adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Iyul 2022 12:17
731
ELM VƏ TƏHSİL

Tarix dərsində

Zəng vurulmuşdu. Sinifdə sakitcə oturub, müəllimimizin içəri girməsini gözləyirdik. Birdən qapı açıldı, gülərüzlü, qayğıkeş, şagirdlərin dostu eyni zamanda tələbkar olan ədəbiyyat müəllimimiz Heydər müəllim və onunla birlikdə hündürboylu, qamətli bir nəfər də içəri girdi.

 

Heydər müəllim həmişəki kimi“salam olsunAzərbaycan gəncliyinə” dedikdən sonra onunla birlikdə içəri daxil olan şəxs də bizimlə salamlaşdı. Heydər müəllim bizə “oturun uşaqlar”- dedi.  Biz öz yerlərimizdə əyləşdikdən sonra Heydər müəllim “sinif nümayəndəsi ayağa dursun, – dedi. Hamı gəlib?” Mən ayağa qalxıb, “bəli, Heydər müəllim, hamı dərsdədir”,- deyib əyləşdim. O ayağa durub, “ qulaq asın, uşaqlar”,- deyib sözə başladı. Bilirsiniz ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin fərmanı ilə bu il “Şuşa ili” elan edilib. Şuşa tariximizin incisi, mədəniyyətimizin beşiyi, saz-söz ocağıdır. Əsrarəngiz təbiəti, saf, təmiz havası, əzəmətli, uca dağları ilə qədim şəhərimiz hamını valeh edir. Şuşanı Azərbaycanın, Qarabağın mənəvi paytaxtı da adlandırırlar.

 

Mənbələrdə qeyd edilir ki, Şuşa şəhərinin əsası 18-ci əsrin ortalarında Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. Lakin Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində qeyd etmişdir ki, bu qalanın əsası hələ 1428- ci ildə türksoylu qəbilələr tərəfindən qoyulmuşdur. Pənahəli xan isə sadəcə mövcud olan qalanı bərpa etmişdir. Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir. Şuşa Azərbaycan mədəniyyətinə, incəsənətinə böyük töhfələr vermişdir. Şuşanı Azərbaycan musiqisinin məbədi və beşiyi, Qafqazın konservatoriyası da adlandırırlar. Havasının təmizliyinə, saflığına və müalicəvi xüsusiyyətlərinə görə Şuşa təkcə Azərbaycanda deyil, onun hüdüdlarından uzaqlarda da məşhur olmuşdur. Azərbaycanın bu dilbər guşəsi artıq erməni tapdağı altında qala bilməzdi. Ölkə rəhbərimizin  qətiyyətli addımları, ordumuzun şücaəti və xalqımızın birliyi nəticəsində biz bu dilbər guşəmizi mənfur düşmənlərdən azad etdik. Bugünkü dərsimiz də vətən uğrunda döyüşənlər, vuruşanlar, əziyyət çəkənlər haqqqında olacaq. Öyrənək görək “vətəni qorumaq lazımdır” məfhumu nə deməkdir, bunun mahiyyəti nədən ibarətdir. Xalqımızın ən qədim mədəniyyət, elm abidələrindən biri olan “Kitabi Dədə Qorqud” əsərində el ağsaqqalı olan Dədə Qorqud belə bir kəlam işlədir. “ Torpağı əkib becərmirsənsə, onu qorumağa dəyməz, yox əgər onu qoruya bilmirsənsə, onu əkib becərməyə dəyməz”.

 

Bəli, bu belədir. Torpağın daşı da, qayası da, torpağın münbit qatı da onun üzərində yetişən min cür naz-neməti də bizim olmalıdır. Biz yol verməməliyik ki, hər hansısa bir yadelli bu cür gülüstana ayaq bassın. Bizim qəlbimizdə vətən eşqi, vətən sevgisi o qədər güclü olmalıdır ki, düşmənlərimiz bunu bizim gözlərimizdən oxuya bilsin və hər dəfə gözlərimizə baxdıqca görsün ki, orada yazılıb: yaxın gəlmə! Xain düşmən, səni məhv etməyə mənim qəlbimin aynası olan gözlərimizdən saçan qığılcım şüaları kifayətdir! Bəs bunun üçün biz nə etməliyik, bu keyfiyyətlərə necə nail olmalıyıq? Əlbəttə, vətəni qorumaq üçün birinci növbədə onu sevmək lazımdır. Vətəni sevmək! Vətəni qorumaq üçün analoqu olmayan bir silahdır. Bu silah bizim dilimizdə yox, qəlbimizdə olmalıdır. Görkəmli şairimiz Bəxtiyar
Vahabzadənin vətən haqqında şeirindən bir bənd desək lap yerinə düşər.



Vətəni sevirəm deyən çox olar,
Deməyə nə var ki, dil yorulmasa.
Vətən də bizimtək ölər, yox olar
Vətənin yolunda ölən olmasa.

 

Şeiri deyərkən Heydər müəllimin səsində bir qırıqlıq var idi. O kövrəlmişdi, üzünü yana çevirib, pəncərəyə tərəf gedib cibindən dəsmalını çıxarıb, gözlərinə yaxınlaşdırdı. Hamıya məlum idi ki, Heydər müəllim ağlayırdı və bu hadisə bizi məyus etmişdi, çünki bizdə müəllim haqqında belə bir fikir formalaşmışdı ki, müəllim əyilməzdir, müəllim məğlubedilməzdir, müəllim hər bir sirri açandır, lakin bu nəzəriyyə bir anın içində beynimizdə həkk olunmuş müəllim fenomenini iflasa uğratmışdı. Lakin Heydər müəllimin kövrəlməsi başadüşülən idi. Çünki, o, müharibənin acı tərəflərini görmüşdü. Belə ki, əvəzedilməz qəhrəmanlardan olan atası və qardaşı I Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuşdular. Polkovnik Abdulla Qurbani “Vətən sənin əsgərinəm” adlı kitabında onlar barəsində geniş şəkildə qeyd edir: Belə ki, 1988-1992-ci illərdə erməni yaraqlıları Azərbaycan torpaqlarına hücum etməyə başlayanda ilk silaha sarılanlardan biri də Heydər müəllimin atası olub. Onun təşəbbüsü ilə özünümüdafiə dəstəsi yaradılıb və komandir seçilib. Həmin özünümüdafiə dəstəsi 1990-1992-ci illərdə onlarla mühüm əhəmiyyətli döyüş əməliyyatlarını uğurla yerinə yetirib. O, həmişə deyərdi: “düşmən bu torpağa ancaq mənim və oğlumun meyidi üzərindən keçib gedə bilər”. Belə də olur, onlar son nəfəslərinə qədər qəhrəmancasına döyüşüb şəhid olurlar. Atasının və qardaşının şərəfli ömür yolunu layiqincə davam etdirən Heydər müəllim dönüb bizə tərəf gəldi. Sanki bizim bu anlaşılmazlıqlar məngənəsində qaldığımızı gözlərimizdən çox asanlıqla oxuyurdu. Qulaq asın, uşaqlar! Bu sözlər hamımızı yuxudan ayıldan kimi oldu. Gözlərimizin önündə yenə əvvəlki, məğlubedilməz Heydər müəllimin dayandığını gördük. Heydər müəllim yenidən sözə başladı. Bu gün Qarabağda əzmlə, qəhrəmanlıqla döyüşən N saylı hərbi hissənin kəskin nişan uzmanı, qazi Novruzov Elşən Nazil oğlu öz xatirələrini bizimlə bölüşəcək. Elşən Novruzov “şücaətə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Hamımız heyrətlə Elşən Novruzovu izləyir, belə bir qəhrəmanın bizə bu qədər yaxın olmağının qürurunu yaşayırdıq. Elşən Novruzov dərindən nəfəs alaraq öz xatirələrini danışmağa başladı. Əziz uşaqlar, vətən bizim hər birimizin anamız və göz 4 / 5 bəbəyimizdir. Vətənə olan məhəbbət, sevgi elə uşaq yaşlarından formalaşmalı, vətəni qorumaq hər birimizdə ən ali məqsəd olmalıdır- deyib sözə başladı. Qısa bir müddət təlim keçdikdən sonra ön cəbhəyə yollandıq. Düşmən hər tərəfi almışdı, üstəlik yemək və paltar çatışmırdı. Buna baxmayaraq, biz ruhdan düşməməmişdik. Nə aclıq, nə də soyuq bizi qorxutmurdu.Hamımız qələbə əhval- ruhiyyəsində idik. Çünki qəlbimizdəki vətən sevgisi çox güclü idi. Hər iki tərəf sakit dayanmışdı, heç kim güllə atmırdı.

 

Komandirimiz bizi yanına çağırıb dedi ki, düşmən çox güclüdür, bunun üçün də onların haqqında bizə məlumat lazımdır. Əsas qüvvələrinin nədən ibarət olduğunu və hansı istiqamətdə yerləşdiyini bilmək lazımdır. Lakin bu çox çətin işdir, hər şey ola bilər. Əsgərlərdən birinci olaraq Vəlizadə Anar ayağa durub, irəli çıxdı. “Mən gedərəm, -dedi. Anar çox igid və mərd oğlan idi, onunla cəbhədə tanış olmuşduq və bu münasibət dostluğa çevrilmişdi. Bütün əməliyyatlara birgə gedərdik. Bu dəfə də belə oldu. Mən, Anar və iki nəfər əsgər. Hər tərəf qarla örtüldüyündən bizim paltarımız da ağ idi, bu, qismən də olsa bizə kömək edirdi. Biz düşmənlərdən arxa tərəfə keçmişdik, lakin onların yerləşdiyi yer hər tərəfdən işıqlandırılmışdı. Bunun üçün də biz onlara çox yaxınlaşa bilmirdik. Elə bu vaxt arxa tərəfdən bir maşının gəldiyini gördük. Anar kürkünün altından düşmənlərin qoyduqları papağı çıxardıb başına qoydu və dedi ki, “maşın dərədən düzə çıxmamış məsələni həll etməliyik. Mən onların başını qatacağam, siz də arxadan maşına yaxınlaşarsınız”. O özünü yumalayıb yola saldı. O, yerə yıxıla-yıxıla maşına yaxınlaşırdı, özünü yaralı kimi göstərirdi. Onlar Anarı özlərininki hesab edib və yaralı olduğunu görüb tez maşından düşüb Anara tərəf getdilər. Anar bir dəfə də yıxılıb qəsdən yolun alt tərəfindəki çökəkliyə yumalandı. İki nəfər düşmən əsgəri ona kömək etmək üçün Anarın yumalandığı çökəkliyə endilər. Biz bu fürsətdən istifadə edib maşına yaxınlaşdıq. Maşında bir sürücü və arxa tərəfdə bir zabit oturmuşdu. Mən cəld hərəkətlə silahımı sürücünün boynuna toxundurub onların dilində “tərpənmə”, -dedim. Elə bu anda da yoldaşlarım arxa tərəfdə oturan düşməni tərki-silah etdilər. Mən sürücünü düşürərkən mənə müqavimət göstərdi. Biz əlbəyaxa olduq. Onunla bir az güləşdikdən sonra uzunboğaz çəkməsinin altından döyüş bıçağını çıxarıb mənə tərfə endirdi. Bu zaman Anar onun əlini arxadan tutub burdu və bıçağı onun əli ilə öz sinəsinə sancdı. Anarın iki düşmənlə necə bacarması məni təəccübləndirmədi, çünki o, iki nəfərlə döyüşməyi çox asan bacarırdı. Anar əlimdən tutub məni qaldırdı. “Tələsmək lazımdır”,- deyib maşını itələyib yolun alt tərəfindəki çökəkliyə yumalandı. Biz yoldan yenicə aralanmışdıq ki, arxadan düşmən maşınları görünməyə başladı. Onlar bizi görmüşdülər. Düşmən əsgərləri bizə tərəf gəlirdilər və bizə çox yaxınlaşmışdılar. O bizə 5 / 5 “siz gedin, mən onları dayandıraram”,-dedi. Mən onunla razılaşmadım və ona “səni tək buraxa bilmərəm, səninlə qalacağam”,- dedim. “Əmrə tabe olmalısan. Komandanlığın tapşırığını yerinə yetirməlisən. Yüzlərlə, hətta minlərlə insanın taleyi bu tapşırıqdan aslıdır. Sən hələ gəncsən, nişanlısan, sənin gələcəklə bağlı arzuların var və gülümsəyərək həmişə mənim söylədiyim şeiri söylədi.

 

Özün bir aləmsən eşqin bir aləm.

Sən olan könüldə nə kədər, nə qəm?

Sənsiz bu dünyanın ən bədbəxtiyəm.

Səninlə dünyada bəxtiyaram mən.

 

Sonra isə “Tələsin!”,-deyib düşmənə tərəf getdi. Əsir aldığımız düşmən zabitindən onların bütün sirlərini öyrəndik və Şuşanı düşmənlərdən azad etdik. Döyüş başa çatdıqdan sonra Anarın “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilməsi haqqında qərarı komandir oxudu. Onun xatirəsini əziz tutaraq yaylım atəşi açıldı. Elə bu vaxt zəng çalındı, Heydər müəllim Elşən Novruzova öz dərin minnətdarlığını bildirib onunla birlikdə ağır addımlarla sinifdən çıxdı. Lakin biz hələ də qəhrəman qazimizin danışdığı hadisənin sirli və anlaşılmaz ağuşundan qurtula bilməmişdik. Sinifdə hər kəs lal,dinməz bir-birinin gözlərinə baxırdı. Sanki heç kim bu ecazkar və yuxu kimi görünən mənəvi aləmin bitməsini istəmirdi.

 

Ağdam rayon 95 saylı köçkün tam orta məktəbin direktoru Kərim Novruzov