adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Iyul 2016 15:18
8403
ƏDƏBİYYAT

Tanınmış macar yazıçısı dünyasını dəyişib

Macarıstanıntanınmış yazıçısı Peter Esterxazi 66 yaşında dünyasını dəyişib. Adalet.az TheNew York Times-a istinadən bildirir ki, yazıçının ölümünə uzun zamandır əziyyətçəkdiyi mədəaltı vəzi xərçəngi səbəb olub.

Estexazi1950-ci ildə Budapeştdə doğulub. Dini gimnaziyanı bitirdikdən sonra LorandaEtveş adına Universitetdə ali riyazi təhsil alıb.

İlkromanı olan "Fançisko və Pinta”nı 1976-cı ildə nəşr etdirib. İndiyədək 28kitabı işıq üzü görüb. Onların arasında "Qadın”, "Qu quşu müqəvvası”, "Filsümüyü qülləsindən” əsərləri daha məşhurdur. Kitabları dünyanın 20 dilinətərcümə edilib.

1995-ciildə Roma Ədəbiyyat Festivalının mükafatçısı, 1998-ci ildə nüfuzlu FransaOrdenin ədəbiyyat üzrə komandoru olub.