adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Yanvar 2019 19:14
37500
MƏDƏNİYYƏT

Tarık Akanın heç yerdə bilinməyən söhbəti

Türk Yeşilçam tarixində iz qoyan filmlərdən biri də"Canım Kardeşim” filmidir. 1973-cü ildə çəkilən filmin rejissoru Ertem Eğilmez,baş rollarında isə Tarık Akan, Halit Akçatepe, Adile Naşit, Metin Akpınar kimi məşhuraktyorlar yer almışdı. Hətta filmdə epizodik rolda olan Kemal Sunalınkariyerasında ilk filmlərindən biridir. Ertem Eğilmezi və bu heyyəti "HababamSinifi” başda olmaqla əyləncəli, komediya filmlərindən xatırlayırıq.

Bəs nə baş verdi ki, rejissor Ertem Eğilmez türk kinotarixinin ən dramatik filmlərindən birini çəkməyə qərar verir?

1972-ci ildəErtem Eğilmez, Filiz Akın, Tarık Akanın baş rollarını paylaşdığı "Tatlı dilim”adlı filmi çəkməkdədir.



Çəkiliş fasiləsində Tarık Akan, Ertemə "Qardaş, həmişə çox yaxşı rejissorolduğunu deyirsən, amma heç bir mükafat qazana bilməmisən” deyir.

ErtemEğilmezin cavabı: "İstəsəm bundan sonrakı filmimdə mükafat qazanaram. Amma məno tərz filmlər çəkmək istəmirəm.”


Nə var ki, Ertem Eğilmez, Tarık Akanın bu sözlərindən incimişdi. "Tatlı Dilim”filminin çəkilişlərindən sonra Tarık Akanı ofisinə çağırır və ona deyir:


"Bir filmçəkəcəm. Elə bir film olacaq ki, bir neçə mükafat qazanacaq. Sən də baş roldaolacaqsan. Bundan sonra o tərzdə film çəkməyəcəm. Sırf sənə mükafat alabiləcəyimi göstərmək üçün o filmi çəkəcəm.”


Qısa birmüddət sonra da Tarık Akan, Halit Akçatepe və Kahraman Kralın baş rollarınıpaylaşdığı "Canım Kardeşim”in çəkilişləri başlanır.


Bir neçə məşhur komediya filmlərinin ssenarisini də yazmış olan Sadık Şendilinqələmə aldığı dramatik ssenarinin heç bir yerini dəyişmədən olduğu kimi çəkir.

Filminmövzusu: Muradın xərçəng xəstəsi olan qardaşının ən çox istədi şey evlərindətelevizorun olmasıdır.

Yoxsulluğundibini yaşayan Murad və yaxın dostu Halit, uşağın bu arzusunu yerinə yetirmək üçünmübarizə aparırlar.

Bu film eynənErtem Eğilmezin dediyi kimi "Altın Koza Film Festivalı”nda "Ən Yaxşı RejissorMükafatı” qazanmışdır.

Və yenə söylədiyi kimi bufilmdən sonra bir daha dram filmi çəkmir.