adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
18 Mart 2023 10:37
502
İDMAN

Tanımırsansa oxu və tanı - İslam Cabbarlı yazır

“Xəzər Lənkəran” stadionuna “Fırtınalar meydanı” adını o verib, Azərbaycanda ilk azarkeş saytını o yaradıb, 12-ci oyunçu azarkeş qrupunun (ilk olaraq 12-ci oyunçu müstəqil fan klubu adlanırdı) qurucularından və 3-təsisçisindən biri olub, “Futbol +” qəzetinin cənub bölgəsi üzrə ilk bölgə müxbiri olub. 12-ci oyunçunun həyata keçirdiyi bütün layihələrinin iştirakçısı, bir neçə layihənin ideya müəllifi, şəxsən təşkilatçısı və hətta sponsoru olub.

Müxbirliyi dövründə isə dünya futbolunda görünməyən bir işə imza atıb, özü də dəfələrlə. Bunu az adam bilir.

Deməli ölkənin futbolu yeni mərhələyə qədəm qoyurdu, “Xəzər Lənkəran”ın gəlişi ilə maraq artmışdı idmanın bu növünə. Rəqabət və inkişaf başlayırdı, yeni qaydalar tətbiq olunurdu. Oyun sonrası mətbuat konfransı hələ təzə təzə keçirilirdi, hər halda cəhd olunurdu. O vaxtlar hələ PFL yox idi, oyunla bağlı bütün təşkilatçılığı AFFA özü həyata keçirirdi. Matç sonrası mətbuat konfransına qatılmayan məşqçinin təmsil etdiyi klub cərimə olunurdu. Bütün ev oyunlarında “Xəzər Lənkəran” cərimə olunmasın deyə Anar klub rəhbərliyini yola gətiridi ki, tərslik etməsinlər (yarandığı ilk illərdə klub özü özünü təcrid edirdi, çünki klub rəhbrliyinə salam verəndə elə bilirdilər ki, sanki ABŞ-ın mərkəzi kəşfiyyat idarəsinin yaxud Federal təhqiqatlar bürosunun xüsusi izləmə aparatı ilə gəzən özəl əməkdaşı bunları yoxlamaq üçün salamlaşır, hamıdan şübhələnir, hamıya düşmən gözü ilə baxırdılar, onları belə demək mümkünsə məhz Anar Məmmədli (nə qədər kobud səslənsə də) əhilləşdirirdi). Həmin dövrdə klubun əlcək kimi dəyişdirdiyi məşqçilərdən Anar xahiş edirdi ki, davasız söyüşsüz sinirlənmədən jurnalistlərin qarşısına çıxsınlar. Bütün bunların canlı şahidi olmuşam, bəzi hadisələrin isə yeganə şahidi mənəm. Həmin günlərdə elə səviyyəsiz adamlar klub rəhbərliyinin xoşuna gəlmək, gözə girmək üçün Anarla mübahisə edirdilər ki, mən dözə bilmirdim, onu qınayırdım, amma o səbir edirdi və öz səbri təmkini ilə və haqlı olduğu üçün həmişə belə zibilləri yolundan silib atırdı. O həmin Anar Məmmədli olaraq qaldı, həmişəki kimi yenə sevilir və bu sevgiyə hətta daha da artığına layiqdi.

Hərdən deyirəm Anar Məmmədli ilə Hüseyn Cəbrayıloğlunun (Hüseyn barədə də zamanında yazaram) Lənkəran adına və “Xəzər Lənkəran” üçün etdiklərinin yanında ancaq Mübariz Mənsimovun etdiklərini qoymaq olar. Bunu iddia etmək üçün mənə məlum olanları bilmək lazımdır, mən bilirəm və iddia edirəm.

Anarın bir insan olaraq, bir dost kimi nə qədər xoş sözlərə layiq olduğunu başlasam faktları sadalayaraq və əsaslandıraraq yazmağa onda gərək bir iki gün Əlinin telefonunu əlimdən buraxmayam. Məncə belədə yazacaqlarım həm də hamını yorar, ona görə də qısaca qeyd etdiklərimlə hələlik kifayətlənirəm.

Anar, səni tanımaq səninlə dost olmaq şərəflidir. Allah səni daim ucaltsın, övladların da dünyanı gözəlləşdirmək işində sənin davamçıların olsunlar.