adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
21 Noyabr 2019 14:06
91561
HÜQUQ

Tariximiz şərəfimiz, həm də qürurumuzdur

Tariximiz milli özünüdərkin mənbəyidir,milli şüurun formalaşmasının və səviyyəsinin meyarıdır, varlığımızdır.Mənsub olduğun millətin, xalqıntarixini, onların ərazi, dil, ədəbiyyat, mənəvi -mədəniyyət, dövlətçiliktarixini bilmədən həmin millətin, xalqınmillikimliyini,bəşərtarixində yerini müəyyənləşdirmək mümkün deyil. Həmin millətin,xalqın gələcəyini elmi əsaslarlı təhlil etmək, dinamiklik, dönməzlik,köhnənin yaxşı cəhətlərini özündə əxz etməklə inkişaf istiqamətlərinimüəyyənləşdirmək mümkün deyildir. Tarixini unutmaq özlüyündəözünü məhvə məhkum etmək deməkdir. Daha dəqiqazərbaycanındahi filosofuCəmaləddinin Əfqanininsözləri ilə desək, "tarixini itirən xalq mənliyini itirmiş kimidir, vətənhissini itirən kəs insanlığını itirmiş kimidir, gələcəyindən məhrum edilmişkimidir, xalq ona görə xalqdır ki, tarixi var, insan ona görə insandır ki, vətənivar”. Görkəmli türk tarixçisi Osman Turanın (1914-1978) dili ilə desək,"tarixini bilməyən və şüurunu daşımayan millətlər hafizə və idrakını itirmişçaşqın kimsələrə bənzəyir. Belə bir durumda millətlərin yüksəlmələri və ya millətvəsfini mühafizə etmələri, hətta dağılmamaları çətindir. Bəşəriyyətin təkamülündəbu dərəcə əhəmiyyəti olan tarix, mədəniyyətin yüksəlməsi ilə paralel olaraq irəliləyirvə millətlərin istiqbalını hazırlamaqda yardımçı olur. Bu səbəblə tarix kültürüvə şüuru cəmiyyətlərin idarəçi və seçkinləri üçün bələdçi vəzifəsigörür”.

Hər bir millətin,xalqın milli şüurun səviyyəsi onun idarəetmə strukturunun,formasının yaradılmasına, formalaşdırılmasına, təkmilləşdirilməsinə, inkişafınaböyük təsiri edir. İdarəetmə strukturu, idarəetmə forması, qanunlar yaradılmasısəviyyəsi zaman etibarı ilə milli şüurun səviyyəsindən asılı olub.Qanunlar isə milli şüurun səviyyəsinin təsbiti olmaqla, mövcud quruluşuninkişaf meyillərinin tənzimləyicisidir. Milli şüurun inkişafı isə həmişə uyğunolan yeni forma, idarəetmə formasını tələb edir. Bu baxımdan dövlət idarəçiliyininbir sahəsi olan ədliyyə idarəçiliyimiz milli şüurun məhsulu olmaqla zamanın tələbiolaraq formalaşaraq təkmilləşib. Heç də asan olmayantarixi inkişaf yolu keçib.

Haqlı olaraq N.Y.Morr XX əsrin 30-cuillərində belə bir mülahizə irəli sürmüşdür ki, hər hansı tarix tarixə qədərkidövrdən başlayır. Tarix bizə məlum olan, tarixəqədərki dövr isə bizə məlumolmayan epoxaları əhatə edir. Məlum tarixlərin arxasında duran epoxalar isə həmişəsirli müəmmalarla dolu olur.

Dövlətçiliyimizin bir sahəsi: ədliyyətarixi. 22 noyabr 1918-ci il

Hər bir ədliyyə əməkdaşınıniftixar hissi ilə xatırladığı bir gün. Bu tarix bizə bəlli olandır. Ancaqbu tarixi zəruri, labüd edən nə olub? Bu tarixin arxasında dayanmışsirli dünya nədən ibarətdir? Hansı zəruri şəraitdə həmin tarix yaranıb vəhansı çətinliklər ilə üzləşib?

Qeyd etmk lazımdır ki, dövlətiolan hər bir millətin, xalqın dil, yerləşdiyi ərazi, mədəniyyət, ədəbiyyat,hüquq, dövlət tarixi, dövlətçilik tarixinin bir sahəsi olan ədliyyətarixi və s. vardır. Millət tarixi ilə dövlət tarixi ərazi baxımındanüst-üstə düşməyə bilər. Lakin ədliyyə tarixi həmişə dövlətçilik ilə dövlətidarəetməsi ilə bağlı olub. Şübhəsiz "Azərbaycanın dövlət idarəçiliyi”dedikdə isə Qacar dövləti ilə Rusiya dövləti arasında bağlanmış 12oktyabr 1813-cü il Gülüstan və 10 fevral 1828-ci il Türkmənçay müqaviləsi iləbölüşdürülmüş ərazilərdə olan Azərbaycan dövlətlərinin idarəçiliyivə onun bir sahəsi olan ədliyyə idarəçiliyi nəzərdə tutulur.

Bu baxımdan idarəçiliyin elmi əsaslarıantik dövrlərdən formalaşmağa başlayır. İnsanlar o zaman fəaliyyətin müxtəlifsahələrinə – istehsalda, ticarətdə, ictimai münasibətlərdə, siyasətdə vədiplomatiyada yaşadıqları zaman və məkana uyğun daha effektiv idarəetməüsulları axtarmağa çalışıblar. Qədim Yunanıstanda və qədim Çində ilk dəfəolaraq idarəçiliyin, onun bir hissəsi olan ədliyyə idarəçiliyininsirlərini öyrənməyə çalışalar da, əsrlər ötdükcə bəşəriyyətin elmi bilikləriidarəetmə sənətinə, o cümlədən ədliyyə idarəçiliyinə yeni prinsiplərgətirilib. Bununla belə idarəetmənin, onun bir sahəsi olan ədliyyə idarəçiliyininmüasir modeli sənaye cəmiyyətinin yaranması ilə formalaşmağa başlayır və XX əsrinsonlarında idarəetmə inqilabının (menecment idarəçiliyi) baş verməsi ilə bitir.

Dövlət idarəçiliyi, onun bir hissəsiolan ədliyyə idarəçiliyi qeyd etdiyimiz kimi bilavasitə dövlətin mənşəyiilə bağlıdır. Dövlətin özü olmadan onun idarəçiliyindən, onun bir hissəsi olanədliyyə idarəçiliyindən söhbət açmaq belə yersizdir. Bu baxımdan"dövlət idarəçiliyi, onun bir hissəsi olan ədliyyə idarəçiliyi ”anlayışının dərinliklərinə varmaq lazımdır.

Eramızdan əvvəl III minilliyinaxırlarından başlayaraq, bu günümüzə qədər olan zaman kəsiyində "dövlət”anlayışı, həm Azərbaycan ərazisində, həm də hər yerdə, bütün ölkələrdə, bütünzamanlarda eyni məna yükü daşıyıb. 1933-cü il Beynəlxalq MontevideoKonvensiyasına əsasən beynəlxalq hüquqi şəxs kimi "dövlət”: a) müəyyənərazi; b) daimi əhali; c) hökuməti olması; ç) subyekt olaraq əlaqəyə girməqabiliyyətinin olması kimi meyarlara cavab verməlidir. Dövlətanlayışının əsasını təşkil edən «hökumət»in olması bütün zamanlardatərkibində hökumətin bir qolu kimi ədliyyənin olmasını şərtləndirilib.Bu baxımdan ədliyyə tarixi dövlət tarixi ilə başlayır.

Dunyada mövcud olan hər bir dövlətdə,o cümlədən Azərbaycan ərazisində (Cənubi və Şimali Azərbaycanda) ilk dövlətolan, e.ə. III minilliyin birinci yarısında meydana gəlmişArattadövləti, e.ə. III minilliyin ikinciyarısında yaranmışLullubidövləti, e.ə. III minillikdə yaranmışKutium (Qutium)dövləti, e.ə. II minillikdəyaranmışTurukki və Sutayfalarının dövləti, e.ə. Iminilliyin əvvəllərində meydana gəlmiş, e.ə. 590-cı ilə kimi mövcud olmuşMannadövləti, e.ə. 693-cü ildə yaranmişKimmer-iskit-sakpadşahlığının,e.ə. IX əsrdə meydana gəlmişMidiyanın,e.ə. IV əsrdə yaranmışAzərbaycan(Atropatena)dövləti, e.ə.IV-III əsrin əvvəllərində meydana gəlmişAlbaniyadövləti, eləcə də, III-V əsrlərdəilkin feodalizm münasibətlərinini meydana gəldiyi dövrlərdə Albanıyanın bir neçəvilayətinin Çola, Şəki, Lpina, Arsak, Uti, Girdiman, Sisakan, Kolt vilayətləri,224-651-ci illərdə AzərbaycanınSasanilərintərkibindəolduğu dövr, 226-cı ildə Albaniyanın Sasanilərdən asılı vəziyyətdə olduğudövr, 629-cü ildə Sasani Bizans müqaviləsinə görə Azərbaycanın Sasanilərin tərkibindəqaldığı dövr diqqəti çəkir.

Şimali Azərbaycanın isə öz müstəqilliyiniqoruyub saxladığı dövr, 630-1258-ci illərƏrəbXilafətidövrü, 705-ci ildəAlbaniyanın müstəqilliyini itirdiyi və ərəb vilayətiArannayaçevrilməsi dövr,861-1538-ci illərŞirvanşahlardövləti, 890-942-ci illərdəSacilərdövləti, 942-980-ci illərdəSalarilərdövləti, 980-1054-cü ildəRəvvadilərdövləti, 971-1086-cı illərdəŞəddadilərdövləti, 1038-1157-ci illərSəlcuqlarimperiyası, 1108-1227-ci illərdəAğsunqurlarfeodal dövləti, 1136-1225 illərAtabəylər və ya Eldənizlər (Eldəgəzlər)dövləti, 1256-1357-ci illərHulakilərin (Elxanilər)dövləti, 1356-1410-ci illərCəlairilərdövləti, 1410-1468-ci illərQaraqoyunludövləti, 1468-1501-ci illərAğqoyunludövləti, 1501-1736-cı illərSəfəvilərdövləti, 1736-1747-ci illərNadir şah, 1747-1868/69-cu illərUrmuya,1747-1822-ci illərMaku,1747-1820-ci illərƏrdəbil, 1747-1826-cı illərMarağa, 1747-1828-ci illərSərab, 1747-1820-ci illərXoy, 1747-1828-ci illərQaradağ, 1747-1780-ci illərTəbriz, 1747-1778-ci illərGilan,1747-1820-ci illərZəncan, 1747-1819-cu illərŞəki,1747-1822-ci illərQarabağ,1726-1810-cu illərQuba,1747-1804-cü illərGəncə,1747-1827-ci illərİrəvan, 1747-1828-ci illərNaxçıvan,1747-1806-cı illərBakı,1747-1826-cı illərLənkəran,1747-1820-ci illərŞamaxı,1747-1759-cü illərDərbənd,1747-1782-ci illərSalyan, 1747-1768-ci illərCavadxanlığı,Ərəş,İlisu,Qazax,Qəbələ,Şəmsəddil(Tabasaran, Borçalı)kimi sultanlıqlar, Qarabağ xanlığının tərkibində olan və 1813-cü ildə Rusiyayatərəfindən ilhaq edilmişDizaq,Gülüstan, Vərəndə, Xaçın, Çiləbördməlikliklərində,1803-cüildə Rusiya tərəfindən işğal etilmişCar-Balakəncamaatlığında, XX əsrin əvvəllərində və1917-ci il fevral burjua inqilabından sonra (02 noyabr 1917-ci ildə BakıSovetinin İcrayyə Komitəsi (bolşeviklər) ələ almışdır) Azərbaycan XalqCumhuriyyəti yaranana kimi olan dövrlərdə ədliyyəfunksiyalarını bu və ya digər formada müəyyən qurumlar həyata keçirmişlər.Həmin qrumlar necə adlanmasından asılı olmayaraq eynifunksiyanı həyata keçiriblər. Həmin dövrlərdə, eləcə də 28 may 1918-ci ildən 28aprel 1920-ci ilə kimi mövcud olmuş Şərqdə ilk demokratik Azərbaycan XalqCümhuriyyəti, 28 aprel 1920-ci ildən 30 dekabr 1922-ci ildə yaranmış SSRİ-nin tərkibinədaxil olana kimi, SSRİ-nin tərkibində olan dövrdə və AzərbaycanRespublikası öz müstəqilliyini elan etdikdən sonra AzərbaycanRespublikasının ilk 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyasınaqədər məhkəmə, prokurorluq və istintaq bəzən ədliyyə qrumunun tərkibindəolmuş, bəzən ayrı- ayrılıqda fəaliyyət göstərmişlər, bəzən isəədliyyə qrumunun funksiyaları başqa qrumlar arasında bölünməklə ədliyyə qrumu ləğvedilmişdir. Hərbi məhkəmələr, hərbi prokurorluqlar Müdafiə Nazirliyinin tərkibindəolmuşlar. Hərbi Prokurorluq isə Hərbi məhkəmənin tərkibində fəaliyyətgöstərmişdir.

1917-ci il Fevral burjua inqilabından sonra Zaqafqaziya seyminin tərkibindəolan dövr və Azərbaycan Xalq Cümhuriyyəti yaranana kimi, 28may 1918-ci ildən 28 aprel 1920-ci ilə kimi mövcud olmuş Şərqdə ilk demokratikAzərbaycan Xalq Cümhuriyyətinin hökumətinin tərkibində ədliyyə idarəçiliyininyaranma tarixi şəraitinə, mövcud çətinliklərlə üzləşmə faktlarına, həmindövrdə tarixi misiyanı yerinə yetirməsi baxımından idarəetmə və onun təşkiliöz dövrünün siyasi özəlliyinə görə fərqlənir. Eləcə də, 28 aprel1920-ci ildən 30 dekabr 1922-ci ildə yaranmış SSRİ-nin tərkibinə daxil olanakimi, mövcud olmuş hakimiyyətin tərkibinə daxil olduqdan sonra sovet dönəmindəAzərbaycan SSR-in ədliyyə idarəçiliyinin özünəməxsusluğuvardır. Mövcud qanunlar ictimai münasibətləri tənzimləyəbilmirdi. Siyasi böhran yaşanmışdır. Xalqa zülm edilirdi. Onlarınhüquqları tapdanır, özbaşınalıq, hərcmərclik, qanunsuzluq hökmsürürdü. Həmin dövrdə ədliyyyə orqanlarının qarşısında çox çətin, məsultarixi bir vəzifə dayanırdı. Xalqı bəladan qurtarmaq. Onun mövcudluğunu qoruyubsaxlamaq. Soyqrımın qarşısını almaq. Sivil, dünyəvi, demokratik, hüquqi, ərazidəyaşayan bütün millətlərin maraqlarını təmin edə bilən dövlətiyaratmaq, onun inkişaf etmiş dövlətlərin idarəçilik sistemi ilə rəqabətəgirə bilən, təpkilərə dözə bilən idarəçilik sistemini yaratmaq.Bunun üçün isə birinci növbədə xalqı maarifləndirmək, hüquqi bazayaratmaq, ərazinin qorunub saxlanmasını təmin etmək lazım idi. Belə bir çətin şəraitdəədliyyə orqanı öz işinə başlamışdır. Həmin çətinlikləri daha dərinanlamaq üçün tarixə qısa ekskurs etməklazımdır.

Orta əsrlərdə Azərbaycanda tətbiqolunan məhkəmə şəriət qanunlarına əsaslanırdı və elə şəriət məhkəməsi dəadlanırdı. Əsrlər boyu şəriət məhkəməsi qazılar tərəfindən həyata keçirimişdir.Qazılar şəriət qanunlarına dərindən bələd olan savadlı, təmkinli, ədalətliaxundlardan seçilirdilər. Lakin məhkəmə hakimiyyəti hökmdarın və onun tərəfindənyaradılmış "divan” adlı qurumun əlində idi. Dövlətin əyalət, vilayət, qəza,mahal və paytaxtında divanbəyi tərəfindən təyin olunmuş qazı var idi. Qazılar şəriətqanunları əsasında hüquqi işlər aparırdılar. Onlar əsasən dini işlərə, irsi,ailə və məişət məsələlərinə baxırdılar:

1. Məzhəb və ruhanilik;

2. Evlənmə və boşanma;

3. Küsmüş qohumları barışdırmaq;

4. Vərəsələr arasında əmlakı bölmək;

5. Şəxsi münasibətlərin nizamasalınması;

6. Dul qadınları və yetimləri himayəetmək. Belə hallarda ruhanilər xüms və zəkatı bölməli, yaxud əhalidən vəsaityığmalı idi.

7. Vəsiyyətlərini, qəbalələrini və digəralqı-satqı sənədlərini təsdiq etmək.

İslamın yayıldığı ilk əsrlərdə bütünmübahisələr fiqh intizamı altında qurulmuşdur. Sonralar, müxtəlif ərazilərin vəmədəniyyətlərin İslam dünyasına daxil olması ilə şəriət qanunları yerlixalqların bir-çox adət-ənənəsini də özünə daxil etməyə başladı. Bu cəhətdən Azərbaycanda istisna deyildi.

Orta əsrlərdə, məhkəmə sahəsindəaparılan ən ciddi islahatlardan biri Hülakülər sülaləsinin nümayəndəsi Qazanxanın adı ilə bağlıdır. Ölkədə hökm sürən özbaşınalıqların və hüquqpozuntularının əsasında məhkəmə işinin dolaşıq olmasını görən Qazan xan "qazı”vəzifəsinin icarəyə verilməsini mənfi hal kimi qiymətləndirərək əsas diqqəti buvəzifəyə təyin olunan şəxslərin ədalətli və layiqli din xadimlərindən seçilməsinəyönəltdi. O, məhkəmələrdəki qanunsuzluqlara son qoyulmasına, alqı-satqı işlərindəqayda-qanun yaradılmasına çalışaraq son 30 ildə yığılıb qalmış iddia sənədləriniləğv etdi, məhkəmələrin aparılması üçün toplanan ödəmələrin dəqiq məbləğini müəyyənləşdirdi,şəhər, mahal, kənd qazılarının səlahiyyətlərini dəqiqləşdirdi. Maraqlıfaktlardan biri odur ki, Qazan xan məhkəmə sədri olan qazılara bu vəzifəyə təyinolunduqdan sonra qanuna ciddi şəkildə əməl edəcəklərinə dair qəbz alınmasını datələb etmişdir. Onun tələblərindən biri də cinayətkarların etdiyi cinayətəuyğun cəzalandırılması olmuşdu.

Əlbəttə, Qazan xanın islahatları mütərəqqihadisə kimi ölkənin sosial həyatında canlanma yaratsa da, məhkəmədə sui-istifadəhallarını azaltsa da, öz dövrü üçün keçərli olmadı. Belə ki, feodallarınqəzəbinə səbəb olaraq, natamam həyata keçirildi.

Azərbaycanın şimal torpaqlarının Rusiyatərəfindən zəbt edilməsi böyük tarixi ədalətsizlik idi – bir xalq iki hissəyəparçalandı. İşğal nəticəsində Şimali Azərbaycan torpaqları sənayeləşən Rusiyaimperiyasının xammal mənbəyinə və satış bazarına çevrildi, öz siyasi mövqeyinimöhkəmlətmək üçün onun tarixi torpaqlarını özünə sərfəli olan inzibati-ərazi dəyişikliklərinəməruz qoyaraq, xeyli sayda ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsinihəyata keçirdi və apardığı müstəmləkəçilik siyasəti ilə Azərbaycan xalqınındövlətçilik ənənələrinə böyük zərbə vurdu.

İşğaldan sonra çar hökuməti Azərbaycandakomendant idarə üsulu adlandırılan hərbi idarəetmə sistemi yaratdı. Keçmişxanlıqlar və sultanlıqlar əyalət və dairələrə çevrildilər (Bakı, Quba, Şəki,Şirvan, Qarabağ, Lənkəran əyalətləri, Yelizavetpol, Car-Balakən dairələri,Qazax və Şəmşəddil distansiyaları). Şəki, Şirvan, Qarabağ və Lənkəran əyalətlərimərkəzi Şuşa şəhəri olan "Müsəlman əyalətləri rəisliyinə”, Bakı və Quba isə Dərbənddəyerləşən hərbi dairə rəisliyinə tabe edildi. Bu qurumlar Tiflisdə yerləşənQafqazın baş hakimi tərəfindən nəzarətdə saxlanılırdı. Komendantlar rus zabitləriarasından təyin olunurdu və yerlərdə mütləq hakim hesab olunurdular.

Komendant idarə-üsulunun vacib elementlərindənbiri heç bir qanuna əsaslanmadan qərar çıxaran əyalət məhkəmələrinin təyinolunması idi. Qarabağ və Şəkidə komendantın sədrlik etdiyi əyalət məhkəmələriyaradılmışdı. Ağır cinayətlərə isə hərbi məhkəmə baxırdı. Bundan başqa, ailə-nikah,vərəsəlik və sair kimi mülki işlərə baxan dini məhkəmələr də öz fəaliyyətini əvvəlkikimi davam etdirirdi.

XIX əsrin 40-cı illərində komendantidarə-üsulunun çarizmin müstəmləkəçilik siyasətinə vurduğu zərbəni anlayanİ.F.Paskeviç, P.İ.Kutaysov, Y.İ.Meçnikov kimi ali rütbəli çar məmurlarının səyinəticəsində bu idarəetmə sisteminin dəyişdirilməsinə dair Dövlət Şurasının qərarınanail olunur. 1840-cı ildə çar I Nikolayın fərmanı ilə Cənubi Qafqazda inzibativə məhkəmə islahatı keçirilməsi haqqında qərar verilir. Qanuna əsasən Azərbaycanda daxil olmaqla, Cənubi Qafqaz Ümumrusiya inzibati-ərazi bölgüsünəuyğunlaşdırılaraq iki hissəyə – mərkəzi Tiflis şəhəri olan Gürcüstan-İmeretiyaquberniyasına və mərkəzi Şamaxı olan Xəzər vilayətinə parçalanır. Quberniya vəvilayət qəzalara, onlar isə nahiyələrə bölünür. Bu inzibati-ərazi bölgüsü Azərbaycanərazilərinin bütövlüyünü və sərhədlərini pozaraq yeni ərazi və milli münaqişələrinəsasını qoyurdu. Belə ki, Qazax və Şəmşəddil nahiyələri və Yelizavetpol qəzası,Car-Balakən dairəsi, İrəvan və Naxçıvan qəzaları Gürcüstan-İmeretiyanın tərkibinədaxil edilmişdir.

1844-cü ildə baş hakim vəzifəsi də ləğvedildi, əvəzində isə yalnız çarın qarşısında hesabat verməli olan və geniş səlahiyyətlərəmalik Qafqaz canişinliyinin yaradılması haqqında fərman verildi. Yeniformalaşmış sistemə görə Gürcüstan-İmeretiya quberniyası və Xəzər vilayətləri ləğvedildi, 1846-ci ildə onların yerində Tiflis, Kutais, Dərbənd və Şamaxı, 1949-cuildə isə Naxçıvan və Ordubad qəzalarının daxil olunduğu İrəvan quberniyalarıyaradıldı.

Qanuna əsasən məhkəmələr də yenidənquruldu. İmperiya məhkəmə sisteminə əsasən quberniya, vilayət və qəza məhkəmələriyaradıldı, dini məhkəmələr isə yenə də ləğv olunmadı. Yeni məhkəmə sistemininüstün cəhəti onda idi ki, cinayətlərə hərbi məhkəmələr deyil, mülki məhkəmələrbaxmalı idi. Lakin bununla belə yeni məhkəmə sisteminin formalaşdırılmasıfeodal-asılı münasibətlərin tədricən aradan qaldırılmasında, müasir (modern) məhkəməsisteminin yaradılması istiqamətində mühüm addımlardan biri idi.

İslahatlara əsasən 1866-cı ildə silki məhkəmələrləğv edildi və bütün silklər üçün vahid məhkəmələr yaradıldı. Məhkəmə iclaslarıaçıq keçirilməli idi. Bu, Azərbaycanın tarixində ilk dəfə olaraq müasir məhkəməsisteminin tətbiq olunması demək idi. Lakin məhkəmə islahatının çatışmayan cəhətləridə var idi. Belə ki, Rusiyada hakimlər seçildiyi halda, Azərbaycanda onlar təyinolunurdu və ruslardan ibarət ola bilərdi. Məhkəmə iclasları da rus dilindəkeçirilirdi. Bu isə yerli əhalinin maraqlarına toxunurdu, belə ki, çox vaxt təqsirləndirilənşəxs (müttəhim), zərər çəkən və ya şahid məhkəmədə baş verənlərdən xəbərsizolurdu.

Ümumiyyətlə, bu dövrdə Azərbaycandadövlət və ədliyyə idarəçiliyi tamamilə rusların əlində idi. ÇarRusiyası azərbaycanlıları dövlət orqanlarından kənarda saxlayırdı. Məqsəd Azərbaycanxalqının dövlətçilik ənənələrini unutdurmaq, yerli əhalinin dövlət hakimiyyətorqanları yaratmaq cəhdlərini boşa çıxarmaq idi. Qafqazda bütün hakimiyyətcanişinin, quberniyalarda isə qubernatorların və qəza rəislərinin əlində cəmləşmişdi.Azərbaycanın əzəli torpaqlarını parçalamaq məqsədilə çar hökuməti mütəmadiolaraq inzibati-ərazi dəyişiklikləri edirdi. 1860-cı ildə Dərbənd quberniyası ləğvedildi, Quba qəzası isə 1859-cu ildə Şamaxıda baş verən zəlzələ nəticəsindəquberniyaya çevrilən Bakı quberniyasının tərkibinə qatıldı.

1868-ci ildə Bakı, Tiflis və İrəvanquberniyalarının hesabına, tərkibində Şuşa, Yelizavetpol, Zəngəzur qəzalarındanibarət, mərkəzi Yelizavetpol (Gəncə) şəhəri olan Yelizavetpol (Gəncə)quberniyası yaradıldı. Quberniyanın ərazisi 1883-cü ildə yaradılmış Cəbrayıl vəCavanşir qəzalarının hesabına daha da genişləndirildi. Yeni yaradılmış Cavad vəGöyçay qəzaları Bakı quberniyasına, 1870-ci ildə yaradılmış Şərur-Dərələyəz vəNaxçıvan quberniyaları isə İrəvan quberniyasına daxil edildi. Bunlara dauyğun olaraq ədliyyə, məhkəmə sistemi yaradılmışdır.

I Dünya Müharibəsi Çar Rusiyası üçünfaciəvi nəticələnmişdi. 1917-ci ildə Fevral Burjua İnqilabı nəticəsində Çar IINikolay hakimiyyətdən imtina etməli olmuşdur. İmperiyanı idarə etmək üçünPeterburqda Müvəqqəti Hökumət formalaşdırılmışdır.

Fevral inqilabı Azərbaycandakıpartiyaların siyasi fəaliyyətini daha da genişləndirdi. Həmin illərdə azərbaycanlıbolşeviklərin (xüsusən də N.Nərimanov və M.Əzizbəyov) da daxil olduğu MüsəlmanMilli Şuraları yaradıldı. Şuranın fəaliyyətindəki əzmkarlıq inqilabınbaşlanması xəbərinin gəlməsindən dərhal sonra, martın 27-də Müsəlman MilliŞurasının Müvəqqəti İcraiyyə Komitəsinin seçilməsi ilə ifadə olundu. HəminKomitənin tərkibinə Ə.Topçubaçov, F.Xoyski, M.Ə.Rəsulzadə və başqaları da daxilidilər. İcraiyyə Komitəsinin sədri M.Hacınski, onun müavini isə M.Ə.Rəsulzadəseçildi. Cənubi Qafqazın demək olar ki, bütün qəzalarında yaradılmış MüsəlmanŞuraları arasında ən nüfuzlusu Bakı Müsəlman Milli Şurası xüsusilə fərqlənirdi.Onun tərkibinə Azərbaycanın ən qabaqcıl ziyalıları və burjuaziyası daxil idi. Həminziyallıların əksərimyyəti isə xaricdə təhsil almış ali hüquq təhsilliidi. 1917-ci il oktyabr inqilabından sonra 1917-ci il noyabrın 15-dəCənubi Qafqazı idarə etmək üçün Tiflisdə Zaqafqaziya Komissarlığı təşkiledildi. Cənubi Qafqazın hər üç milləti – Azərbaycan, gürcü və erməni bu qurumdatəmsil olunmuşdular. Bu hökumət özünün Rusiya imperiyasından çıxdığını və müstəqilolduğunu elan etmişdi. 1918-ci ilin fevralında Komissarlıq istefaya getmişdir.Həmin hökumətin tərkibində Fətəli Xan Xoyski Ədliyyə Komissarı olmuşdur.

1918-ci ilin fevralın 10-da CənubiQafqazın idarə edilməsi forması olaraq Zaqafqaziya Seymi yaradıldı. Seymdə hərüç millətin Rusiya Dövlət Dumasında üzv olan nümayəndələri təmsil olunmuşdular.1918-ci ilin may ayının 26-da Zaqafqaziya Seymi öz-özünü buraxdığını elan etdi.

1917-1918-ci ilin mayına qədərZaqafqaziyada yaradılmış müxtəlif idarəçilik təsisatları göstərdi ki, buregionda müstəmləkə siyasətini davam etdirmək, istənilən nəticəni əldə etməkçox çətindir. Bir tərəfdən Rusiya-Osmanlı müharibəsi, Azərbaycana, əsasən dəİranla sərhəd boyu digər millətlərin (əsasən rus və erməni) köçürülməsinin,onlara yerli insanlardan fərqli yaxşı münasibətin göstərilməsinin, digərtərəfdən isə çarizm tərəfindən aparılmış düşünülmüş, uzunmüddətli, davamlısiyasətin nəticəsi olaraq, Bakıda erməni-rus bolşeviklərinin hakimiyyəti ələkeçirməsi və ermənilərin Azərbaycan torpaqlarına olan iddiaları vəziyyəti dahada gərginləşdirirdi. Zamanın diktə etdiyi belə bir vəziyyətdə Azərbaycanda müstəqildövlətin yaradılması zərurəti Azərbaycan ictimaiyyətini daha da düşünməyə vəciddi addımların atılmasına sövq edirdi. Faktiki başsız qalmış, idarəetməstrukturları böhranda olan, yeni ortaya çıxmış, hələ kamil idarəetməyə malikolmayan millət təəssübkeşləri isə Azərbaycan xalqına qarşı edilmiş Martsoyqırımının qarşısını almağa qabil deyildi. Bu hadisələrə göz yumulması,soyqırımın geniş vüsət almasının qarşısını almaq əvəzinə, ona daha da geniş zəminyaradılması, ədalətsiz mövqe tutulması millət təəssübkeşlərini daha da qətiyyətli,cəsarətli tarixi, millətin taleyini həll edə biləcək qərarlar qəbul etməyəvadar edirdi. Belə bir vəziyyətdə isə Azərbaycan xalqı adından danışmağa yalnızonun seçilmiş nümayəndələri olan Zaqafqaziya Seyminin deputatları çıxış edə bilərdilər.

Yaranmış vəziyyətdə mayın 27-də SeyminAzərbaycan fraksiyasına daxil olan deputatları fövqəladə iclas keçirərək, Azərbaycanınidarəetmə formasını -Azərbaycan Müvəqqəti Milli Şurasının yaradılması haqqındaqərar qəbul etdilər. M.Ə.Rəsulzadənin sədrlik etdiyi Milli Şura Azərbaycanınidarə olunmasını öz üzərinə götürdüyünü elan etdi. Müxtəlif sahələrdə işlərə rəhbərliketmək üçün F.Xoyskinin rəhbərlik etdiyiyi doqquz nəfərdən ibarət Müvəqqətiİcraiyyə orqanı yaradıldı. Xəlil bəy Xasməmmədov Ədliyyə Naziri təyin edilir.

Bununla da müsəlman Şərqində ilk dəfəolaraq Azərbaycan Xalq Cümhuriyyətinin timsalında müasir əsaslar üzərindəformalaşmış dövlət idarəçiliyi və onun bir hissəsi olan ədliyyəidarəçiliyi təsis edildi. Məhz belə bir tarixi şəraitdə Azərbaycanöz dövlətini, onun hökumətini, hökumətin tərkibində ədliyyə qrumunuyaratmış olur.

İqtisadiyyatı dağıdılmış aqrar ölkədə,qorxu, həyacan içərisində, hələ də hansı hadisələrin baş verməsinin təfərrüatında,fərqində olmayan, onu mahiyyətcə anlamayan vətəndaşlara malik olan, çox gərginsiyasi bir vəziyyətdə elan olunan Azərbaycan Xalq Cümhuriyyəti bir çox taleyüklü məsələləri həll etməli idi. Bu məsələlər əslində Azərbaycanın bir dövlətkimi varlığını həll edəcəkdi. Ən əvvəl bir tərəfdən Rusiya-Türkiyə müharibəsi,Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi, digər tərəfdən erməni təcavüzü vəAzərbaycan torpaqlarının təcavüzə məruz qalması Milli Şuranın ciddi qərarlar qəbuletməsini tələb edirdi. Bakıda və ətraf rayonlarda azğınlıq törədən ermənilərAXC-nin yaranmasından ciddi narahat olurdular. Törətdikləri azğınlıqlarıncavabını verəcəkləri vaxtın gəldiyini hiss edirdilər, başa düşürdülər. Ona görədə daha da azğınlaşırdılar. Hər cür fitnə-fəsad törədirdilər.

Tənzimləmə mexanizminin normal həyatakeçməsi üçün respublika ərazisində sabitliyi təmin etmək başlıca vəzifələrdənbiri idi. Buna görə də erməni-bolşeviklərin törətdikləri cinayətlərinaçıqlanması və cinayətkarların cəzalandırılması hökumətin qarşısında duran əsasməsələlərdən birinə çevrildi. Bu məqsədlə hökumət fövqəladə İstintaq Komissiyasıyaratmalı oldu. İstintaq Komisiyyası əvvəl Xarici İşlər Nazirliyinin nəzdindəolmuş, sonra isə Ədliyyə Nazirliyinin tabeçiliyinə verilmişdir.İstintaq Komissiyasının qarşısında qoyulan vəzifə bütün zorakılıq hadisələrininqeydə alınması, zorakılıqların törədildiyi şəraitin qiymətləndirilməsi,günahkarların və dəyən ziyanın müəyyənləşdirilməsi idi. Komissiya qısamüddətdə Bakı quberniyasında törədilən cinayətlər haqqında külli miqdardamaterial toplaya bilmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin mövcudolduğu illər bütövlükdə dünya tarixinin ən keşməkeşli dövrü hesab olunur.V.İ.Lenin və İ.Stalinin dəstəyi iləbolşeviklər (S.Şaumyan rəhbər olur) Bakıda hakimiyyəti ələ almışdılar. Lenin nəyinbahasına olursa-olsun, Bakını əldən vermək istəmirdi. Bu məqsədlə Almaniya iləseparat danışıqlara gedib, 27 avqust 1918-ci ildə müqavilə bağlayaraq, Bakıneftinin dörddə birini onlara verməyi vəd edərək, Türkiyəni Bakı şəhərinə girməkdənçəkindirmək istəyirdi. Gələcəkdə istehsalı artırmaqla, həmin pay hissəsinə baxılmasıda nəzərdə tutulmşdur . 12 sentyabr 1918-ci ildə M.Ə.Rəsulzadə müqavilənin Azərbaycanlabağlı hissəsinə öz etirazını Almaniya dövlətinin nümayəndəsinə bildirir. Bu barədədəfələrlə Rusiya dövləti separat danışıqlara uyğun olaraq, Almaniyanın müttəfiqiTürkiyəyə təsir etməsi üçün notalar vermişdir. Hətta Almaniya əgər Türkiyə Azərbaycandançıxmaq istəməsə, onu məcbur edəcəyini Rusiyaya vəd etmişdi. Hələ Rusiyanınxarici işlər naziri Çiçerin iyulun 29-da Rusiyanın Almaniyadakı səfiri İoffeyəgöndərdiyi teleqramda bildirirdi ki, Bakı Soveti hakimiyyətinin xilas edilməsininbaşlıca yolu oradakı türk qüvvələrinin geri çəkilməsidir. Rusiya Xarici İşlərNazirliyi Bakının türklər tərəfindən ələ keçiriləcəyini həm Rusiya, həm dəRusiyanın iqtisadi münasibətlərdə olduğu ölkələr üçün böyük bir fəlakət kimiqiymətləndirirdi.Almaniyailə Türkiyə arasında bu barədə müəyyən danışıqlar olsa da, Almaniya TürkiyəninBakı şəhərinə girəcəyi halda, Türk ordusunda xidmət göstərən zabitləri geriçağıracağı ilə hədələyərək, ona təsir göstərmək istəyirdi. Türkiyə baş verənlərinəsl mahiyyətini anlayır və tezliklə Bakının azad edilməsini istəyirdi. Ona görədə Türkiyə üzdə Almaniya ilə olan Brest-Litovsk Müqaviləsinin şərtlərinipozmamaq üçün komandan Nuru paşaya Almaniyanın maraqlarına xidmət edən açıqgöstərişlər verir, onu Bakı şəhərinə girməkdən çəkindiridi. Lakin mahiyyətdəNuru paşanın Bakı şəhərinə girməsi dəstəklənirdi. Bakı şəhəri ətrafında olanqüvvələrin Azərbaycanın milli qüvvələrinin özlərinin olmasını bildirirdilər.Belə vəziyyətdə V.İ.Lenin və İ.StalinBakı Sovetinin rəhbəri S.Şaumyana hər cür hərbi, maddi köməklik göstərirdilər.Silah, sursat, hərbi texnika və maliyyə vəsaiti göndərirdilər. V.İ.Leninyazırdı: "Bakı bizim üçün hər şeydir və onu müdafiə edib saxlamaq lazımdır”.İ.Stalinisə S.Şaumyana məktub göndərmişdi ki, Bakını hərbi və maliyyə cəhətdən möhkəmləndirməklazımdır.Nuru paşakomandanlıq etdiyi Qafqaz İslam Ordusu 15 sentyabr 1918-ci ildə Bakını azadetdikdən sonra Almaniya Türkiyə dövlətinə qarşı təhdidlərini daha da artırdı.Türkiyə silahlı qüvvələrinin Bakıdan çıxmasını tələb edirdi. Almaniya iləRusiya arasında bağlanmış müqavilənin çözülməsi üçün baş nazir Tələt paşasentyabrın 6-da Berlinə gedir. Müqavilənin bəzi şərtlərinin Türkiyənin mənafeyinəyaratdığı təhlükəni xarici işlər naziri F.Hinzenin diqqətinə çatdırır. Eləcə də,Qafqazda onlardan xəbərsiz belə müqavilənin bağlanmasının narahatçılığınıbildirir. V.F.Hinze nəinki bu narazılığı qəbul etdi, hətta onları (türkləri) vədlərinəəməl etməməkdə günahlandırdı. Belə halda Tələt paşa yeni bir anlaşmaimzalanmasını təklif edir. Təklifdə isə bildirilir ki, Qafqazda müstəqil dövlətyaransın. Bakı məsələsində isə onun yalnız Azərbaycana məxsus ola biləcəyivurğulanır. Arqument kimi, Bakının coğrafi mövqeyi və Azərbaycanın dövlətçilik ənənəsigöstərilir. Həmin təklifdə həm də göstərilir ki, Bakısız Azərbaycan güclü dövlətola bilməz. Bakı da daxil olmaqla, Azərbaycanın müstəqilliyi tanınmalıdır. Eyniqaydada Gürcüstan və Ermənistanın müstəqil dövlət olması təklifi də verilir.Almaniya xarici işlər naziri həmin təklifləri Rusiyanın Almaniyadakı səfiriİoffeyə göstərir. İoffe isə Rusiya ilə həmin təklifləri müzakirə etdikdən sonrabildirir ki, Türkiyənin Qafqaz dövlətləri ilə bağladığı müqavilələri tanımır. Həminşərtlər ilə razı deyillər. Qafqazda Rusiya ilə Türkiyə arasında bir dövlətinyaranmasına razıdırlar. Lakin həmin dövlətin Şimali və Cənubi Qafqazdakı azərbaycanlıların(müsəlmanların) bir araya gətirilməsi ilə yaranmasına Sovet hökuməti razıdeyildir. Almanlar da buna münasib olaraq (Gürcüstanla bağlı məsələdən başqa) həmintəklifləri rədd etmişlər. Deməli, Türkiyədən başqa, heç bir dövlət CənubiQafqazda müstəqil dövlətlərin yaranmasında maraqlı deyillər. Konkret olaraq,Rusiya Azərbaycanın müstəqil olmasını qəbul etmirdi. Ən yaxşı halda, Azərbaycanıxristianların (erməni və gürcülərin) idarə etməsini müdafiə edirdi.

Bütün bunlara görə, Azərbaycanın bütövləşməsinəvə müstəqil dövlət yaratmasına kimlərin ən böyük əngəl olduğu aydın vəbaşadüşüləndir. Şimali və Cənubi Azərbaycanın bir yerdə olması, vahid Azərbaycandövləti olmasının dünyanın siyasi mənzərəsinin necə dəyişə biləcəyini təsəvvüretməmək mümkün deyildir. Bu, Rusiya, Almaniya, Fransa, İngiltərə, Amerika, İrandövlətlərinin Şərqdə işğalçı siyasətinin sonu demək idi.Elə buna görə də İranda baş vermişinqilabların olması nəticə etibarı ilə rusların loyallıq göstərməsi, ingilis vəamerikanların isə köməklik göstərməsi ilə minlərlə azərbaycanlılarınqırılmaları, edam edilmələri, şoran torpaqlara, farslar yaşayan əraziyəköçürülmələri, zindanlara salınmaları, zülm verilmələri, azadlıq hisslərininboğulması, milli mənlik şüurlarının, dövlətçilik hisslərinin əllərindənalınması ilə nəticələnmişdir. Beləliklə, 23 ay fəaliyyət göstərən AzərbaycanXalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində misilsiz rol oynadı. Özsiyasi quruluşuna, demokratik təsisatlarına, dövlət quruculuğuna, apardığıdaxili siyasətinə görə, Avropanın modern dövlətləri ilə müqayisə edilə bilərdi.AXC Azərbaycan xalqının dövlətçilik ənənələrini müasirliklə culğalaşdıra bildi,sübut etdi ki, xalqın ürəyində yaşayan milli dövlətçilik ideyaları məhvedilməzdir.Ümummilli lider Heydər Əliyevin də qeyd etdiyi kimi, bu dövlətin tarixdəmövcudluğu "Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır”.

Bolşeviklər 1920-ci il aprelin 28-də AzərbaycandaSovet Sosialist Respublikasının yaradıldığını elan edirlər. Bütün hakimiyyətMüvəqqəti İnqilab Komitəsinə həvalə edilir. Həmin gün Azərbaycan SSR XalqKomissarları Soveti yaradılır. Hakimiyyətin ilk illərində Komissarlığın heyətinəinsanların etimadını qazanmaq üçün sədr N.Nərimanov başda olmaqla, bir neçə azərbaycanlınümayəndə (H.Sultanov, Ə.Qarayev, Q.Musabəyov, M.Hüseynov, Ç.İldırım,D.Bünyadzadə, Ç.Vəzirov) də daxil edilir. May ayının 3-də qəbul edilmiş qərara əsasənyerlərdə də inqilab komitələri yaradılır. A.Qarayev ƏdliyyəKomissarı təyin edilir.

1920-ci ildə idarəetmədə aparılan köklüdəyişikliklər nəticəsində Fövqəladə Komissiya (gizli polis), Ali İnqilabiTribunal, yoxsul komitələri (sonralar kənd sovetləri ilə əvəz olundular)yaradıldı.12 mart1922-ci ildə Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR əvvəlZaqafqaziya Federatif Respublikaları İttifaqı yaradır. Sonra buBakı şəhərində 10-13 dekabr 1922-ci ildə keçirilən qrultaydaZSFSR kimi təşkil olunur. Həmin qrum1922-ci il dekabrın 30-da SovetSosialist Respublikalarıİttifaqı(SSRİ)formasında yeni birlik yaranana kimi fəaliyyət göstərir.1936-cı ildə formal olaraqRusiyanın idarəçiliyi altında fəaliyyət göstərən Azərbaycan SSR rəsmi olaraqSSRİ-nin tərkibinə daxil olması haqqında qərar verir.

Çar hökuməti kimi, Sovet hökuməti dədövlətin idarə olunmasında azərbaycanlılara etibar etmir, onları dövlət vəzifələrindənbacardıqca uzaqlaşdırırdılar. Bu azmış kimi xalqa düşmən kəsilmiş ünsürləriidarəçiliyin ən yüksək səviyyələrinə qədər qaldırırdılar. Məsələn, M.Bağırovunzamanında R.Markaryan, X.Qriqoryan, Y.Sumbatov-Topuridze kimi məmurlarxalqımızın təzyiqlərə məruz qalmasında ad çıxarmışdılar.

Beləliklə, müasir məhkəmə sisteminintarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bağlıdır. Hələ 1918-ci ildəAzərbaycan Demokratik Respublikasının yaranması ilə eyni gündə – may ayının28-dəƏdliyyəNaziliyii təsis edilmiş və Xəlil bəyXasməmmədov ilk Ədliyyə Naziri təyin olunmuşdur .

Nazirlər Şurasının qərarı ilə 01oktyabr 1918-ci ildə Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyətibərpa edilmiş, noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi təsdiqedilmişdir. 22 noyabr 1918-ci ildə Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiqedilmiş, 16 mart 1919-cu ildə Bakı Dairə Məhkəməsinin binasında Azərbaycan MəhkəməPalatasının rəsmi açılışı olmuş və bundan etibarən palataya Bakı və Gəncə dairəməhkəmələrinin işləri daxil olmağa başlamışdır. Tərkibində Azərbaycan MəhkəməPalatası fəaliyyət göstərən Ədliyyə Nazirliyinin yanında 1919-cu ilin əvvəllərindəməhkəmə hissəsinə dair qanun layihələrinin hazırlanması üzrə xüsusi komissiyayaradılmışdır.

1920-ci il aprel ayının 27-28-də AzərbaycanDemokratik Respublikası bolşevik Rusiyası tərəfindən işğal edildikdən sonra ədliyyəsistemində də köklü dəyişikliklər başlandı. Azərbaycan İnqilab Komitəsinin 13may 1920-ci il tarixli qərarı ilə bütün ədliyyə sistemi ləğv edilərək Xalq ƏdliyyəKomissarlığı yaradılmışdır. 1930-cu ildə komissarlıq ləğv edilərək onun səlahiyyətləriaidiyyəti üzrə Ali Məhkəməyə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlaraverilmiş, müstəqil Baş prokurorluq yaradılmışdır. 1933-cü ildə Mərkəzi İcraiyyəKomitəsinin qərarı ilə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilmiş, ƏdliyyəKomissarı eyni vaxtda Respublika Prokurorunun, onun müavini isə Ali Məhkəmə Sədrininsəlahiyyətini daşımışdır. 1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsitəsdiq edilərək onun səlahiyyətləri xeyli məhdudlaşdırılmışdır. Azərbaycan SSRAli Soveti Rəyasət Heyətinin 7 dekabr 1959-cu il tarixli qərarı ilə ƏdliyyəNazirliyi növbəti dəfə ləğv edilmiş, məhkəmə orqanlarının bütün fəaliyyətinə rəhbərlikvə nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə edilmişdir.Ulu öndərHeydər Əliyevin Azərbaycana rəhbərliketdiyi dövrdə Ədliyyə Nazirliyi yenidən yaradılmışdır. Azərbaycan SSR AliSoveti Rəyasət Heyətinin 27 oktyabr 1970-ci il tarixli qərarı ilə ƏdliyyəNazirliyi təsis edilmiş, bununla da Azərbaycanın ədliyyə tarixində yeni mərhələbaşlanmışdır.

Müasir Azərbaycanın banisi Ümummillilider Heydər Əlirza oğlu Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan RespublikasıAli Sovetinin sədri, eləcə də 03 oktyabr 1993-cü ildə Azərbaycan RespublikasınınPrezidenti seçildikdən sonra Azərbaycanda yeni idarəetmə mərhələsi başlanmış,12 noyabr 1995-ci ildə Konstitusiayanın qəbulu ilə Azərbaycan Respublikası üçünməqbul hesab edilən prezidentli respubilika idarəetmə forması qanunla təsbitedilmiş, hakimiyyətin üç qolu- icra hakimiyyəti, qanunvericilikhakimiyyəti və məhkəmə hakimiyyəti bir – birindən ayrılmışdır. Ədliyyəqrumu icra hakimiyyətinin tərkibinə daxil edilmiş, məhkəmə hakimiyyətimüstəqil hakimiyyət kimi tanınmış, prokurorluq məhkəmə hakimiyyətinin tərkibinədaxil edilmişdir.

Məhkəmə hakimiyyətinin həyata keçirilməsiKonstitusiyanın 125-ci maddəsində təsbit olunmuşdur. Onun fəaliyyəti dövləthakimiyyətinin funksiyalarına daxildir və ədalət mühakiməsini həyata keçirən,bütün hüquqi və inzibati mübahisələri həll edən yeganə dövlət orqanıdır. Başqasözlə, ədalət mühakiməsi məhkəmənin timsalında yalnız dövlətə mənsubdur vəqanunla müəyyən olunmuş qayda və üsullarla həyata keçirilir. Bu isə o deməkdirki, məhkəmənin əsas işi Konstitusiya ilə müəyyən olunmuş insan hüquqlarının, vətəndaşazadlıqlarının, siyasi və ictimai mövqeyindən və mülkiyyət formasından asılıolmayaraq, bütün müəssisə, təşkilat, idarə, siyasi partiyaların, ictimaibirliklərin, fiziki və hüquqi şəxslərin hüquqlarını müdafiə etməkdən, onlaraqarşı istifadə olunan qanun pozuntularından müdafiə etməkdən, qanunla cinayəthesab olunan əməli törətmiş hər bir şəxsi cinayət məsuliyyətinə cəlb etməkdənibarətdir.

Məhkəmə hakimiyyətinin bir qolu olanprokurorluq Rusiyada I Pyotrun vaxtında təsis edilmişdir. Azərbaycan XalqCümhuriyyəti vaxtında qeyd etdiyimiz kimi, Bakı dairə məhkəməsinin nəzdində 01oktyabr 1918-ci ildə prokurorluq fəaliyyət göstərmişdir. Sovet dönəmindəprokurorluq müstəqil olmaqla, aşağıdan yuxarı tabeçilik olmaqla vahid sistemolmuşdur. Müttəfiq respublikalarda fəaliyyət göstərən prokurorluq SSRİprokuroruna tabe idi. Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdənsonra keçid dövründə həmin ənənədən kənarda qalmamış, Azərbaycan RespublikasıBaş Prokurorluğuna tabe olmaqla, bir müddət həmin sistem saxlanılmışdır. UluÖndər Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci il Konstitusiyası qəbul edilməklə,qanunla prokurorluğun yeri və fəaliyyəti müəyyən edilmişdir. Prokurorluqaşağıdan yuxarı tabeçiliyə əsaslanan vahid sistemi təşkil edir. Fəaliyyətinin təminedilməsi üçün Baş prokurorluqda idarələr, şöbələr, mətbuat xidməti, tədris mərkəzitəşkil edilmişdir.

Faktlar sübut edir ki, Azərbaycanınözünəməxsus dövlət idarəçiliyi və onun bir sahəsi olan ədliyyə idarəçiliyimövcuddur. Həmin idarəetmə fəlsəfəsi isə tarixi şəraitin özəlliklərinəçevik adaptasiya olma qabiliyyətinə malikdir.

Bunun işığında ölkədə dövlət idarəçiliyi və onun bir sahəsiolan ədliyyə idarəçiliyi ənənəsinin Rusiyanın buraya nüfuz etməsi ilə bağlıqırılmasının və eyni zamanda, yeni təkamül xəttinə keçməsinin fəlsəfi,geosiyasi, siyasi, təhlükəsizlik və hüquqi aspektləri üzərində düşünmək üçüngeniş nəzəri üfüqlər vardır.Buzərurətin daha aydın görsənməsi üçün fikrimi bir misalilə konkretləşdirmək istərdim. Birinci dünya müharibəsindənsonra eyni soykökə, eyni düşüncə tərzinə, eyni təfəkkürə,eyni mentaliteta malik alman xalqının Almaniya dövləti 1945-ci ildə eynixalqdan ibarət olan iki Alman dövlətinə parçalandı. Onlardanbirində sosialist idarəetmə sistemi, digərində isə kapitalist idarəetmə sistemimövcud olmuşdur. Təxminən 45 ildən sonra 1990 –cı ildə həminxalq vahid Alman dövlətini yaratmışdır. 45 il müxtəlifidarətetmə sistemlərinin, o cümlədən ədliyyə idarəetmə idarəçiliynin birxalqın həyat tərzində, təfəkküründə, düşüncəsində, həyatabaxışlarında yaratmış olduğu fərqlər birləşdikdən sonra 30 ilvaxt keçməsinə baxmayaraq özünü qabarıq göstərir. Onların uyğunlaşmasında, birləşməsində,birgəyaşayışında çətinliklər yaradır. Bu misalları Veytnam, Koreya,Azərbaycanın və s. timsalında da görmək olar. Sovet idarəetməsistemi insanları elə bir hala salmışdı ki, evdə ər -arvadbir – biri ilə siyasi məsələlərdən danışmaqdan çəkinirdi. Rejim sovetadamına satqınlıq, ikiüzlülük, yalitaqlıq, riyakarlıq, mütilik,robortsayağı hərəkətlər etmək, azadfikirlilikdən daşınmaq, müstəqill qərar qəbuletmək cəsarətini unutmaq kimi halları təlqin edirdi. Elə bu hallar dasovet dönəminin süqut etməsini labüdləşdirmişdir. Başqa bir misal iləfikrimi daha da aydınlaşdırmaq isttərdim. Bu gün vaxtı ilədünyaya dahilər, dühalar vermiş, sərkərdələr yetişdirmiş yerkürəsi əhalisinin 56 faizi yerləşən Asiya və yer kürəsi əhalisinin 25faizi yerləşən Afrika qitələri, yer kürəsi əhalisinin 8 fazi yerləşən Avropa vəyer kürəsi əhalisinin 11 faizi yerləşən Amerka qitələrinin əsarəti,təsiri altındadır. Amerika və Avropa insanlarıözünü ali irq hesab edirlər. Faktiki olaraq da Afrika qitəsindəyerləşən insanların həyata baxışı, düşüncələri, təfəkkür tərzləri iləAvropa və Amerika qitələrində yaşayan insanların həyata baxışı, düşüncələri,təfəkkür tərzləri arasında kəskin fərqlər vardır. Sual olunur. Bialojivarlıq kimi həyata gəlmiş insanların həyata baxışı, düşüncələri, təfəkkürtərzləri arasında kəskin fərqlərin yaranması nə ilə izah olunur?Avropa və Amerika qitələrində yaşayan insanlara bu kimi düşüncə tərziniaşılayan nədir? Bu güvənlik onlarda haradan yaranır?

Məlumolduğu kimi insan harada doğulmasından asılı olmayaraq həyata bialojivarlıq kimi gəlir. Ancaq düşdüyu mühit onu formalaşdırır. İctimaimuhiti isə idarəetmə sistemi təmin edir. İdarəetmənin təkmilliyi,çevikliyi, idarəetmədə ədalətliliyin gözlənilməsi, ədliyyə sahəsində, o cümlədənməhkəmə sistemində sərbəstliyin, mustəqilliyin, yalnız qanuna tabeliliyin gözlənilməsi,həmin sistem tərəfindən insan və vətəndaş huquq və azadlıqlarınınqorunması insanın yksək düşüncə tərzini təmin edir.Azadfikirlilik insan kapitalının təməlidir, onun dünyaya baxışının,özünüdərkinin, ictimai aləmdə yerinin müəyyənləşdirməsinin meyarıdır.İdrakın ölçü meyarıdır. Qeyd edilən halların təminatı isəən çox ədliyyə idarəçiliyinin təkmil, çevik, ictimai sifarişlərəcavab verə biləcək olmasından asılıdır.Bubaxımdanbugünədliyyəidarəçiliyimizqloballaşma vəinformasiya cəmiyyətinintələblərinəuyğun, inteqrativ vəeyni zamanda intellektual xüsusiyyətlərəmalik resursların idarəolunması, müasir elmi idrakda müşahidəedilənyeni tendensiyaların olması, intensivolaraq inkişaf edən yeni idraki texnologiyaların geniş tətbiq edilməsi, ilkolaraq nanotexnologiyaları və informasiya texnologiyalarını geniş tətbiq edilməsi,hazırki tarixi mərhələdə elm və təcrübənin inteqrasiyasınınintensivləşməşi kimi xüsusiyyətləri nəzəra alır. Bu proses müxtəlifaspektlərdə idarəetmə məsələsini son dərəcə universallaşdırır vəhəmin keyfiyyəti dəaktuallaşdırır.

Təbii ki, qlobal dünyada başverən inqilabi dəyişikliklər dövlətinvəidarəetmənin bütün, o cümlədənədliyyənin subyektlərinəköklüsürətdətəsir etməkdədir. Məhz bu, idarəetməninsubyekti iləobyekti arasındakıziddiyyətlərin həll olunmasıtələblərinin başlıca səbəbi kimiçıxışetməkdədir. Bu mənada ictimaiinkişafın, bunun ardınca isəidarəetmənin,o gümlədənədliyyə idarəçiliyininyeni vədaha müasir yollarınınişlənib hazırlanmasımüasirdövrün başlıca tələblərindən biridir. Bu baxımdanədliyyəidarəsiliyinin təkmilləşdirilməsi, məhkəməsistemində islahatların dərinləşdirilməsi,zamanın tələblərinə cavab verəcək zəmindəolmasının təmin edilməsiüçün 03 aprel 2019-cu ildə«Məhkəməhüquq sistemindəislahatların dərinləşdirilməsi haqqında»,İnzibati məhkəmələrin vəkommersiya məhkəmələrinin təşkili və «Məhkəmələr və hakimlərhaqqında» Azərbaycan Respublikası Qanununda dəyişiklikləredilməsi barədə Azərbaycan Respublikasının 2019-cu il 9iyul tarixli 1632 VQD nömrəli Qanunun tətbiqi haqqındaAzərbaycan RespublikasıPrezidenti tərəfəindən sərəncamlarimzalanmışdır.Həmin fərmandan irəli gələn məsəllər isə uğurla icra edilir.Bu istiqamətdə Məhkəmə- HüquqŞurası, Ədliyyə Nazirliyi və Ali Məhkəmə tərəfindən müvafiq vəkonkret tədbirlər görülməkdədir.

Beləliklə, aydın olur ki, müasir dövrümüzdədövlət vəonun bir sahəsi olanədliyyəanlayışına hüquqi yanaşmanınəsas mahiyyəti ondan ibarətdir ki,dövlət vəonunədliyyəsi bir subyekt kimixalqın iradəsini ifadəedənhüquqişəxsdir, dövlət isəhüququnözüdür. Ədliyyə darəetməsi dövlətinhüquqi idarəçiliyidir.

Ədliyyənin inkişaf modelinin hazırlanması bir tərəfdənidarəçiliyin təkmilləşdirilməsini, digər tərəfdən isə yeni təsiretmə və tənzimləməmexanizmlərinə malik idarəetmə sisteminin formalaşdırılmasını tələb edir. Bumexnizmlərin fəaliyyəti isə ilk növbədə cəmiyyətin vahidliyini təmin etməyə,hüququn aliliyni, insan hüquqlarını, vətəndaş azadlıqlarını, iqtisadiliberalizmi və plüralizmi, demokratiyanı təmin edə biləcək siyasi doktrinanınmüəyyənləşməsindən asılıdır. Buna görə də qarşıda duran başlıca vəzifələrdənbiri kimi cəmiyyətlə hakimiyyət arasında vəhdəti təmin edə biləcək idarəetməsisteminin yaradılmasıdır.

Beləliklə, Azərbaycanda 1993-cü iliniyunundan başlayaraq müstəqillik dövründə dövlət quruculuğu prosesi davamlı vəsistemli olaraq aparılmaqdadır. Ulu Öndərin müəyyənləşdirdiyi kurs bütünistiqamətlərdə müasir, sivil və demokratik dövlətin inkişafı naminə həyatakeçirilir. Ulu Öndər Heydər Əliyev hüququn aliliyinə əsaslanan idarəetmə, ogümlədən ədliyyə idarəetmə üsulunun formalaşması üçün mükəmməl addımlar atmışdır.Konstitusiyanın qəbulu, idarəçilikdə islahatların aparılması bu sahədə mühümrol oynayır.

Bu mənada qətiyyətlə demək olarki, Ulu Öndər Heydər ƏliyevinAzərbaycancəmiyyəti üçün seçdiyi prezidentli respublka idarəetmə üsulusiyasi, iqtisadi, mədəni, huquqi, geosiyasi cəhətdən məqbulolmaqla, min illərlə dövlətçilik ənənələri məhv edilməyə çalışılmış birmllətin, qoruyb saxladığı, zaman – zaman istibdadlaratab gətirərək düşüncəsində, təfəkküründə yaşatdığı dövlətçilik ənənəsini özündəəxs edirən milli şüurun tələblərinə cavab verir. Onunyaratdığı bu idarəçilikməktəbi müstəqil dövlət quruculuğuprosesinin tam olaraq baş tutmasına imkan verib.

Qeyd etmək lazımdır ki, Ulu Öndər HeydərƏliyevin başçılığı ilə müasir mərhələdə formalaşan dövlətçilik,onun tərkib hissəsiolan ədliyyə idarəçiliyiənənəsiinsan amilini, onun rifahını əsasgötürməklə"bir tərəfdəngüclü dövlət hakimiyyətini, digər bir tərəfdən isə iqtisadi fəaliyyət sərbəstliyinidəstəkləyən” kursun yaradılmasını tələb edirdi. Bu isə Azərbaycanın dövlətçilikideologiyasının işlənib hazırlanmasının prioritet məsələ kimi qəbul edilməsidemək idi. Bu işin öhdəsindən Ulu Öndər məharətlə gəldi. Onun yaratdığıkonsepsiyada güclü dövlət quruculuğu ilə demokratik dəyərlər optimal şəkildəsintezləşdirilib. Təbii ki, burada «azərbaycançılıq» ideologiyasının ayrıcayeri vardır. Eyni zamanda, idarəetmə fəlsəfəsinin təkmilləşməsi faktoru da həminkontekstdə mühüm elementlərdən biri kimi qəbul edilməkdədir.Prezident İlham Əliyevin müstəqil dövlətidarəçilik sistemini,o cümlədənonun bir hissəsi olan ədliyyə idarəçilik sisteminidaim təkmilləşdirməsi, busferada sistemli islahatlar həyata keçirməsi və bütün bunları demokratik idarəçilikprinsipi çərçivəsində reallaşdırması başqa vacib məqamlarla yanaşı, həm dəvurğuladığımız kontekstdə strateji əhəmiyyət kəsb etməkdədir.

Azərbaycan Respublikasının müasir idarəetməfəlsəfəsi, onun bir sahəsi olan ədliyyə idarəçiliyinin fəlsəfəsi"azərbaycançılıq” ideyasınırəhbər tutaraq, dövləti sosial həyatı formalaşdıran ali struktur olaraqgötürür. Öz vətəndaşlarının sərbəst fəaliyyətini, təhlükəsizliyini, sosialrifahını təmin etməyə qadir ən böyük qüvvə unitar, dünyəvi, demokratik, hüquqidövlət hesab olunur. Məhz dövlət bütün sosial elementlərin özünütəşkilini vəinstitutlaşmasını təmin etmiş olur. Bu mənada, azərbaycançılıq ideyası əhalininsosial təbəqələri arasında əlaqələrin qurulmasına xidmət edən inteqrativxüsusiyyətlərə malikdir. İlham Əliyev də həmin kursa sadiq qalaraq, ona XXI əsrinçağırışlarına cavab verə biləcək forma və məzmun verir. Bu prosesin sosial-fəlsəfidərkində başlıca məqamlardan biri isəondanibarətdir ki, ölkə rəhbərliyi demokratik dövlət və vətəndaş cəmiyyətiquruculuğunu müntəzəm və ardıcıl qaydada sistemli olaraq aparmaqdadır. Bu daidarəetmədə şəffaflığı və demokratiyanı təmin etməklə yanaşı, milli dövlətçiliyiqoruyub saxlamağa da imkan yaradır.

Bu mənada zaman göstərir ki, İlham Əliyevinidarəçilik siyasəti möhkəm təməllər üzərində qurulmaqla UluÖndər Heydər Əliyev irsinin davamıdır.

Rəşid Hüseynov,

Şəki Ağır Cinayətlər Məhkəməsininhakimi