adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
25 Sentyabr 2019 10:57
56406
MƏDƏNİYYƏT

Tanınmış yazıçının teatr səhnəsində ilk əsəri

Qənbər Şəmşiroğlu. Bu advə soy ad Azərbaycan oxucularına çox yaxşı tanışdır. Belə ki, şeirlərindən, qəzəllərindən,poemalarından, nəsr əsərlərindən və publisist yazılarından ibarət 30-dan artıq kitablarıçap olunan, el ağsaqqalı, ictimai xadim Qənbər Şəmşiroğlu 16 noyabr 1933-cü ildəKəbəcər rayonunun Ağdaban kəndində- məşhur el aşığı, ozan səntinin klassiklərindənbiri, Əməkdar incəsənət xadimi Dədə Şəmşirin ailəsidə, ocağında dünyaya göz açıb.Elə ilk gündən də laylası sözlə, sazla yoğrulub. Çünki babası da, Ağdabandaanadan olan məşhur şair, şeirləri, qəzəlləri, qoşmaları Dədə Ələsgər başdaolmaqla bütün məşhur aşıqların böyük həvəslə oxuduğu Ağdabalı şair Qurban olub.

Orta təhsilini Kəlbəcərdəalan, iki illik Ağdam Müəllimlər İnstitutunu, Azərbaycan Pedaqoji İnstitutunu (indiki Pedaqoji Universitet) və Sov. İKP MK yanında Ali Partiya Məktəbini bitirən Qənbər Şəmşiroğlu, 30 ildənçox Kəlbəcər və Gədəbəy rayolarında bir sıra mühüm dövlət vəzifələrində böyükuğurla işlyib. Özünün böyük təşkilatçılığı, müdrik düşüncəsi, xeyirxahlığı, səbri,hamıya əl tutması sayəsində, elə həmin vaxtlardan da el ağsaqqalı kimi qəbulolunub.

Kəlbəcərin o vaxtkı səriştəsiz,savadsız, korazeyin rəhbərlərinin böyük günahı ucbatından erməni gavurlərı tərəfindənişğal olunması, doğma Ağdaban kəndinin Xocalıdan da dəhşətli formada, faşiscəsinəməhv edilməsi, yandırılması, külə döndərilməsi,Dədə Şəmşirin məzarı başda olmaqla, bütün qəbrlərlə vandal kimi rəftarolunması, çoxlu ağdabanlıların şəhid olması Qənbər Şəmşiroğluna çox pis təsiredib. O, bu qanlı hadisələri uzun illər unuda biməyib. Ürəyində olan bütün dərdləri,ağrıları, nisgilləri özünün bədii vəpublisist əsərlərinə köçürüb. Lap cavanlıq illərindən yazdığı gündəliklərində həmindəhşətli hadisələri də yazıb və bu gün xalqımza ərmağan eləyib. O, ömrünün buixtiyar çağında Yevlax rayonunda yaşayır və hər an Kəlbəcərə qayıdacağı günü səbrsizlikləgözləyir. Qənbər Şəmşiroğlu "Aşığ Şəmşir”Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, Respublika Ağsaqqallar Məclisi İdarəHeyyətinin üzvü, Azərbacan Yazıçılar Birliyinin üzvüdür. O, uşaq yaşlarındanatası Dədə Şəmşirdən sazın, sözün sirrini mükəmməl öyrənib və elə özü də lap gəncyaşlarından gözəl şeirlər, qəzəllər, qoşmalar, publisist yazılar, hekayələr,povestlər, romanar yazır.

"Canının etirafı” onun roman janrında qələməaldığı ilk ən böyük uğurudur. Bu roman böyük oxucu kütləsinin dərin marağına səbəbolub. Onu da vurğulamaq istəyirik ki, Qənbər Şəmşiroğlu müstəqil həyata qədəm qoyangündən onun taleyində və həyatında XX əsr Azərbaycan ədəbiyyatında böyük izlərburaxmış bu insanlar- Süleyman Rəhimov, Osman Sarıvəli, Əli Vəlyev, BəxtiyarVahabzadə, Nəbi Xəzri, Məməd Araz, Hüseyn Arif, Qabil, Nəriman Həsənzadə, MəmmədAslan, Dəmir Gədəbəyli, Hüseyn Kürdoğlu, İlyas Tapdıq, Yusif və Vaqif Səmədoğluqardaşları, Zəlimxan Yaqub, Səyavuş Sərxanlı və başqa ədəbiyyat korifeyləriləyaxın dostluq əlaqələrində olub. Bəhmən Vətənoğlu ilə bir sinifdə oxuyub vəuzun illər dosluq ediblər. Belə insanlarla onun hər görüşü ədəbi fikrinin, təxəyyülünün,düşüncəsinin formalaşmasında, dünyagörüşünün bütövləşməsində, bir yazıçı, şair,ictimai xadim və bir publisist kimi yetişməsində böyük rol oynayıb. Qənbər Şəmşiroğlunusənət dünyamızın solmaz inciləri və yuxarıda adlarını, soy admalını çəkdiyimizqüdrətli sənətkarlarla bağlayan qırılmaz, ülvi dostluq telləri möhkəmləndikcə,bu böyük şəxsiyyətin, maraqlı yazıçının, şairin, publisistin yaradıcılığındaböyük dönüş yaradıb və həm nəsr, həm poeziya sahəsinə gözəl töhfələr verməklə, ədəbiyyattariximizdə əbədi qalan gözəl nümunələr yaratmışdır. Bütün bu yaradıcılığı iləbirlikdə Qənbər Şəmşiroğlunun gündəliyindən ibarət yazıb ərsəyə gətirdiyi vəçap etdirdiyi iki cildlik kitabı da Azəbaycan ictimai mühitinin, ədəbiyyatınınXX əsr və XXI əsrin əvvəllərilə bağlı böyük tədqiqat işidir. Həm də çoxoxunaqlıdır. Çünki Qənbər Şəmşiroğlu bu gündəlikdə hər bir faktı, hadisəni, Kəlbəcərinvə qonşu rayonların necə işğal olunmasını və bu qanlı hadisələrdə kimləringünahkar olmasını tutarlı faktlarla, maraqlı ədəbi dillə oxuculara layiqincə çatdırır. İnanıram ki, bu iki cildlik kitab, gələcəkdə çoxlu tədqiqatçılar üçünmaraqlı və lazımlı faktlar olacaq.

Qənbər Şəmşiroğlunun"Caninin etirafı” romanı kimi, "Bir gözəlin taleyi”, "Bütövləşmək istədim”, "Adam kimi ölməyib”, "Qızlardan muğayat olun”povestləri də maraqlı dialoqlarla, yüksək dramatik epizodlarla yazıldığına görəvə buradakı iştirakçların çoxu obrazlar səviyyəsinə yüksəldiyinə görə onlarınhamısını səhnələşdirib teatrda tamaşaya qoymaq olar. Bu əsərlər əsasında maraqlıssenarilər yazıb, kinofilmlər və seriallar çəkmək mümkündür. Bu tamaşaların vəkinofilmlərin hər biri də tamaşaçılar tərəfindən çox maraqla qarşılanar.

Əməkdar incəsənət xadimi,tanınmış yazıçı-rejissor Ağalar İdrisoğlunun Mingəçevir Dövlət Dram Teatrına təqdimetdiyi və artıq sentyabr ayının 2-dən teatrda böyük həvəslə məşqlərinəbaşladığı, maraqlı yazıçı, şair, publisist, ictimai xadim Qənbər Şəmşiroğlunun"Caninin eirafı” iki hissəli faciə-məhəbbət odası əsərinin məşqələrinəbaşlanılıb. Tamaşada iştirak edən aktyorlar və aktrisalar çox böyük həvəslə bu əsərdəməşq edirlər.

Az bir vaxtda oxuculararasında böyük maraqla qarşılanan "Caninin etirafı” romanını müəlliflə birlikdəsəhnə üçün şair-publisit, jurnalist NərimanOcaqlı və yazıçı-rejissor Ağalar İdrisoğlu səhnələşdiriblər. Bu pyes1988-1993-cü illərdə respublikamızda baş verən xaosa, vətəndaş qırğınınahazırlıq, torpaqlarımızın erməni gavurları tərəfindən necə işğal olumnasına,hakimiyyət üstündə gedən vuruşa, savadsız, səriştəsiz, özündən müştəbehadamların hakimiyyətə gəlməsinə, rüşvətin tuğyan elədiyi vaxtlara və buna görəbəzi rəhbər vəzifəli adamların hətta cinayətə belə əl atmasına həsr edilib. Çoxkəskin, dramatik süjetli bu pyesdə, qımızı xətlə nakam məhəbbət mötivləri dəmaraqlı boyalarla dolğun formada göstərilir. Qızlarımızın səbirsiz olması, öz məhəbbəti,istəyi yolunda vuruşmaması və kənar fitfalara uyub, özlərini məhv etməsi də müəlliftərəfindən çox ustalıqla yazılıb.

Pyesdə hadisələr Çıraqlırayonunda yeni, Avropa standartlarına uyğun 4 mərtəbəli xəstəxananıntikilişinin sona yetdiyi hadisə ilə başlayır. Çünki bu rayonda ilk dəfədir ki,belə böyük sosial obyek tikilir. Həm də işsizliyin tuğyan elədiyi bu rayonda 280nəfər üçün xəstəxanada iş yerinin açılması da böyük hadisədir. Rayon rəhbərliyivə bu rayonun kuratoru olan yüksək rütbəli adamların da məqsədi həmin 280 nəfərinhər birindən pul alıb, işə götürməkdir. Bunu da xəstəxananın baş həkimi Nadirinvasitəsilə reallaşdırmaq istəyirlər. Amma bu xəstəxana dövlətin büdcəsihesabına tikildiyinə görə Səhiyyə Nazirliyindən də Nadir həkimə qəti tapşırılıbki, bütün işçilər təmənnasız işə qəbul olunmalı və burada əsasən də yalnız özişinin mütəxəssisi olan həkimlər və tibb bacıları işləməlidir. Çünki bu xəstəxanatəkcə Çıraqlı camaatına yox, qonşuluqda olan bütün rayonlara da tibbi xidmətgöstərməklə, bir növ Regional Diaqnostika Mərkəzi olacaq. Nadir həkim də SəhiyyəNazirlyinin qorxusundan adamları işə götürəndə pul ala bilmədiyinə görə ona yuxarıdairələrdən və rayon rəhbərliyi tərəfindən hücumlar çox olur. Bu hücumlarınqarısını həmin binanın memarı və binanı tikən inşaat dəstəsinin rəhbəri AqilƏlizadə, Bakıdakı yaxın qohumlarının vasitəsilə dəf etməyə çalışır. Bunu görənQəmişli, Tarixzadə, İba və başqa çirkin əməlli adamlar cinayətə əl atıb, Nadiriöldürtdürürlər və bu cinayəti də Aqil Əlizadənin boynuna qoyub, onu 14 ilazadlıqdan məhrum etdirirlər.

Bu vaxt xalqın istəyi vəböyük təkidi ilə dahi rəhbər HeydərƏliyev ikinci dəfə hakimyyətə gəlir və belə çikin əməllərlə rayolara rəhbərlikedənləri vəzifələrindən uzaqlaşdırır. Çıraqlı rayonuna rəhbərlik edənlər və bu raynungüc strukturları haqqında da cinayət işi qaldırılır. Bu vaxt Nadiri qətlə yetirənlərdənbiri və arvadını, onun oynaşını öldürərək ömürlük həbs olunan Əngəl Əvəzinvicdanı dilə gəlir. O, başa düşür ki, heç bir cinayəti olayan Aqilin həbsolunmasının əsl günahkarlarından biri o,özüdür. Məhz buna görə də məktub yazıb Respublikanın Baş prokuroruna vəRespublika Cinayət Axtarışları İdarəsinə göndərir. Bu işdə əsl günahkarlarınkim olduğunu etiraf eləyir. Bundan sonra həmin dəhşətli hadisə bir dəyoxlanılır. Məlum olur ki, Aqilin heç bir günahı yoxdur. Nadiri Əngəl Əvəz, İbovə onun yaxın qohumu Qasım Məmmədov qətlə yetiriblər. Beləliklə, Aqil iki il səkkizaydan sonra azad olunur və əsl cinayətkarlar cəzalanırlar. Aqil həbs olunanvaxtı onu sevən Gülcan kənar qüvvələrin felinə uyaraq, Aqilin həbsxanadançıxmasını gözləmədən anasının uzaq qohumu Şərbət adlı, dilli-dilavər, yaxşıgitara çalıb, mahnılar oxuyan, amma əyyaş bir oğlanla nişalanıb. Gülcan elə ilkgünlərdən səhv etdiyini başa düşür. Aqil həbsdən azad olunandan sonra isə dahaçox peşiman olur. Beləliklə, Gülcan, Şərbətin qısqanclığına, təhqirlərinə vəonu döyməsinə dözməyib özünə qəsd edib, özünü öldürür...

Tamaşa faciəli notlarlabitsə də, yüksək dramatik epizodlar, maraqlı, xarakterik obrazlar tamaşanı daha baxımlı edir. Pyes yüksək tərbiyəviəhəmiyyətə malik olmaqla, cəmiyyətimizdə baş verən neqativ halları,1988-1993-cü illərin xaosunu göstərməklə inanırıq ki, böyük tamaşaçı marağına səbəbolacaq. Bu maraqlı səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimiAğalar İdrisoğlu, quruluşçu rəssamı Kəmalə Əsgərova, bəstəkarı Eldar Babayev,plastik hərəkətlərin quruluşçusi Eyvaz Əliyev, rejissor assistenti MəlahətAğayevadır. Tamaşada- Xalq artistləri Ella Yaqubova, Valeh Kərimov, Əməkdar artistlərŞıxı Yaqubov, Akif Mirabov, aktyorlar Təvəkkül Yaqubov, Aydın Quliyev, Qabilİbrahimli, Nəsibxan Əliyev, Elmira İbrahimova, Ruhəngiz Abdullayeva, AfətƏliyeva, Asim Məmmədov, Firuz Hacıyev, Məlahət Ağayeva, Könül Hacıyeva, FəridəMəmmədova, Nargilə Abdullayeva, Vəfa İsmayılova, Vüsalə Qulyeva, Paşa Salmanov,İlqar Rəhimov, Hüseyn Mustafayev, Turqut Məsimli, Eyvaz Əlyev, Ceyhun Əhmədov, ElvinƏkbərli, Amil Fərzəlyev və başqaları oynadıqları obrazları tezliklə tamaşaçılaratəqdim edəcəklər.Tamaşanın rejissor və aktyorlar tərəfindən çox ciddi vəmaraqlı məşqələri gedir. Teatr kollektivinin böyük coşqu ilə belə maraqlı işəqatıldığı, aktyorların, aktrisaların böyük həvəslə məşq etdikləri, "Canininetirafı” tamaşasının ictimaiyyətə təhvili oktyabr ayının ikinci yarısına nəzərdətutulub. Biz, inanırıq ki, bu tamaşa teatrın ən məşhur tamaşaları sırasındaözünə layiqli yer tutmaqla Azəbayan səhnəsinin ən baxımlı tamaşalarından biriolacaq. Çünki rejissor tərəfində verilən maraqlı mizanlar, səhnənin yaxşı tərtibatı,bəstəkar tərəfindən yazılan musiqilər vəaktyorların oynadığı rolları obrazlar səviyyəsinə qaldırması, maraqlı xarakterlərtapması yuxarıdakı fikiri deməyə bizə əsas verir.

Vüsal MƏMMƏDOV

Jurnalist-publisit