adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Noyabr 2014 16:40
4810
DÜNYA

«Taliban» hərbi bazaya hücum etdi

Ötəngecə Əfqanıstanda Britaniyanın keçmiş Kemp-Bastionhərbi bazası yaxınlığında Taliban qruplaşması ilə əfqan milli ordusu bölmələri arasındaqızğın döyüşlər başlayıb.

Xariciinformasiya agentliklərinin verdiyi məlumata görə, böyük bir dəstə ilə yaxşıca silahlanmış «Taliban» döyüşçüləri Britaniya hərbçilərinin oktyabrın sonlarında əfqanordusunun sərəncamına təhvil verdikləri hərbi bazanı ələ keçirməyə cəhd ediblər.Terrorçunun hərbi bazanın giriş qapısında törətdiyi güclü partlayışdan sonra radikallariki istiqamətdən ora hücuma keçiblər. Əfqan ordusu bu hücumun qarşısını almağa nailolsa da, hərbi obyekt ətrafında qızğın döyüşlər hələ də davam edir.

Hücumnəticəsində hərbi bazadakı avadanlıqlarınbir hissəsi və elektrik qurğuları sıradançıxıb.

Ötəngünlərdə də taliblər Kabulda və ölkənin digər regionlarında ardıcıl olaraq bir sıra hücumlar təşkil ediblər. Bir gün əvvəl isə paytaxt KabuldaBritaniyanın hərbi mühafizə dəstəsi və əcnəbilər üçün mehmanxana hücuma məruz qalmışdı.Bununla da sakitləşməyən taliblər, Hama-Pressin verdiyi məlumata görə, Sari-Pul əyalətində dinc əhaliyə hücum edərəkonlardan 10 nəfəri girov götürüb. Əfqanıstanın şərqindəki Paktika əyalətində isətaliblərin törətdiyi terror aktı nəticəsində 50 nəfər həlak olub.

Başqaterror qruplaşmaları da ölkədə yaranmış bu qarışıqlıqdan istifadə edərək dünən Əfqanıstanınşərqində Nanqarhar əyalətindəki məsciddə partlayış törədiblər. Müqəddəs cümə namazınayığılan çoxsaylı namaz əhlindən 36 nəfəriyaralanıb. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayı hələ dəqiqləşməyib, Bu terror aktını isə hələ heç bir qruplaşma özüzərinə götürməyib.

Mehriban CƏFƏROVA