilk qadın klarnetifaçısı adı ilə tanınmış musiqiçi olmaqdır. Seçdiyim sənət üzrə, ifamla tarixinyaddaşında yaşamaq istəyirəm.