adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
16 Yanvar 2018 17:17
23779
MƏMLƏKƏT

Tarixi sərəncam

Bir sıra tarixi hadisələrin yubileyləriniözündə cəmləşdirən 2018-ci ilin ilk ayında həm siyasi həm iqtisadi cəhətdən dəsevindirici xəbərlər almaqdayıq. İqtisadi sahədə neftin qiymətinin artmasınıgöstərmək olar. Son üç ildə neftin qiyməti maksimum nəticə göstərməkdədir.Ekspertlərin fikrincə bu artım il ərzində davam edəcək. Bu isə təbii ki,Azərbaycanın valyuta ehtiyatlarının artması ilə nəticələnəcək. Valyutaehtiyatlarının artması demək, ölkə iqtisadiyyatının artması, yeni-yeni infrastrukturobyektlərinin tikilib-istifadəyə verilməsi deməkdir. Bütün bunlar isə ümumifonda AZƏRBAYCANIMIZIN inkişafında zəruri rol oynayır.

Siyasisahədə cənab Prezident İlham Əliyevin 2017-ci ilin yekunlarına dair NazirlərNabinetinin iclasında səsləndirdiyi fikirlər, bu ildə Azərbaycanda həyatakeçiriləcək layihələr və gözlənilən nəticələri qeyd etmək olar. Ən pik nöqtəkimi isə əlbətdə 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi yönündəimzalanan sərəncam dayanır. Dövlət başçısının belə bir sərancam imzalaması ölkəictimayyəti tərəfindən böyük sevinclə qarşılanıb. Sosial şəbəkələrdə, KİV-lərdəelectron xəbər portallarında məsələyə münasibət bildirən ictimai-siyasixadimlər sərəncamı tarixi sənəd kimi qiymətləndirirlər. Hörmətli Prezidentimiztərəfindən imzalanmış bu sərəncam tarixi əhəmiyyət kəsb edir.

Belə bir sərəncamınimzalanması bir gənc kimi məni də sevindirdi. Şərqdə ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətininyaranması, cərəyan edən siyasi hadisələrin və xalqımızın milli oyanışının məntiqiyekunu idi. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin hərbir səhifəsi bütün azərbaycanlılar üçün olduqca qiymətlidir. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublikadövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarınınyaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətkəsb edirdi. Azərbaycan dövlətçiliyitarixinə nəzər salsaq, 1918-ci ildə Cənubi Qafqazda hökm sürən çətin və mürəkkəbşəraitdə qurulan Xalq Cümhuriyyəti böyük tarixi nailiyyətdir. XXəsrin əvvəlində xalqımız milli azadlıq, dövlət müstəqilliyi yolunda ilk dəfəböyük bir addım atıldısa, XX əsrin sonunda milli azadlığa və dövlət müstəqilliyinətam nail olundu. Ulu Öndər Heydər Əliyev 1991-ci ildə ictimai-siyasi prosesləringedişi ilə Sovet İttifaqı dağılması nəticəsində, Azərbaycan xalqı əsrlərdən-əsrlərəkeçib gələn arzusuna çatdı. Milli azadlıqı, dövlət müstəqilliyi əldə edə bildi.

Ümummilli lider Heydər Əliyev çıxışlarındabu məsələyə toxunub: "XX əsrin əvvəlindən sonunadək xalqımızın qəlbində yaşayanhissiyyatların, xalqımızın içində gedən proseslərin məntiqi nəticəsidir. Dövlətmüstəqilliyi bizim əziz nemətimizdir. Bu gün biz 28 May gününü qeyd edərkən Azərbaycanınmüstəqillik, istiqlaliyyət bayramını qeyd edirik. Xalqımız bu müstəqilliyi qəbuledib, bundan sonra başqa bir quruluş, dövlət qəbul edə bilməz. Nəhayət, biz öztaleyimizin, ərazimizin, torpaqlarımızın sahibiyik, özümüz özümüzə hakimik. Bugün, Azərbaycanın milli bayramı günü mən bəyan edirəm ki, Azərbaycanın dövlətmüstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət mustəqilliyiniqoruyub saxlamaqdan, əbədi etməkdən ibarətdir. Bir prezident kimi bu gün bəyanedirəm ki, bu vəzifəyə, bu məqsədlərə mən daim sadiq olacağam”. Ümummilli lider Heydər Əliyevin sənətəsəri olan Müstəqil Azərbaycan bu il 100yaşını qeyd edən Xalq Cümhuriyyətinin tarixi varisidir. Cənab Prezident İlham Əliyev imzaladığı sərəncamvə fərmanlarla, beynəlxalq tribunalarda səsləndirdiyi cəsarətli fikirləri ilə,eyni zamanda Azərbaycanı dünya miqyasında tanıdılması yönündə atdığı addımlarlahər bir azərbaycanlının qəlbində taxt qurub. Biz də bir gənckimi bu yolun daha işıqlı olması, bu siyasətin daim yaşaması üçün öz əlimizdəngələni əsirgəməyəcəyik. Yaşa cənab Prezidentimiz.


AYGÜLAĞAYEVA

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı,
YAP Səbailrayon ərazi ilk partiya təşkilatının Gənclər Birliyinin sədri