adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Oktyabr 2018 13:37
100751
MÜSAHİBƏ

Tanınmış teleaparıcı: “O şeirə görə səhərə qədər içib ağlamaq olar”


Adalet.az tanınmış teleaparıcı RahilSayadoğlu ilə kitab söhbətini təqdim edir.

- Neçə yaşından kitaba marağınız var?

-Yalandan deməyəcəm ki, "uşaqlıqdan kitaba marağım olub" filan.Kitabla ilk səmimi və ciddi tanışlığım 10-11-ci siniflərdə baş tutub. CəfərCabbarlının "Oqtay Eloğlu" faciəsini oxuyurdum. Oqtayın illər sonradilənən bacısı ilə qarşılaşdığı səhnəyə çatanda gözlərim yaşardı. O əsərləCabbarlı yaradıcılığına heyran oldum. Sonra tələbəlik illəri gəldi və"Ədəbi yaradıcılıq" fakültəsinin tələbəsi olaraq çoxlu sayda ədəbiəsərlərlə tanış oldum. Kitaba, oxumağa sevgi artan xətlə inkişaf etdi.

- Əsasən hansı kitabları oxuyursunuz?

-Xatirə ədəbiyyatı çox xoşuma gəlir. Kitab dükanlarına gedəndə daha çoxavtobioqrafik kitablar və memuar ədəbiyyatından nəsə axtarıram. Bilmirəm, yaşlabağlıdır, ya nədəndir, mənə artıq yaradıcı uydurmalardan daha çox olmuşhadisələr, faktlar maraqlı gəlir. Bir də elmi-kütləvi kitablardan zövq alıram.Amma dili çox da çətin olmayanlardan. Terminlərlə bol kitablar yorur adamı.

- Müasir yazarlarımızı mütaliə edirsinizmi?Kimləri bəyənirsiniz?

-Müasir yazarlarımızı mütaliə etmirəm. Bunu da öz günahım hesab edirəm. Ammabaşlamışam. Son 2 ayda Seymur Baycanın yazılarını acgözlüklə oxuyuram. Seymurunköşələrindən maraqlı informasiyalar, yaxud deyimlər əldə edirəm deyə xoşumagəlir. Aqşinin "Göləqarğısancan" romanından elə zövq almışam ki, okitaba bir də qayıdacağam. Ömər Xəyyamın köşələri çox gözəldir. Şərif hocanın(Şərif Ağayar – red) dəsti-xəttini çox bəyənirəm. Onun adicə qısa yazılarını oxuyuram,təsvirləri çox əladır. Adamı alıb aparır hadisələrin içinə. Xüsusilə ara-sıraLaçınla bağlı xatirələrini bölüşür, zövq alaraq oxuyuram.

- Sizcə kitab insanları dəyişir? Elə isəsizi götürək.

-Bilmirəm, dəyişmək sözü doğru ifadədir, ya yox, amma belə də demək olar: kitabinsanı ayıldır, təmizləyir, sakitləşdirir. İç dünyan nə iləsə dolur, özünü doluhiss eləyirsən. Mən ilk dəfə bu hissi Hüqonun "Səfillər"inibitirdikdən sonra keçirmişəm. Çox möhtəşəm hisdir. Bir yaradıcı tapıntı, biryaxşı deyim, bir maraqlı fakt adamın ürəyinə elə yağ kimi yayılır ki, onu heçnə ilə əvəz edə bilməzsən.

- Evdə kitabxananız var? Nə qədər kitabolar?

-Var. Tələbəlik illərimdən bu yana xeyli kitab toplamışam. 200-ə yaxın olar.Bəlkə də daha çox. Çoxunu oxumamışam. Əslində çox qəribə mərhələdəyəm. Təzələrəkeçmək əvəzinə oxuduqlarıma geri qayıdıram. Çünki hiss edirəm ki, oxusam dayenidən oxuyub nələrisə yadda saxlamağa ehtiyacım var. Ona görə də qayıdıb budəfə maraqlı tapıntıların altından xətt çəkə-çəkə oxuyuram. Ümumiyyətlə,kitabları xətləmək, işarələmək ən sevdiyim işlərdən biridir.

- Əsasən, hansı dildə oxuyursunuz vəAzərbaycan dilinə tərcümələri bəyənirsinizmi?

-Azərbaycan dilində oxuyuram. Rus və ingilis dilim o qədər də güclü deyil.Tərcümələrin də bəzilərini bəyənirəm. Hamısını yox. Yəqin ki, bu da təbiihaldır. Çünki hələ də xeyli uğursuz tərcümə işləri var. Amma bu barədə genişdanışa bilmərəm. Çünki ən azı sahəm deyil. Bunu mütəxəssislər daha yaxşı bilər.

- Daha çox roman oxuyursunuz, ya hekayəkitabları, ya şeir?

-Şeirə sevgim ayrı cürdür. Atam da şeir yazır, uşaqlıqdan onun şeirləri iləböyümüşəm. Yəqin ki, şeirə marağımın əsas səbəbi budur. Roman isə ciddi səbr,vaxt tələb edir. Çoxdandır oxumuram, amma özümü toparlayıb başlayacağam. Tələbəvaxtı daha çox oxuyurdum.

- Deyirlər, indi kitab oxunmur, sizcədoğrudur?

- Mənbelə deməzdim. Kitab oxunur, sadəcə olaraq hamı oxumur. Ki, bu da təbii haldır.Hamı kitab oxuya bilməz. Çünki kimisinin buna vaxtı yoxdur, kimisinin həvəsi.Kitab oxumaq seçimdir. Mənəvi ehtiyacdır. Kimisi buna ehtiyac duymursa, oxumur.Oxuyanlarımız var, amma sayları azdır. Amma düşünürəm ki, kitab oxumaq sonillər aparılan təbliğat nəticəsində bir az da dəb halını alıb. Kitabla fotopaylaşmaq, kitab almaq bir növ trendləşib. Mən isə buna sevinirəm. Təki dəbəminən elə kitab olsun.

- Ən çox sevdiyiniz roman, hekayə, şeir.

-Çoxları kimi klassik nümunələri çox sevirəm. "Səfillər","Alçaldılmış və təhqir edilmiş insanlar" və s. "Çərpələnguçuran" gözəldir, Ordubadinin "Qılınc və Qələm" romanımöhtəşəmdir. Yaxşı maliyyə dəstəyi ola, bir prodakşn önə çıxa, bu romanınmotivləri əsasında şedevr teleserial çəkmək olar. Türklərin "Möhtəşəm yüzil"indən daha təsirli və daha güclü. Bundan başqa Vatslav Havelin"Susqunluğun anatomiyası", Rişard Kapuşinskinin "Şahənşah"əsəri də bəyəndiklərim sırasındadır.

- Şairlərimizdən kimləri bəyənirsiniz?

-Aqşin Yeniseyin şeirlərindən ləzzət alıram. Aqşin Evrənin bədii tapıntılarınıçox bəyənirəm. Qismət bir mükafatdır ədəbiyyatımıza. Oxu, oxu, doymursan. CəlilCavanşirin "Qayıt gəl" şeiri ilə səhərə kimi içib ağlamaq olar(gülür).

- Özünüz nəsə yazmaq istəmisiniz nə vaxtsa?

-Əksər yeniyetmələr kimi mən də şeirlər yazmışam. 2008-2011-ci illər ərzindəmüxtəlif əyləncə saytlarında şeirlərim paylaşılırdı. Sonralar yazmadım. Çünkihəvəskar yazırdım və bu sahədə irəliləmək fikrim yox idi.

- Son olaraq kitab sizin üçün nədir?

-Kitab mənim üçün ehtiyacdır. Məsələn, futboldan necə zövq alıramsa, kitabdan dao cür zövq alıram. Bizdə evdə iki şeydən çoxdur: biri Juventusun atributları,biri də kitablar.


Söhbətləşdi: Ayxan Ayvaz