adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Dekabr 2016 15:32
85640
MÜSAHİBƏ

“Tarif Şurasının daglıq rayonlara fərqli yanaşması olsaydı daha yaxşı olardı” - MÜSAHİBƏ

Millət vəkili Azər Badamovun ADALET.AZ-a müsahibə verib.Millət vəkili müsahibəsində Tarif Şurasının son qərarını, Türkiyədə baş verənterror hadisələrini və 2016-cı ilin ictimai siyasi hadisələrini dəyərləndirib.

-Azər müəllim, 2016-cı il başa çatmaq üzrədir. Bu ilin siyasi göstəriciləriniAzərbaycanın xeyrinə yazmaq olarmı?

- 2016-cı Azərbaycan üçün siyasi göstəricilərinə görə çox uğurlu olmuşdur.İl ərzində ölkəmizin beynəlxalq arenadakı dostlarının sayı artmış, mövqelərimizdaha da möhkəmlənmişdir. Azərbaycan artıq dünya üçün etibarlı tərəfdaşa çevrilmiş,beynəlxalq əhəmiyyətli tədbirlər üçün ev sahibliyi edə biləcək siyasi sabitlik təminolunmuş məkana çevrilmişdir. İl ərzində Bakıda BMT-nin Sivilizasiyalararası DialoqForumu, 5-ci Bakı Humanitar Forumu və s. dünya əhəmiyyətli tədbirlər keçirilmiş,tədbirlərdə iştirak edən yüzlərlə siyasətçilər ölkəmizin tolerant və multikulturalsiyasətinin əyani şahidi olmuşlar. 2016-cı ildə ölkəmizin başçısı və siyasətçilərimizdünya ölkələrinə çoxlu səfərlər etmiş, bir çox dövlətlərin prezdentləri, dövlətrəsmləri Azərbaycanda olmuşdur. Bunu Azərbaycanın beynəlxalq miqyasda artan siyasinüfuzun göstəricisi hesab etmək olar. 2015-ci ildə ölkəmizin ərazi bütövlüyü haqqındaədalətsiz mövqe nümayiş etdirdiyinə görə Avropa İttifaqı Azərbaycan ParlamentlərarasıƏməkdaşlıq Komitəsi və Avronest Parlament Assambleyasında fəaliyyətimizi birtərəfli dayandırmışdıq.2016-cı ildə Azərbaycanın çatışmamazlığını hiss edən Avropa İttifaqı Parlamentinmövqeyini ölkəmizin xeyrinə dəyişmiş, nümayəndə heyətini danışıqlar üçün Azərbaycanagöndərmiş və Qarabağla bağlı ədalətli bəyanat səsləndirəndən sonra fəaliyyətimiziqeyd etdiyim təşkilatlarda bərpa etdik. 2016-cı il aprelin əvvəlində münaqişə zonasındabaş vermiş erməni təxribatına ordumuz layiqincə cavab verərək 2000 ha torpağımızıerməni işğalından azad edərək strateji və hərbi üstünlüyümüzü sübut etdik. Bu daAzərbaycanın regionda güc sahibi oluğunu sübut etdi və ölkəmizə beynəlxalq arenadasiyasi dividentlər gətirdi. Amma çox təəssüflər olsun ki, 2016-cı ildə ərazilərimiztam şəkildə işğaldan azad olunmadı və bu istiqamətdə aparılan danışıqlar heç birnəticə verməmişdir.

-Ölkəmizdə 2016-cı il "Multikulturalizm ili”dir. Bununla bağlı həyata keçirilən tədbirləri necə dəyərləndirirsiniz?

-2016-cı il dövlət başçımıztərəfindən "Multikulturalizm ili” elan olunmuşdu. Bu, bir daha Azərbaycanın yüksəkmultikultural və tolerant ənənələrə sahib olduğunu göstərdi. İl ərzində yuxarıdaqeyd etdiyim bir sıra beynəlxalq forumlar keçirildi. Forumlara qatılan yüzlərləsiyasətçi, Nobel mükafatının laureatçıları məhz Azərbaycanda dünya miqyasında başverən irqçilik, millətçilik, dini ayrılıq və ksenofobiya hallarını müzakirə etdivə birgə bəyanatlar qəbul edərək Azərbaycan multikultural siyasətinin dünyada təbliğolunmağının vacibliyindən danışdılar. 2016-cı ildə Azərbaycan dünyada multikulturalənənələrinə sadiqliyini bir daha nümayiş etdirərək Heydər Əliyev Fondu tərəfindənayrı-ayrı din mənsublarına aid bir neçə inanc yerlərinin yenidən qurulmasını vəəsaslı təmirini həyata keçirdi. Çalışdıq ki, il ərzində dünya multikultural mühütününinkişafına öz töhfələrimizi verək. Ölkə daxilində də multikulturalizm ili çərçivəsindəbir sıra tədbirlər həyata keçirilmişdir. İl ərzində ölkəmizdə yaşayan fərqli mədəniyyətləriniştirakı ilə silsilə tədbirlər həyata keçirilmiş, ölkəmizdə yaşayan bütün xalqlaraöz folkor nümunələrini, adət-ənənə və mədəniyyətlərinin təbliği və nümayişi üçündövlət tərəfindən hərtərəfli şərait yaradılmışdır. Mədəniyyət və Turizm Nazirliyitərəfindən seçildiyim Qusar rayonu Azərbaycanın Folklor paytaxtı elan olunmuş, bölgələrdənpaytaxta devizi altında bütün regionlara öz mədəniyyət nümunələrini paytaxtda nümayişetdirməyinə imkan yaratmış, Dağıstanın Azərbaycanda mədəniyyət günləri festivalıkeçirilmişdir. Bütün bunlar bir daha onu göstərir ki, ölkəmiz multikultural və tolerantlıqənənələrinə sadiqdir və ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrinə yüksəksəviyyədə birgə yaşamasına şərait yaradılmaqla öz adət-ənənələrinin inkişaf etdirilməsinədövlət tərəfindən dəstək və qayğı göstərilir.

-Qardaş Türkiyədə terror hadisələri baş verir. Azərbaycan bu məsələdə Türkiyəyənə dərəcədə dəstək ola bilər?

-Türkiyədə terror hadisələrinin baş verməsindən təəssüflənirəm və qeyd etməkistəyirəm ki, terrora qarşı mübarizədə bütün dünya ictimaiyyəti birləşməlidir. Düşünürəmki, Avropa ölkəsində və müsəlman ölkəsində baş verən terrorlara ayrı-ayrı yanaşmalarolmamalıdır. Terrora heç vaxt haqq qazandırmaq olmaz. Terroristlər dinc əhaliniməhv etməklə məqsədlərinə çatacaqlarını düşünürlərsə çox böyük səhv etmiş olurlar.Türkiyədə ardıcıl terrorların baş verməsi isə türk xalqının vətənə sevgisini vəmübarizliyini daha da artırır. Əgər kimsə düşünürsə ki, terrorlar vasitəsilə Türkiyənizəiflədəcək çox böyük səhv etmiş olur. Çünki Türkiyə güclü dövlətdir, terrora qarşımübarizəni də daha da artıracaq və belə ünsürləri məhv edəcəkdir. Azərbaycan Türkiyəyəqardaş ölkədir. Ulu Öndərin sözləri ilə desək: "İki dövlət, bir millət". Azərbaycanhər zaman Türkiyənin yanındadır və lazımi hər bir dəstək verməyə hazırdır.

-ABŞ-ın yeni seçilən prezidentinın Qafqaz və Azərbaycanla bağlı bir sıraplanları açıqlanıb. Bu yöndə nə deyə bilərsiniz?

-Düşünürəm ki, ABŞ-ın yeni seçilmiş prezdenti Donald Trampın prezdentlikkürsüsünə əyləşəndən sonra Amerikanın beynəlxalq siyasətində müəyyən dəyişikliklərolacaqdır. Belə dəyişikliklərin olmasıAzərbaycan üçün də vacibdir. Çünki Azərbaycanın torpaqları erməni işğalı altındadırvə Amerika da ATƏT-in Minsik Qrupunun həmsədrlərindəndir. Çox təəssüf ki, ATƏT-inMinsk Qrupu bu uzun illər ərzində münaqişənin sülh yolu ilə həll olunması istiqamətindəədalətli, müsbət bir irəliləyiş əldə edə bilməmişdir. Bu da həmsədr ölkələrin qətiyyətlifikrin ortaya qoyulmamağından irəli gəlir. ABŞ-ın yeni prezidenti isə seçildiyiilk gündən sülhün və ədalətin tərəfdarı olduğunu bəyan etmişdir. Əgər Donald Trampprezident kürsüsünə əyləşəndən sonra da öz mövqeyində qalarsa və ədalətli mövqeniortaya qoyarsa torpaqlarımızın işğaldan azad olunmasında yeni bir mərhələ olar vəhaqq-ədalət bərpa olunaraq bütün Qafqazda sülh və əmin-amanlıq yaranar.

-Tarif Şurasının qərarıilə qazın və elektrik enerjisinin qiyməti qalxdı. Bu artım sizin seçicilərinizənecə təsir göstərib?

-Noyabrın 28-də Tarif Şurasıölkədə qazın və işığın qiymətlərinin qaldırılması ilə əlaqədar qərar qəbul etdi.Bu qərar ölkənin iqtisadi reallıqlarından irəli gəlmişdir və hər bir vətəndaşımızbunun mövcud reallıq kimi qəbul etməlidir. Qərarın seçicilərimə təsirindən danışılandaqeyd etmək istəyirəm ki, təbii təsir etmişdir. Seçildiyim Qusar rayon Azərbaycanınşımalında yerləşən ucqar dağlıq ərazidə yerləşir. Respublikanın heç bir yerindəqar olmayanda Qusarda qar olur. Rayonun bu xüsusiyyətini nəzərə alaraq cənab prezidentməhz Qusarda Şahdağ Qış-Yay Turizm kompleksinin tikintisinə sərəncam vermişdi. Qusardailin 7 ayında evlərini qızdırmaq üçün təbii qazdan istifadə etməyinə ehtiyac var.Rayonda əsasən insanlar heyət evlərində yaşadığını da nəzərə alsaq evlərin isitməsiüçün kifayət qədər çox qaz işlədilməsinə ehtiyac yaranır. Ona görə də Tarif Şurasınınqərarında qeyd olunmuş il ərzində 1500 kub qaz yandırılması limiti dağlıq rayonlarıüçün çox azdır. Düşünürəm ki, Tarif Şurasının daglıq rayonlara fərqli yanaşmasıolsaydı daha yaxşı olardı.

-Üzümüzə gələn 2017-ci ildəDağlıq Qarabağ münaqişəsinin həllinə hər hansı ümid bəsləmək olarmı?

-Bu il dünya miqyasındaçoxlu hadisələr baş vermişdir. Aparıcı ölkələrin liderləri dəyişilmişdir. Düşünürəmki, gələn ildə onların dünyaya baxışları da dəyişiləcəkdir. Təbii ki, istəyirikki, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli həllini tapsın. Çünki həmişəlikregionda müharibə şəraitində yaşamaq qeyri-mümkündür. Belə müharibə şəraiti bütünregionda gərginlik yaradır və xalqlar əziyyət çəkir. 2017-ci ildə biz bu istiqamətdəsəylərimizi daha da genişləndirməliyik. Eyni zamanda ordumuzu da həmişə hazır vəziyyətdəsaxlamalıyıq. Hər şey bir neçə gün ərzində həll oluna bilər. Ona görə də 2017-ciildə torpaqlarımızın işğaldan azad olunacağına daha çox ümidliyəm.

Ədil Ədilzadə