adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
05 Mart 2020 11:10
51970
ƏDƏBİYYAT

Tanrı şairlərdən daha moderndi

"...Hər haldainsanın əsas yeməyi olan, bizi heç vaxt zara gətirməyən çörəyə müraciətetdiyimiz kimi , ədəbiyyatda da adi, anlaşılan əsərlərə müraciət etməlioluruq. Elə gözəllik də, sağlamlıq da,sadəlik də hamının sevdiyi şəffaflıqdadır. Yəqin bizim sevə-sevə oxuduğumuz əsərləriyazarkən Mopassan çox əmək sərf edib, yorulub. Əgər bu yorğunluq oxudaduyulmursa, əsərdən qəlbimizə gözəllik axırsa, ondan qüvvə alırıqsa , deməli, sərfedən əmək özünü doğruldub. Mopassanın əsərini oxuyub başa vuranda adam təmizhavada gəzintidən qayıdıbmış kimi , özünü şən və gümrah hiss edir.”

Bu sözlər EmilZolyanın Mopassan haqqında dedikləridir. Mopassan ən sevdiyim yazıçıdır. Bəlkədə bir yaxınlıq duymağımdandır, ya da hekayələrdəki doğmalıq, bəlkə də hekayələrdəkiobraz uyğunluğu, özünün dili və.s də səbəb ola bilər bu sevgiyə.

Eynilə onun ədəbiyyathaqqında yazılarını oxuyarkən, tənqidi məqalələrinə göz atarkən təmiz havada gəzintidənqayıdıbmış kimi hiss edirəm özümü. İksinə qarşı da eyni hissi duymaq, oxşardüşüncələrə qapılmaq... Səbəb nədir ruhumda dolaşan enerjiyə?

Bəlkə də onaolan düşüncələrimi Mopassan adıyla sığortalıyıram?! Bəli, mən onu sevirəm! Mütləqki, səbəb budur. Şeirlərdə müəllifin belə düşünmədiyi yeni poetik çalarlartapmasını, oxucuya istənilən şairi sevdirə bilməsi, bəyənmədiyin müəllifi sənəpoetik axtarışlarıyla qəbul etdirə bilmək bacarığını, müasir millilik yanaşmasınısevirəm.

Ədəbi tənqid? Ədəbitənqid öldü, onu tənqidçilər öldürdü. Ya ciblərindən siçanı qovmaq eşqinə görə,ya aşırı tərifə, ya kasıb istedadlını insafsızca vurub ondan istedadsız "bəyzadə”lərinitərifləməklərinə görə. Yox, yenə yanlış etdim, ədəbi tənqid var. Çağdaş şairlərinyeni, poetik axtarışlarla dolu şeirləri üstündədir. Barmaqla sayılacaq tənqidçilərarasındandır. Azərbaycan ədəbiyyatının yükünü gələcəkdə onun çiyinlərinə yükləməkolar. Xanım olsa da. Eybi yox, bu kərə centelmenliyi o, etsin-bir xanım. Ədəbiyyatıncentelmenliyini.

"Düşüncə zamanı- ədəbi tənqid diskurs kimi”kitabını vərəqləyirəm.

Kitabda şərq fəlsəfəsi,hisləriylə qərb düşüncəsi birləşdirilib. Deyəsən, mənim haqqımda bu sözlərlə bəhsetmişdi. Daha doğrusu iksini birində birləşdirən müəlliflər yox kimidir və yabarmaqla sayılacaq qədərdi. Amma kitabdakı bəhs edilən müəlliflərin kimisi şərqhislərində, digəri isə qərb düşüncəsindədir. Bütünlükdə onları birləşdirəndəkitab dediyimiz formata uyğunlaşır.

Üzgörənlikfeminizmi yoxdur. Xanım-kişi və regionçuluq ayrıcalığı edilmədən sırf mətnyönümündən yanaşılıb. Bəzi müəlliflərə, ümumiyyətlə yazı həsr etməmək olardıdeyərəm özüm-özümə.

Aha, bu! Bu axıregionçudur, ancaq öz yerlilərini tərifləyib dağ başına qoyur. Niyə ondanyazıb?

Digərinə rastlayıram,axı, bu yeni üslub və.s adıyla özünü ədəbiyyata sırımağa çalışan biridir. Nəbu, yenilikdir, nə də ki, yazılanlar ciddi mətn. Ondan niyə?

Bəs, bu? - Bu isəplagiat şairdir. Başdan ayağa. Başqa şairdən danışmaq olardı onun yerinə.

Sırf həmin müəlliflərhaqqında yazıları oxuduqdan sonra gülümsəyirəm. Tənqidçi onlardan elə bəhs edərək,bəzi məsələlərdə elə göndərmə edir ki, "gözü iti” oxucu bunu dərhal tutar. Eynizamanda tənqidçinin onlar haqqında yazmasına haqq qazandırar, onlardan bəhsetdiyi yazının qayəsinə də, göndərmələrə də. Burada əhsən deyirsən. Tənqid etmədəntənqid edə bilmək bacarığına. Məhz bu yazılarda tənqid etmədən göndərmələrlə tənqidetmək əsl ustalıqdır. Bir növ şifrəli əlifbalar kimi. Sən bildiyin əlifba iləbaşqa mətni oxuyursan, peşəkarsa əsl mətni.

Düşüncə zamanı-əslində,zamanı sıfırlamaq da demək olar. Düşüncə həmişə var. Tanrı kimi. Daha doğrusuenerji kimi. Bir qədər yarımafioz, yarı ideoloji əsaslarla çəkilmiş kifayət qədəruğur qazanan "Lyusi” filmini xatırlayıram. Kitabda zamana səyahət var. Müxtəlifədəbi, tənqidi kitablarda zaman səyahəti mümkündür. Daha doğrusu gözünün önündəcanlanması, sadəcə zamanı kitabda oxumaq, vəssalam. Amma "düşüncə zamanında”düşüncə, zaman sənin qarşına gəlmir, sən düşüncəyə, həmin zamana gedə bilirsən.Fərq buradadır. Elə Lyusi kimi...

Mətni duya bilməkbacarığı, müəllif kimi mətnin transına düşə bilmək manevri, onu duyub, müəllifin bəzən öz əsərinə izah verməkdə çətinlikçəkdiyi halda şirin dillə şərh verməsi... O, uğurlu yazıçı ola bilərdi, həttaçox uğurlu. Üzr istəyirəm, yanlışlığayol verdim. Tənqidin nəsr diliylə yazılması çaşdırdı məni. O, şair olardı, hə, dəqiq! Elə şair.

Müxtəlif cərəyanlar,o cərəyanlara məxsus müəlliflər haqqında bəhs edilir. Yanaşma bir tərəflideyil, heç bir cərəyana, müəllifə bağlı olmayan düşüncə tərzində şərh verilir.Bu, tənqidçi xanımın obyektivlik manevrini daha da artırır.

İncə qatlarlaolsa da tənqidçinin öz nəfəsi, daha doğrusu yanaşmasını duymaq olar. Yuxarıda bəhsetdiyimiz kimi modern millilik və şərq-qərb düşüncələrinin balansı, heç birindənimtina etmədən hər iksini qəbul edərək yeni birləşdirici model öz əksini tapır.Ola bilsin, bu, müəllifdə Əli bəy Hüseynzadə, digər cümhuriyyətçilərinformalaşdırdığı düşüncə tərzindən irəli gəlir. İstənilən halda insan bir düşüncəyəgələrək özündən öncəkilərin düşüncələrinə uyğunluğunu görə bilər. Belə olduqdaşəxs öz düşüncəsindən, fikirlərində daha əmin olur və daha qətiyyətli yazır. Mətndə öz qətiyyətini göstərərək, nə nala vurur, nə mıxa. Özü başlayır, özü də nöqtəsiniqoyur. Eynilə kitabdakı mətnlər kimi. Bəli, məhz qeyd etdiyim kimi düşüncəarealının özündən öncəki ideyalarla təsdiqini tapması, bunun ona verdiyi ədəbi əminliktənqidçini kitabdakı mətnlərində daha azad, daha sərbəst manevrlər etmək şəraitiniyaradıb.

Müəlliflərintanrı məsələlərinə toxunulur. Desəm ki, tənqidçinin tanrıya yanaşma prizması,müəlliflərin tanrılaşma, tanrıyla söhbətlərinə bu aspektdən baxması ürəyimcədir.Çünki bəndənizin də tanrısı müəyyən dərəcədə odur. Müəlliflərin bu tip şeirlərində,hekayə və romanlarında tənqidçi tanrını daha çox enerji kimi axtarır. Bəli, o bunu özü deməyə, yazmaya bilər. Ammamənim izahlarda tapdığım budur. Daha çox sufiyanə tanrı axtarışı klassikadailişib qalmır, hər zaman olduğu kimi müasir sufiyanə ideallarına çevrilir. Birnöv buna modern tanrı da deyə bilərik. Onun düşüncə zamanında tanrı dahamoderndi. Müasir və çağdaşdır. Hətta yaratdığı şairlərdən belə daha moderndir.

Bəzən Freydistqatlara tənqidçinin meyl etməsi, daha doğrusu bu enerjinin yaratdığı mətnlərədiqqət çəkməsi gözümdən yayınmadı. Daha çox nədən yazmaq deyil, necə yazmaqdır- onun yanaşmalarından bunu hiss edirəm. Təbii ki, burda bir və ya ikiistisnanı əlavə etməklə. Məncə, daha doğrusu məncə də deyil, milli və dövlət məsələsindəndairəni keçməyi qəbul etmir, hətta buna qarşı mövqe sərgiləyəcək səviyyədədir.

Həmçinin estetikyanaşma, estetik gözəllik nə deyil, necə kimi önəmlidir ona. O səbəbdən erotizm çalarları onun qələmindənyan keçmir. Bu barədə şairlərin poetik axtarışlarını üzə çıxarır, fikiroxşarlıqlarını, fərqliliklərini deyir və ya yeni tapıntıya öz nidasını qoyur.

Hələ də ölülərdəilişib qalmışıq. Əllər yuxarıdadır. Ölü şairləri alqışlayıb, diri şairləri o əllərləsillələmək üçün. Əlbəttə, keçmiş də tariximizdir. Zaman-zaman onlara istinad, səyahət,eyni zamanda qiymətləndirmək lazımdır. Bir çox tənqidçilər bunu-yəni keçmişdəilişməyi, çağdaşlarını diqqətə almamağı gələcəyə görə edir. Necə? O hələsağdır, sabah mənə münasibəti necə olacaq bilmirəm. Öləndən sonra düşünərik. Yada vəzifəyə keçsə...

Xanım tənqidçiisə çağdaş ədəbiyyata, xüsusən poeziyaya əlahiddə diqqət göstərir. Düşüncəzamanında zaman aşılırsa gələcək zamanı gözləməyə ehtiyac yoxdur. Gələcəkzamanı indiki zamanda yaşamaq olar. Və ya keçmiş zamanı gələcəkdə yaşamaq olar.Zaman yerdəyişimləri düşüncədə mümkündür. Necə ki, müəllif bunu məharətləbacarıb. Bu gün çağdaş Azərbaycan poeziyasını öyrənmək, bu poeziyaya bələdolmaq üçün qısa deyişlə adlandırdığım "Düşüncə zamanı”( yalnız bunla kifayətlənməkdə çağdaş poeziyaya haqsızlıq olduğundan müəllifin digər yazılarını da deməkmütləqdir) və digər məqalələri dərslik kimi tədris olunacaq səviyyədədir.

Şərq və Qərbin vəhdətionların sərhədi olan Qafqazdır. O sərhədi həm ədəbiyyat, həm mili düşüncəyə görə"dağıtmaq” lazımdır. Harasa (şərqə və ya qərbə) çay kimi axmaqdansa yerindəhansısa yönə axmayan, əksinə hər yöndən axan çayları özündə birləşdirən dənizolmaq (öz kökünə qayıtmış-şərq, modern-qərb düşüncə) önəmlidir. Necə ki, Şahİsmayıl islam, sufi və digər milli ünsürləri özündə birləşdirən qızılbaşlıqla həmsiyasi, həm ədəbi imperiyanı qurdu.

Eyni zamanda bubirləşdirici qayəyə Heydər Əliyevin gətirdiyi yeni müasir milliliyi - modern azərbaycançılığıaid edə bilərik. Tənqidçinin bu yönlərdə axtarışları gələcəkdə onun özünün nə qədərhaqlı olduğunu göstərəcək. İndi görmək üçün düşüncə zamanında zamana səyahətetməyi bacarmaq lazımdır.

P.S. Məqalə tənqidçiElnarə Akimovadan bəhs edir.

Emin PİRİ