adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 May 2017 17:00
19874
MƏDƏNİYYƏT

Tanınmış alim Rəfiqə Əliyeva dəfn edilib

Tanınmış alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə Əliyeva dəfn edilib.

Adalet.az-ın məlumatına görə, mərhum I Fəxri Xiyabanda dəfn edilib.

Qeyd edək ki, R. Əliyeva ilə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasının dairəvi zalında keçirilib.

Vida mərasimində Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, mərhumun ailə üzvləri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, alimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.