05 Noyabr 2024 07:37
2079
LAYİHƏ

Tarixi bir dönəm

8 Noyabr - Zəfər Günü Azərbaycanın tarixində qızıl hərflərlə yazılıb

Müstəqillikdən bəri ölkənin təhlükəsizliyini və suverenliyini təmin etmək üçün ordu quruculuğunda məqsədyönlü və prinsipial siyasət həyata keçirilib. Ordunun silahlanması, texniki avadanlıqların modernləşdirilməsi və müasir döyüş taktikalarının tətbiqi ilə bağlı ciddi addımlar atılıb. Azərbaycanın ordusu, beynəlxalq standartlara uyğunlaşdırılmaqla yanaşı, ən son texnologiyaları tətbiq edib. Orduda ixtisaslı və peşəkar kadrların hazırlanması prioritetdir. Bu məqsədlə müxtəlif təlimlər, kurslar və beynəlxalq əməkdaşlıq proqramları həyata keçirilib. Hərbi infrastrukturun inkişafı, o cümlədən bazaların modernləşdirilməsi, logistika sistemlərinin gücləndirilməsi və müvafiq təchizatların təmin edilməsi istiqamətində işlər aparılıb. Azərbaycan, NATO, GUAM və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirərək, beynəlxalq təhlükəsizlik sisteminə inteqrasiya edir. İlham Əliyev, Azərbaycanın beynəlxalq təhlükəsizlik təşkilatları ilə, xüsusilə NATO ilə əməkdaşlığını genişləndirib.

Bu, ordunun müasir standartlara uyğunlaşmasına və beynəlxalq təcrübədən faydalanmasına şərait yaradır. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradırdı. Ordunun gücləndirilməsi və vətənpərvərlik ruhunun yüksəldilməsi üçün cəmiyyətdə müvafiq maarifləndirmə tədbirləri həyata keçirilir. Vətənpərvərlik ruhunun yüksəldilməsi üçün cəmiyyətdə geniş maarifləndirmə kampaniyaları aparılır. Ordunun əhəmiyyəti və vətənə xidmət anlayışı gənc nəsil arasında təşviq olunur.

Azərbaycanın strateji maraqlarını qorumaq məqsədilə effektiv təhlükəsizlik strategiyaları hazırlanır və icra olunur. Prezident, kadrların hazırlanması üçün müxtəlif proqramlar həyata keçirir və hərbi akademiyaların inkişafına xüsusi diqqət yetirir. Prezident, ordunun döyüş hazırlığını artırmaq üçün müntəzəm təlimlər və manevrlər keçirir. Bu, ordunun praktik döyüş təcrübəsini artırır. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan Ordusu maddi-texniki təchizat, döyüş hazırlığı və döyüş ruhu baxımından tam üstünlüyə malikdir. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.

Məhz bütün bunlar 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu müasir silahlar, texnologiya və hərbi taktika ilə uğurlarını artırdı. Müharibə zamanı, Azərbaycan ordusu hava və yer hədəflərinə dəqiq zərbələr endirərək, düşmənin müdafiə sistemlərini təsirsiz hala gətirdi. Eyni zamanda, genişmiqyaslı piyada hücumları ilə strateji yüksəkliklər, şəhərlər və kəndlər azad edildi. Prezident İlham Əliyev bu haqda deyib: “Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq. Mən işğal dövründə deyirdim, bir neçə dəfə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq. Düşmənə elə sarsıdıcı zərbə endirdik ki, bu günə qədər özünə gələ bilmir”. 

Ordunun təşkilatlanması, yüksək motivasiya və müasir müharibə taktikaları da müvəffəqiyyətin əsas faktorları arasında idi. Həmçinin, informasiya müharibəsi və psixoloji əməliyyatlar da düşmənin əhval-ruhiyyəsinə təsir etdi.

Bu müharibənin nəticələri Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yanaşı, regionda yeni geosiyasi reallıqların yaranmasına səbəb oldu.
44 günlük Vətən müharibəsində Azərbaycan ordusu, göstərdiyi şücaət və fədakarlıqla tarixi bir dönəm yaşatdı. Ordunun müasir silahlarla, taktiki hazırlıqla və yüksək əhval-ruhiyyə ilə mübarizə aparması, onu uğurla irəliləməyə imkan verdi. Müharibənin ilk günlərindən etibarən Azərbaycan ordusu, düşmənin müdafiə xətləri üzərində sürətli hücumlar təşkil etdi. Bir sıra strateji yüksəkliklər və şəhərlər, o cümlədən Şuşa, Hadrut və Füzuli, uğurla azad edildi. Bu uğurlar, ordunun döyüş qabiliyyətinin, planlaşdırmasının və koordinasiyasının göstəricisi oldu. Eyni zamanda, döyüşçülərin fədakarlığı, onların cəsarəti və vətənpərvərlik ruhu, müharibənin gedişatında əhəmiyyətli rol oynadı. Hərbiçilərin döyüş meydanında göstərdiyi igidlik, həm də xalqın birliyini, milli ruhunu daha da gücləndirdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Bu prinsipial yanaşmalar, Azərbaycanın müstəqil və güclü orduya malik olmasını təmin edir, eyni zamanda regiondakı təhlükəsizlik vəziyyətinin müsbət istiqamətdə inkişafına töhfə verir. Bu siyasət, Azərbaycan ordusunun güclənməsinə, regionda təhlükəsizliyin təmin olunmasına və müstəqilliyin qorunmasına yönəlib. Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən bu yanaşmalar, Azərbaycanın müasir, güclü bir orduya sahib olmasına gətirib çıxarıb.

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatına əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların 10 noyabrda tam dayandırılması elan olunub. Müharibə xronikasında 8 noyabrda Şuşa işğaldan azad olunub. 8 Noyabr - Zəfər Günü Azərbaycanın tarixində qızıl hərflərlə yazılıb. Bu, Azərbaycan xalqına, ümumiyyətlə, dünya azərbaycanlılarına ən qürurlu gündür və bu müharibə bir daha Azərbaycan ordusunun gücünü göstərdi. Ali Baş Komandanın apardığı düşünülmüş siyasət, ordunun inkişafı istiqamətində atılan addımların öz müsbət nəticəsini biz Zəfər Günündə gördük. Zəfər Günü Azərbaycan xalqı üçün unudulmaz gündür. Bugünkü və gələcək nəsillər hər zaman bu haqda danışanda böyük qürur hissi keçirəcək və torpaqlarımızın azadlığı yolda şəhid olan vətən övladlarını yad edəcəklər.

Kamal  Paşa-zadə 
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin 
violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi