adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
31 Avqust 2015 17:09
4643
ƏDƏBİYYAT

Tanınmış yazıçı Britaniya kəşfiyyatına işlədiyini etiraf etdi

Böyük Britaniyanıntanınmış roman yazarı Frederik Forsayt öz tərcümeyi-halında çoxdan gözlənilənetirafı edib. Yazıçı 20 ildən artıq Britaniya Daxili Kəşfiyyatı olan Mİ-6-da işlədiyini boynuna alıb.Adalet.az BBC-yə istinadən xəbər verir ki, onun əsərlərini oxuyanlar yazıçınıntəxəyyülünün təkcə tarixi hadisələr deyil, həm də xüsusi mənbəyi olduğundan çoxdandır ki, şübhələnirdilər.     

Yazıçıdeyir ki, hər şey "bir xahiş”dən başlayıb. Belə ki, Britaniya kəşfiyyat xəfiyyəsi ondanbir neçə məlumat ötürməsini xahiş edib, o da razılaşıb. Bu hadisəNigeriyanın cənub-şərqindəki tanınmamış Biafra Respublikasının müstəqilliyiuğrunda baş verən döyüşlər zamanı olub. Xəfiyyə döyüşlərdə çoxsaylı uşaqlarınölüm sayı ilə maraqlanırmış. Forsayt həmin müharibə zamanı jurnalist kimi fəaliyyətgöstərib. Aldığı bütün məlumatları xəfiyyəyə ötürüb. Amma buna görə, maddi gəlirəldə etməyib.

Forsayt ayrı-ayrıvaxtlarda "Reuters" agentliyinin Almaniya, Afrika, Fransa, Çexiya üzrə müxbiriolub.

Yeri gəlmişkən,Forsaytın ilk kitabı da Nigeriyadakı hadisələrə həsr olunub və "Biafranıntarixi” adlanır. Ona məşhurluğu isə "Çaqqalın günü” adlı romanı gətirib. "Çaqqalın günü” ilə yanaşı "Müharibənin itləri", İkona", "Dördüncü protokol", "Odessa dosyesi" əsərlərinə film çəkilib. 

"Allahınyumruğu” adlı əsərində isə maraqlıdır ki, "Allah” sözünü elə müsəlmansayağı, yənitərcümə etmədən verib. Maraqlıdır ki, yazıçının ən önəmli mükafatı "Edqar Po”Dedektiv Yazarlar mükafatıdır. Edqar Po da öz əsərlərində "Allah” adını olduğu kimiyazaraq İslama rəğbəti ilə tanınırdı. 


Şəfiqə ŞƏFA