adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Aprel 2019 11:17
82268
MÜSAHİBƏ

Tanınmış yazıçı: Nəsimi Allahsızmı idi?

Adalet.azyazıçı Kənan Hacı ilə müsahibəni təqdim edir.


-Kənan, "Ədalət” qəzetində bir müddət işləmisən.Redaksiyada, nəşriyyatda nə kimi maraqlı hadisələr yaşamısan?

-Mən"Ədalət”ə gələnə qədər "İki sahil” qəzetində parlament müxbiri işləmişdim.Sonra bir müddət "Sənət qəzeti”ndə çalışdım. Amma qəzet məvacib verə bilmirdi. Xatırlayıram,dəyərli qələm sahibimiz, rəhmətlik (indinin özündə də ona rəhmətlik deməyədilim gəlmir) Tofiq Abdinlə "Azərbaycan” nəşriyyatına gəlmişdik. Onda da indikikimi işsiz idim. Aqil Abbasla görüşdük, Tofiq abi məni bir az təriflədi, dediki, bəlkə sizin qəzetdə bir iş olar. Aqil müəllim birbaşa dedi ki, səhər işəçıxsın. Beləcə, "Ədalət” qəzetində çalışmağa başladım. Aradan on beş il keçib.O illəri məmnunluq hissi ilə xatırlayıram. "Ədalət” qəzetində sərbəst mühitgördüm, Aqil müəllim heç vaxt bizə demirdi ki, bunu yazmaq olar, onu olmaz. Heçvaxt hansısa yazıma müdaxilə etdiyini xatırlamıram. Əksinə, bizi cəsarətliyazılar yazmağa sövq edirdi. Redaksiyada yaradıcı atmosfer vardı, bilirəm ki,indi də belədir. O vaxta qədər qələmlə yazırdıq, yazılarımızı qızlara diktəedirdik, onlar da kompyuterə köçürürdü, bir gün Aqil müəllim dedi ki, zəhmət çəkin,kompyuterdə yazmağı öyrənin, öz yazılarınızı özünüz yazın. Kompyuterdə yazmağıburda öyrəndim. "Ədalət”də "Köndələn” rubrikasında köşə yazıları yazırdım, eynizamanda reportajlar, müsahibələr edirdim. Jurnalist olaraq "Ədalət” qəzetindəçalışmaq bir şansdır, bu qəzetdə nüfuzlu qələm sahibləri çalışıb və əksəryazarlarımızın yolu bu qəzetdən keçib, burda püxtələşiblər, məktəb keçiblər. "Ədalət” müstəqil mediamızın brend qəzetlərindəndir.

-"Sonuncudərviş” adlı yeni romanın çap olundu. Təqdimat da oldu. Səncə, bu əsərin uğurqazancaqmı?

-Bu romanı "gerçək roman” adlandırmışam. Bundan əvvəl"Fironun dəftəri” çap olundu, yaxşı da qarşılandı, müsbət reaksiyalar oldu. Buyaxında İranda da çap edildi. "Sonuncu dərviş”isə çarpaz üslubda yazılıb –yarıbədii, yarısənədli. Bu əsərdə müstəqillik dövrü Azərbaycan yazıçısınınhansı mərhələlərdən keçdiyi əksini tapıb. Bu kitab bizim nəslin taleyindən bəhsedir və düşünürəm ki, bu əsər mütləq yazılmalıydı. Tolstyodan ("Uşaqlıq”, "İlkgənclik”, "Gənclik”), Maksim Qorkidən ("Özgə qapılarında”, "Uşaqlıq”) müasirdövrümüzün tanınan yazıçılarından olan Etqar Keretə ("Yeddi bəhrəli il”) qədərbu janrda möhtəşəm əsərlər yazılıb. Jan Pol Sartrın "Sözlər” əsərini, yaxudMarkesin "Anlatmaq üçün yaşamaq” avtofioqrafik romanını xatırlayın. Zatən, bukitab rezonans məqsədiylə yazılmayıb, orda hərə öz profilinə uyğun nəsətapacaq. Bu kitabın oxucuları olacaq. Mən bu uğuru gələcəkdən gözləyirəm, gələcəkdəbu əsər mütləq xatırlanacaq. Bizim dövrü araşdıran gələcək tədqiqatçılar bu əsərədə müraciət edəcəklər. Buna əminəm.


-Bir dəfə müsahibələrininbirində demişdin ki, yazıçı qalmaqalla məşhur olacaqsa, demək o, yazıçı deyil.Yazıçını əsəri tanıtmalıdır. Qalmaqal və ədəbiyyat bir-birindən yerlə göy qədəruzaq anlayışlardır. Axı bilirsən ki,yazıçı cəmiyyətin diqqətindən kənar adamdır. Yazıçı qalmaqalyaratmalıdır, məncə. Çünki onun da tanınmağa ehtiyacı var. Necə düşünrsən?

-İndi də belə düşünürəm. Mən xarakter etibariləqalmaqal adamı deyiləm, bu öz yerində. Yenə də hesab edirəm ki, yazıçınınsiması, üzü onun əsəridir. Qalmaqalın arxasında heç nə yoxdursa, boş hay-küylətanınmaq kimə lazımdır axı? Beş gün, üç gün səndən danışacaqlar və unudulub gedəcəksən. Amma əsər yazıçının vizit kartıdır, onutanıdan ədəbi məhsulu olmalıdır. Sadəcə, bizdə kitab industriyası hələformalaşmayıb, yazıçı ilə oxucu arasında dərin bir uçurum var. Kitabın bazarı zəifdir,reklamı yoxdur. Yüksək texnologiyalar çağını yaşayırıq və bəzən yazıçı bu tempdəngeridə qalır. Bu və digər səbəblərdən yazıçı da gündəmə köklənməyə məcbur olur,süni skandallarla diqqət mərkəzinə gəlməyə çalışır. İnanın ki, bu çıxış yoludeyil. Gənclik maksimalizmi, nihilist yanaşma bəzən yanlış nəticələrə gətiribçıxarır. Məncə, bir az praqmatik olmaq lazımdır.

-Freydin fikridir,insanlar daim iki şey haqqında düşünürlər: seks və dahi olmaq istəyi. Sən dahaçox nə haqda düşünürsən?

-Freydin özünün də beynini ən çox məşğul edən eləbu mövzular olub. Bu, ona psixoanalitik nəticələrə gəlmək üçün lazım idi. O, təhtəlşüuruşəxsi həyatın gizli sferası hesab edirdi. Vaxtilə Platon da yazırdı ki, hər birinsanda hansısa qorxunc və vəhşi bir arzu növü gizlənir. İnsan son dərəcə mürəkkəbvarlıqdır və zahirən mədəni, tərbiyəli təsir bağışlayan insanın da içində anormal(bəlkə də normal hesab edilən) istək baş qaldıra bilər. "Ətriyyatçı”dakı JanBatist Qrenuyu yaxud Tolstoyun Sergi atasını xatırlayın. İnsanın maddi və mənəvibaşlanğıcı təhtəlşüurda gedən proseslərin nəticəsidir. İnsanlar seks haqqındadüşünməsəydilər, əhalinin say artımı baş verməzdi. O ki, qaldı dahilik məsələsinə,tarixdə dahi olmaq istəyənlər çox olub və tarixi şərait onların bəzisini dahiyəçevirib. Bir də var fitrətən dahi olanlar. Dante kimi, Şekspir kimi, Mirzə FətəliAxundzadə kimi, Cəfər Cabbarlı kimi, Üzeyir Hacıbəyli kimi. Onlar dahi kimidoğulublar. İnsan özünü ifadə etməyi bacarırsa, mənəvi rahatlığına qovuşacaq. Məndahilik haqda düşünməmişəm, amma həmişə özümü ifadə edə bilməyin məmnunluğunuyaşamışam. Yazmağı bacarmaq xoşbəxtlikdir.

-XXI əsr – qloballaşma, internet əsridir. Sosialşəbəkələrin və internetin mövcudluğu, bu nəticəni çıxardı ki, gənclər az oxumalıoldular. Sən necə hesab edirsən, müasir oxucunu necə və ən əsası, nə iləmaraqlandırmaq mümkündür?

-Son 15-20 ildə dünyanın mənzərəsisürətlə dəyişdi. Biz sürətli kommunikasiya dünyasında yaşayırıq. Bio və infotexnologiyalar birləşərək bizi bəşəriyyətin indiyədək qarşılaşdığı ən böyükçağırışla üz-üzə qoyur. Alqoritmlər dünyanın gedişatına ciddi təsir göstərir.Belə bir dövrdə kitabla bağlı hansısa proqnoz vermək müşkül məsələdir. Oxuculardaha uzun-uzadı mətnləri oxumurlar, minimalist romanlar yazılır, iPad kitabıəvəz edir. "Fast food” dünyasında yaşayırıq, çünki bu günün insanı üçün zamanson dərəcə qiymətlidir, vaxt itkisi onun gündəlik nizamını pozur. Bu gününinsanı bütünlüklə texnologiyadan asılı vəziyətdədir. Belə demək mümkünsə, indiiçində elmi-nəzəri konseptual tezislər olan texnoloji romanlar yazmaq lazımdır.Nə qədər qəribə görünsə də biz zamanın tələbindən asılıyıq. Kitab əmtəədir vətələb olunanı təqdim etmək lazımdır.


-Öz əsərlərindən hansı birinin ekranlaşdırılmasınistəyərdin?

-"Rəqqasə”nin. O əsərin başqəhrəmanı Qarabağ savaşında döyüşən gənc bir qızdır. Bu romanda həm arxa cəbhə,həm də ön cəbhə var, eyni zamanda sevgi motivi var. Bir də aprel döyüşləriyləbağlı "İsgəndər şikəstəsi” adlı bir ssenari yazmışam. "Ədəbiyyat qəzeti”ndə dədərc olunub. Bir neçə rejissor dostuma verdim, oxudular. Dedilər maliyyətapılsa, çəkmək olar. Bu ssenari ekranlaşdırılsa, məncə, gözəl bir film alınar.Müəllif olaraq heç bir təmənnam yoxdur, mənim bir qələm adamı olaraqvətəndaşlıq borcum bunu yazmaqdır. Yəqin ki, nə vaxtsa bu əsərə müraciətolunacaq, əminəm.


-Bu il Nəsimi ili elan olundu. NəsimininAzərbaycan ədəbiyyatında yeri nədir? Onu dünyada tanıtmaq üçün nələr etməliyik?Nəsimi ili ilə bağlı nə təkliflərin var?

-Nəsimini ustadı Fəzlullah Nəiminin hürufilik təlimi yetişdirdi. Nəimiyəqədər Nəsimi mükəmməl təhsil almışdı, dünya elmlərinə kifayət qədər vaqif idi.Nəimi onun dünyagörüşünə əsaslı şəkildə təsir göstərdi. Hürufilik ayrıca bir təlim,təriqət deyildi, islamdan müəyyən fərqləri olan ayrıca bir məzhəb idi."Cavidannamə” Quran terminologiyasına əsaslanır və Quranın şərhindən ibarətdir.Professor Rəhim Əliyev bu kitabı monoteizmin dördüncü kitabı adlandırır. Nəsiminiuzun illər Allahsız kimi təqdim ediblər. Nəsimi necə Allahsız ola bilərdi ki,onu "Cavidannamə” yetişdirmişdi?! Çox təəssüf ki, biz hələ də Nəsimini dünyayalazımınca tanıda bilməmişik. Məncə, Nəsimini bu yöndən yenidən araşdırmaqlazımdır. Bunun üçün ilk növbədə "Cavidannamə” dilimizə tərcümə olunmalı vəyüksək tirajla çap olunmalıdır. Türk dilində var, bizim dildə yoxdur. Nəsimişünaslıqüçün bu kitab ilkin mənbədir. Nəsimi Ədəbiyyat Mərkəzinin yaradılması çox gözəlbir iş olardı. Orda mütəmadi ədəbi polemikalar, klassik irslə bağlı tədbirlərkeçirmək olar. Böyük yazıçımız İsaMuğanna "Məhşər” romanında Nəsiminin obrazını yazıb. Qabil "Nəsimi” mənzumromanını yazıb. Amma bu çox azdır. Özü də bu əsərlər sovet dövründə yazılıb. ƏdəbiyyatımızdaNəsiminin obrazı yenidən işlənməlidir. Nəsimi dövründən bəhs edən tarixi serialçəkilsə, çox gözəl olar.


-Sonda sənət, həyat haqda nələr demək istəyərdin?

-Sənət dünya ilə,ətrafımızdakı insanlarla, toplumla əlaqə qurmaq üçün ən gözəl bir vasitədir,bütövlükdə estetik bir hadisədir. Həyatın bütün suallarına hər birimizin özünəməxsuscavablarımız olur. Cavabsız suallarla üzləşəndə onu sənətin dili ilə çözməyəçalışırıq. Sənət bizim alternativ dünyamızdır və biz o dünyada daha çox xoşbəxtoluruq. Çünki arzularımız, xəyallarımız orda reallığa çevrilir.


Söhbətləşdi: Oğuz Ayvaz