adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 May 2015 12:06
3052
MƏDƏNİYYƏT

Tanınmış Azərbaycan rejissoru vəfat etdi

Tanınmış rejissor Nicat Lətif oğlu Feyzullayev vəfat edib.

 

Bu barədə C.Cabbarlı adın "Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.

 

Nicat Feyzullayev quruluş verdiyi "Küçələrə su səpmişəm”, "Qızıl balıq”, "Arvadım mənim, uşaqlarım mənim” bədii filmləri və bir çox sənədli filmlərlə, "Mozalan” süjetləri ilə kinosevərlərin rəğbətini qazanıb. Nicat Feyzullayev görkəmli rəssamlar Vəcihə Səmədova və Lətif Feyzullayevin oğlu idi.

 

Dəfn mərasimi bu gün saat 16:00-da İnşaatçılar prospekti, 28 ünvanda yerləşən və «Rəssamlar evi» kimi  tanınan binada keçiriləcək.